Arxiv
18 Noyabr 2019, 17:50 | AKTUAL
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri

Hazırda Ermənistan mediasının gündəmində Azərbaycanın işğal edilmiş ərazilərində hərbi xunta rejimi yaratmış Bako Saakyandır. Daha doğrusu, onun Belçika Krallığına uğursuz səfəridir. Erməni mediası və Nikol Paşinyan tərəfdarlarının fikrincə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimin “başçısı” Bako Saakyanın Belçika Krallığına uğursuz və sırf “dilənçilik xarakteri daşıyır. Amma Saakyanın tərəfdarları isə bunu “DQR”-in tanıdılması istiqamətində “növbəti addım” kimi qiymətləndirir.

 

Millət vəkili Naqif Həmzəyev Modern.az-a açıqlamasında Bako Saakyanın Brüssel səfərindən danışıb. Deputat bildirib ki, Bako Saakyanın Brüssel səfəri beynəlxalq hüquqa ziddir: "Özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi təqdim edən Bako Saakyanın bu səfəri də əvvəlkilər kimi beynəlxalq hüquqa ziddir. Bako Saakyan Brüsseldə yaşayan varlı iş adamları ilə qeyri-rəsmi şəraitdə görüşləri bir daha təsdiq etdi ki, məqsəd birdir - maliyyə vəsaiti toplamaq və mənfur arzularını həyata keçirmək".

 

Onun sözlərinə görə, görünən kəndə bələdçi lazım deyil. Qondarma rejimin əhaliyə “gözəl həyat” bəxş etmək barədə verdiyi vədin boş sözdən və xalqı aldatmaqdan başqa bir şey olmadığı getdikcə bütün sahələrdə qabarıq şəkildə özünü büruzə verir: "Əhalinin yaşayış səviyyəsinin ildən-ilə aşağı düşməsi, məmurların özbaşınalıqları haqlı narazılıqlar… Çarəsiz durumda qalan Bako Saakyanı Belçikaya varlı erməni lobbisinə üç tutmağa vadar edib. İqtisadiyyatı iflas olmuş Ermənistan isə işğal etdiyi ərazilərə, qondarma rejimə yardım etmək imkanında deyil. Bako Saakyan qondarma rejimi Avropaya varlı erməni lobbisinə yalvarmaqla qaydaya salmaq niyyətini həyata keçirmək üçün bu səfəri çıxış yolu bildi".

 

Millət vəkili bildirib ki, Bako Saakyanın dəridən-qabıqdan çıxmasına baxmayaraq onu millətçi və separatçı Yeni Flamand İttifaqı (N-VA) partiyasının anti-türk əhval-ruhiyyəli üzvləri Karl Vanluve və Mark Demesmakerdən başqa bir rəsmi qrum qəbul etmədi.  Əlbəttə ki, qanunsuz rejimin “nümayəndəsi”nin arzusu Avropa Parlamenti, Belçikanın federal parlamenti, Valloniya və Brüssel-Paytaxt parlamentlərində olmaq, Belçikada yerləşən yerli, Avropa İttifaqı və NATO-ya məxsus rəsmi qurumların nümayəndələri ilə görüşmək, məzlum görkəm alaraq mənfur niyyətlərini çatdırmaq idi: "Öz çirkin niyyətlərini yaddan çıxarmayan Saakyan Brüsseldə “Erməni Ümumxeyriyyə İttifaqının” (AOBS) Avropa ofisinin rəhbəri Nikola Tavityanla görüşü zamanı Azərbaycanın işğal altındakı ərazilərində bir sıra layihələrin həyata keçirilməsini də yaddan çıxarmadı. Saakyanın qeyri-rəsmi şəraitdə görüşdüyü Brüssel-Paytaxt parlamentinin üzvü Julien Uytendaele isə adı korrupsiya qalmaqallarında hallandırılan ailənin üzvüdür. Belə ki, onun anası Laurette Onkelinks ədliyyə naziri olarkən 2014-cü ildə öz həyat yoldaşı yəni, sözügedən regional deputatın atası, Mark Uyttendaelenin şirkətini 245000 avro məbləğində hüquqi konsultant kimi cəlb etməkdə ittiham edilmişdi. O, Sosialist Partiyasında səs-küylü korrupsiya qalmaqallarının ardınca 2017-ci ildə federal parlamentdə sosialist qrupunun rəhbəri vəzifəsini, 2019-cu ildə isə Belçika siyasi səhnəsini tərk etmişdi. Bir daha xatırlatmaq istərdim ki, bu səfərin təşkilatçısı Brüsseldə kriminal-almaz biznesi ilə məşğul olan Kaspar Karampetyandır. Onun Avropada kriminal fəaliyəti artıq bir çoxlarına bəllidir. Ona görə də Bako Saakyan Belçikada bu cür hörmətsiz, izzətsiz qarşılandı".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda bir-birinə bitişik olan 3 tikilidə YANĞIN 11 İyul 2020, 19:26 Rayonlara leysan yağıb - FAKTİKİ HAVA 11 İyul 2020, 19:17 Baş Nazir banklarla bağlı Konstitusiya Məhkəməsinə sorğu GÖNDƏRDİ 11 İyul 2020, 19:06 Həftə ərzində gözlənilən hava şəraiti AÇIQLANDI 11 İyul 2020, 18:47 İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT-nin xüsusi iclasının gündəliyi AÇIQLANDI 11 İyul 2020, 18:20 Təhsil Jurnalistləri Birliyinin ilk virtual görüşü keçirildi 11 İyul 2020, 18:09 Pendirin orqanizmə faydaları və təhlükələri 11 İyul 2020, 18:00 Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinə ev verildi - VİDEO 11 İyul 2020, 17:52 Rəfael Ağayev Rusiyadan təklif aldı 11 İyul 2020, 17:45 Dünya çempionu vəfat etdi 11 İyul 2020, 17:37 190 manatı qarpız alıb təpikləyənlərlə bağlı AÇIQLAMA 11 İyul 2020, 17:30 İranda 188 nəfər koronavirusdan ÖLDÜ 11 İyul 2020, 17:22 Bağ evində narkotik becərən şəxs SAXLANILDI 11 İyul 2020, 17:14 Nazirlikdən 190 manat birdəfəlik ödəməni ala bilməyənlərə CAVAB 11 İyul 2020, 17:06 Bill Geytsdən koronavirusla mübarizədə YENİ TƏKLİFLƏR 11 İyul 2020, 16:57 Prokurorluq məlumat YAYDI 11 İyul 2020, 16:49 Körpünün altında top mərmisi tapıldı -FOTO 11 İyul 2020, 16:40 Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu - 514 nəfər SAĞALDI 11 İyul 2020, 16:30 17 mindən çox subbakalavr ərizəsini TƏSDİQLƏDİ 11 İyul 2020, 16:18 İlham Əliyev Monteneqronun prezidentini təbrik etdi 11 İyul 2020, 16:10 EANA-ya üzv agentliklərin növbəti vebseminarında medianın aktual problemləri müzakirə olunub -FOTO 11 İyul 2020, 16:00 Bir ton narkotik vasitə yandırıldı -FOTO 11 İyul 2020, 15:51 Şəkidə təkrar qarğıdalı əkini aparılır - FOTO 11 İyul 2020, 15:43 Formula 1-i bu ölkədə canlı izləmək olacaq 11 İyul 2020, 15:35 İcra başçısının işdən çıxarılmasına səbəb olan obyekt söküldü - VİDEO 11 İyul 2020, 15:27 Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın iclası keçirildi - FOTO 11 İyul 2020, 15:18 Sentyabrda dərslərə əvvəlki formada başlayacağıq - Cəsarət Valehov 11 İyul 2020, 15:10 Azərbaycanda daha bir həkim koronavirusa YOLUXDU 11 İyul 2020, 15:02 İlham Əliyev icra başçısını işdən çıxardı - SƏRƏNCAM 11 İyul 2020, 14:55 “Roskosmos” İlon Maskla əməkdaşlığa hazırdır 11 İyul 2020, 14:49 Dövlət Agentliyi 73 market və restoranda qayda pozuntusu aşkarladı - SİYAHI 11 İyul 2020, 14:44 Kişi qırığı 11 İyul 2020, 14:36 Kəlbəcərdə öldürülən şəhid Həsən Həsənovun anım günüdür 11 İyul 2020, 14:36 Ermənilər Qarabağ meşələrini kütləvi şəkildə qırır - FOTOFAKT 11 İyul 2020, 14:29 İran Xəzərdə kilkə ovuna başladı 11 İyul 2020, 14:25