Modern.az

Məktəblilər BMU-da ekskursiyada olublar - FOTO  

Məktəblilər BMU-da ekskursiyada olublar - FOTO  

Aktual

19 Noyabr 2019, 11:23

Xaçmaz Hazırlıq Mərkəzində təhsil alan X və XI sinif şagirdləri Bakı Mühəndislik Universitetində (BMU) ekskursiyada olublar.

 

Modern.az xəbər verir ki, ekskursiyanın təşkilində əsas məqsəd məktəbliləri universitet həyatı ilə yaxından tanış etmək və  BMU haqqında məlumatlandırmaq olub.

 

BMU-nun Təcrübə şöbəsinin əməkdaşı Ceyhun Vəliyev şagirdlərə ali təhsil ocağında mövcud olan fakültələr və tədris olunan ixtisaslar barədə geniş  məlumat verib. 

 

Sonra şagirdlər universitetin kitabxanası, İKT mərkəzi, Texnopark, Kimya, Biologiya, Fizika, Mexanika və digər tədris laboratoriyalarında olublar.  Laboratoriyalarda şagirdlərə elmi təcrübələri izləməyə şərait yaradılıb.

 

Hazırlıq Mərkəzinin müəllimləri və şagirdləri ekskursiyanın təşkilinə görə BMU rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı