Arxiv
19 Noyabr 2019, 12:34 | AKTUAL
Gənclərin İnkişaf və Karyera Mərkəzinin daha iki rayonda nümayəndəliyi fəaliyyətə başladı

Ölkə başçısının 1 oktyabr 2019-cu il tarixli, 1454 saylı Sərəncamına uyğun olaraq, Quba və Qusar rayonlarında yerləşən Heydər Əliyev Mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) nümayəndəlikləri fəaliyyətə başlayıb.

 

Modern.az xəbər verir ki, nümayəndəliklərin əsas fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Bu xüsusda, gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaqdır. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı əldə edəcəklər.

 

Açılış mərasimlərində çıxış edən Gənclər Fondunun icraçı direktoru, rayon icra hakimiyyətlərinin rəhbərliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba və Qusar rayon nümayəndəliklərinin direktorları dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətindən və gənclər üçün mövcud olan imkanlardan danışıblar. Qeyd olunub ki, bu gün gənclərin hərtərəfli inkişafının təmin olunması, onların məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, asudə vaxtının təşkili, habelə gənclər üçün təhsilin əlçatanlığının daha da artırılması istiqamətində mütəmadi işlər davam etdirilir. Cənab Prezidentin göstərişi ilə regionlarda açılan GİKM nümayəndəliklərinin gənclərin şəxsi inkişafının, təhsilinin, karyera və peşə seçimlərinin dəstəklənməsi, onların ictimai-sosial həyatda daha aktiv fəaliyyətlərinin təşviq edilməsi işinə töhfə verəcəyi vurğulanıb, gənclər bu imkanlardan yararlanmağa və sıx əməkdaşlığa dəvət olunublar.

 

Daha sonra tədbir iştirakçıları üçün Quba və Qusar rayonlarındakı Heydər Əliyev Mərkəzlərində fəaliyyət göstərən muzeylərə ekskursiya təşkil olunub, eyni zamanda Mərkəzlərin imkanları barədə onlara ətraflı məlumat verilib. Həmçinin, region gəncləri “Gənc Könüllü” proqramına qoşulmaq üçün qeydiyyatdan keçiblər. Tədbirlər musiqili-əyləncəli proqram və intellektual oyunlarla davam etdirilib.

 

Qeyd edək ki, Ölkəmizin şəhər və rayonlarında gənclər üçün inşa edilmiş infrastruktur obyektlərinin təyinatı üzrə və səmərəli fəaliyyətinin, regionlarda yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış şəraitdən tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı Dövlət başçısının verdiyi göstərişə uyğun olaraq, bir müddət öncə Cəlilabad və Masallı rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzləri fəaliyyətə başlayıb, bu ilin sonu və növbəti ilin ilk rübü ərzində isə ölkənin bütün şəhər və rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri yaradılacaqdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azercell “Ən yaxşı stend dizaynına görə” sertifikatla təltif edilib 9 Dekabr 2019, 17:26 İcra başçısı müşavirə keçirdi 9 Dekabr 2019, 17:23 Prezident Əlişir Musayevi “Əmək” ordeni ilə təltif etdi 9 Dekabr 2019, 17:15 Azərbaycanda rus dilində 338 məktəb fəaliyyət göstərir - Nazir müavini 9 Dekabr 2019, 17:06 Novruz Məmmədov feysbuka QAYITDI - FOTO 9 Dekabr 2019, 16:59 Eks-prezident oğluna şirkət hədiyyə etdi 9 Dekabr 2019, 16:49 “Türk dövlətlərinin resursları birləşdirməsi zamanın tələbidir” - Elməddin Behbud 9 Dekabr 2019, 16:46 İlham Əliyev Ukrayna Prezidentinə başsağlığı verib 9 Dekabr 2019, 16:41 Naxçıvan Ali Məclisi də buraxıldı - Yeni seçki keçiriləcək - SƏRƏNCAM 9 Dekabr 2019, 16:36 Zakir Qaralov ögey övladlara işgəncə faktını nəzarətə götürdü 9 Dekabr 2019, 16:36 İlham Əliyevdən 17 min 800 nəfəri sevindirəcək SƏRƏNCAM 9 Dekabr 2019, 16:22 Prezident Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibini təsdiq etdi 9 Dekabr 2019, 16:20 ADP bu namizədlərlə seçkiyə gedir - SİYAHI 9 Dekabr 2019, 16:18 Rüstəmxanlı ailəsindən növbədənkənar seçki QƏRARI 9 Dekabr 2019, 16:06 Deputatdan cəbhə və sərhəd bölgəsinin əhalisi ilə bağlı vacib TƏKLİF 9 Dekabr 2019, 15:58 AMEA doktorantura və dissertanturaya qəbul elan edib 9 Dekabr 2019, 15:52 İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanında narkotik aşkarlanıb 9 Dekabr 2019, 15:47 Azərbaycan Turizm Bürosu Çində mükafat qazandı 9 Dekabr 2019, 15:41 Türkiyədə bomba partladı - 2 nəfər öldü, 7-si yaralandı 9 Dekabr 2019, 15:36 Ermənistanın hərbi büdcəsi AÇIQLANDI 9 Dekabr 2019, 15:30 Hacıqabulda gənclərlə görüş keçirilib - FOTO 9 Dekabr 2019, 15:22 Azərbaycan Ordusunun komandir toplanışı keçirilib - FOTO 9 Dekabr 2019, 15:14 Fazil Məmmədovdan xəbər VAR 9 Dekabr 2019, 15:07 Azərbaycan və Rusiya arasında yeni sənədlər İMZALANDI 9 Dekabr 2019, 14:56 “Bu namizədlərin seçkilərdə uğur qazanması mümkün deyil” - Ekspert 9 Dekabr 2019, 14:53 Lavrov bu gün Trampla görüşəcək 9 Dekabr 2019, 14:50 BMU-da Heydər Əliyevin anım tədbiri keçirilib - Foto   9 Dekabr 2019, 14:45 Bakıda uşaqlara qarşı iyrənc əməl - Hədələyib 1850 manat aldılar 9 Dekabr 2019, 14:40 Gəncədə 60 yaşlı kişi dərmandan zəhərlənib öldü 9 Dekabr 2019, 14:32 İlham Əliyev rusiyalı naziri qəbul edib - YENİLƏNİB - FOTO 9 Dekabr 2019, 14:26 Rusiya bütün beynəlxalq yarışlardan kənarlaşdırıldı  - QADAĞA 9 Dekabr 2019, 14:25 “Dəyərlərin öyrədilməsinə uyğun tədris proqramları hazırlanmalıdır- Fuat Bakışlı yazır...   9 Dekabr 2019, 14:17 Dünyanın ən gənc baş naziri seçildi - FOTO 9 Dekabr 2019, 14:10 Vulkan püskürdü, 5 nəfər öldü 9 Dekabr 2019, 14:00 Azərbaycanda çalışan miqrantlar - fəhlələr, “importnu dayələr”, türk aqronomlar...  9 Dekabr 2019, 13:54