Modern.az

Sürücülər üçün dünyanın ən arzuolunmaz şəhəri

Sürücülər üçün dünyanın ən arzuolunmaz şəhəri

21 Noyabr 2019, 00:48

Böyük Britaniyanın “Mister Auto” şirkətinin tərtib etdiyi siyahıya əsasən Yunanıstanın paytaxtı Afina sürücülər üçün dünyanın ən arzuolunmaz şəhərləri siyahısına düşüb.

Modern.az  "Azərtac"a istinadən  xəbər verir ki, şirkətin ekspertləri ölkədəki infrastrukturu, təhlükəsizliyi və nəqliyyat vasitələrinin saxlanma xərclərini nəzərə alaraq bu qənaətə gəliblər.

Ümumilikdə, isə 15 göstərici nəzərə alınıb.

Şirkətin sürücülər üçün ən arzuolunmaz şəhərlər siyahısına Afina, Mumbay, Ulan-Bator, Kəlkətə, Laqos, Kəraçi, Boqota, San-Paulu, Mexiko və Moskva daxil edilib. Ən əlverişli şəhərlər isə Kalqari, Dubay, Ottava, Bern, El-Paso, Vankuver, Göteborq, Düsseldorf və Bazeldir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...