Modern.az

Tbilisidə parlament qarşısında yenidən etirazlar başladı

Tbilisidə parlament qarşısında yenidən etirazlar başladı

Dünya

19 Noyabr 2019, 10:57

Gürcüstanda siyasi gərginlik davam edir.

 

Modern.az yerli KİV-nə istinadən xəbər verir ki, ötən gün xüsusi təyinatlı polis dəstələri parlament qarşısında qurulan çadırları dağıdıb. Bu zaman 37 mitinq iştirakçısını saxlayıb.

Səhər satalarında etirazçılar yenidən parlament önünə gələrək 10-a qədər çadır qurublar.

 

Xatırladaq ki, hakim “Gürcü Arzusu” partiyası iyul ayında söz versə də, ölkənin seçki sistemini proporsional sistemə keçirməkdən imtina etmişdi. Bu müxalifət qüvvələrinin kəskin etirazına səbəb olub.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır