Modern.az

Ruhani benzinin bahalaşmasını izah etdi: “Üç yolumuz var idi..”

Ruhani benzinin bahalaşmasını izah etdi: “Üç yolumuz var idi..”

18 Noyabr 2019, 10:16

İranda benzinin bahalaşmasına görə kütləvi etirazlar davam edir.

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, 100-dən artıq yaşayış məntəqəsində qeydə alınan aksiyalarda 10-dan çox ölən, yüzlərlə yaralanan və saxlanılan şəxs var.

 

Ölkə başçısı Həsən Ruhani benzinin bahalaşmasının aztəminatlı ailələrə dəstək vermək üçün atılan addım sayır. Onun sözlərinə görə, benzinin qiymətini bahalaşdırmaqdan əlavə, hökumətin daha bir neçə varinatı olub.

“Bizim benzini bahalaşdırmaqdan əlavə, vergiləri qaldırmaq yaxud subsidiyaları kəsmək seçimi olub. Neft satışlarımız məhdudiyyətlərlə üzləşib. Əgər bu problem olmasaydı, neft ixracından əldə olunan gəlirdən başqa sahələrdə istifadə edə bilərdik. 2011-ci ildə neft ixracımız 110 milyard dollar təşkil edib. Vergiləri də çox artıra bilmərik, çünki hazırkı iqtisadi situasiyada cəmiyyətdə tarazlıq qorunmalıdır”.

   

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir