Arxiv
22 Noyabr 2019, 08:19 | DİASPOR
Moskvadakı Azərbaycan diasporu:  Səfirin pessimistliyi, soydaşlarımızın optimistliyi haradandır?

Son zamanlar diaspor sahəsində görülən işlər fundamentallığı  ilə diqqəti çəkir. Əksər ölkələrdə diasporla bağlı Koordinasiya şuraları fəaliyyət göstərir. Demək olar ki, bu sahədə pərakəndəlik aradan qaldırılıb.

Amma azərbaycanlıların daha çox yaşadığı Rusiyada, xüsusilə paytaxt Moskvadakı   diasporumuzun vəziyyəti barədə bunları söyləmək mümkün deyil.

Kimsəyə sirr deyil ki, Moskva soydaşlarımızın ən çox milyonçu olduğu meqapolisdir. Ancaq zaman-zaman bu şəhərdə azərbaycanlılar arasında müəyyən intiqaların yaşandığının da şahidi olmuşuq. Bəlkə də elə buna görədir ki, Rusiyanın digər bölgələrindən fərqli olaraq, Moskvada bu sahədə iş ürəkaçan deyil. Və mümkündür ki, Moskvada soydaşlarımızı xarici qüvvələr biri-birinə qarşı yönəldir.

Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlu da bu məsələdən rahatsız olduğunu dəfələrlə dilə gətirib.


Rusiya Azərbaycanlı Gənclər Birliyi İdarə Heyətinin üzvü, tibb elmləri namizədi Samir Əliyev Modern.az-a açıqlamasında bu iddialarla razı olmadığını qeyd edib. Bildirib ki, Moskvada diaspor heç də zəif deyil:


“Son illər ərzində Rusiyanın Moskva şəhərində diaspor sahəsi çox yaxşı inkişaf etməkdədir. 10 ildir ki, bu sahədə işlər görülür. Müxtəlif istiqamətlərdə tədbirlər keçirilir. Gənclər bir araya gətirilir. Xüsusilə, diaspor sahəsində fəal olan gənclərə diqqət ayrılır. Son 2 ilə nəzər salanda Moskvada diaspor sahəsinin inkişaf etdiyini deyə bilərəm. Azərbaycanın Rusiyadakı səfirliyi də diaspor təşkilatları ilə birgə çalışır, onlara dəstəklərini əsirgəmir. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu işdə yaxından və birbaşa iştirak edir”.



S.Əliyevin sözlərinə görə, Azərbaycan diasporu Rusiyanın daha çox bir sıra şəhərlərində inkişaf edib:


“Deyə bilərəm ki, Rusiyanın iri şəhərlərində Azərbaycan diasporu daha yaxşı inkişaf edib. Moskva, Sankt-Peterburq kimi şəhərlərdə diasporumuz güclüdür. Elə bölgələr var ki, çox uzaqdır. Həmçinin, əhalinin də sayı azdır. Ona görə də o cür yerlərdə diaspor o qədər də güclü deyil”.


Samir Əliyev bildirib ki, Fuad Muradovun Dövlət Komitəsinə təyinatı diaspor sahəsinə güclü təkan verməkdədir:


“Fuad Muradovun  Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunması birdən-birə olmayıb. O, bir çox təşkilatlarda, Milli Məclisdə deputat kimi fəaliyyət göstərib. İllər keçdikcə, daha çox təcrübə əldə edib. Həmçinin, komitəyə sədr gələndən sonra diaspor sahəsi ilə bağlı çoxlu işlər görüb. Bu sahəyə dəstəyi də var. Bu dəstək və işlər davam edir. Hesab edirəm ki, bu sahədə görülən işləri qiymətləndirməmək yumşaq desək, Allahsızlıqdır. Diaspor işi elədir ki, burada görülən fəaliyyət nəticəsini anında vermir. Bunu hər kəsin nəzərə alması vacıbdır. Eyni zamanda, diasporumuzun güclü olmağını istəyiriksə, harada yaşamağından, hansı sahədə çalışmağından asılı olmayaraq, hər bir azərbaycanlı bu işə dəstək olmalıdır. Bu istiqamətdə də işlər gedir. Artıq insanlarımızın diaspor məsələsəinə yanaşması Fuad Muradovun Komitəyə rəhbər təyin olunmasından sonra müsbət yöndə dəyişib. Ona görə də Azərbaycan diasporu məsələsində optimistik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yevda Abramov dəfn olundu - YENİLƏNİB - FOTOLAR 8 Dekabr 2019, 15:09 Azərbaycan XİN Ukrayna xalqına başsağlığı verib 8 Dekabr 2019, 14:57 Messi tarix yazmağa davam edir - YENİ REKORD 8 Dekabr 2019, 14:44 Ukraynada matəm elan olunub 8 Dekabr 2019, 14:18 Elçibəyin nəvəsinin yeni fotosu yayılıb 8 Dekabr 2019, 14:06 "Sədərək" Ticarət Mərkəzində avtobus və minik avtomobili toqquşub 8 Dekabr 2019, 13:34 Deputat: “Mikayıl Cabbarov əsaslı cavabı ilə erməni təxribatının qarşısını aldı” 8 Dekabr 2019, 13:27 Sabaha gözlənən hava proqnozu açıqlanıb 8 Dekabr 2019, 13:05 “Həzi Aslanov” stansiyası bağlanacaq? Rəsmi cavab 8 Dekabr 2019, 12:58 Cəlilabadda icra nümayəndəsi yol qəzası törətdi: həyat yoldaşı öldü 8 Dekabr 2019, 12:44 Oğlunun öldüyünü zənn edən atanın ürəyi yatdı 8 Dekabr 2019, 11:42 Yevda Abramovun dəfn mərasimi keçirilir 8 Dekabr 2019, 11:35  “Mənim burda yerim hanı?” - Tanınmış şairə haqda dərc olunmayan YAZI 8 Dekabr 2019, 11:11 Restoran mafiyası insanları müflis edir: Xalq şairindən ilginc AÇIQLAMA 8 Dekabr 2019, 11:07 Otel otağında kimsəsiz ölən dahi... 8 Dekabr 2019, 10:53 Ermənilər atəşkəsi 23 dəfə pozublar   8 Dekabr 2019, 10:06 Avtomobilin banından 27 yaşlı qızın meyiti götürülüb 8 Dekabr 2019, 09:33 Hindistanda zavod yandı: 32 can aldı 8 Dekabr 2019, 09:17 Prezident 92 məhkumu əfv edib 8 Dekabr 2019, 00:57 ABŞ terror təşkilatı ilə danışıqları bərpa edir 8 Dekabr 2019, 00:42 Paytaxtda minik maşını “Şaqman”la toqquşdu 8 Dekabr 2019, 00:16 Şadlıq sarayında bıçaqlanma 7 Dekabr 2019, 23:55 Prezidentlərin görüşündə işıq söndü 7 Dekabr 2019, 23:33 Balıqçı gəmisi qəzaya uğradı 7 Dekabr 2019, 23:16 Millinin oyunlarının başlama vaxtı açıqlandı 7 Dekabr 2019, 22:59 Avtomobil teatra gedən məktəbliləri əzdi: 1 ölü, 12 yaralı 7 Dekabr 2019, 22:33 Ziya Bünyadovun oğlu dünyasını dəyişdi 7 Dekabr 2019, 22:17 Məhəmmədrəsul Məcidov yenə nokautla qalib gəldi - VİDEO 7 Dekabr 2019, 21:55 Azərbaycan Nəşriyyatı: nasaz lift, çirkli dəhliz, üfunət - Jurnalistlər çıxış yolu axtarır 7 Dekabr 2019, 21:34 Bakıda qadın meyiti tapıldı 7 Dekabr 2019, 21:07 Azərbaycan həkimlərindən dünyada ilk unikal əməliyyat - FOTO 7 Dekabr 2019, 20:37 Yanacaqdoldurma məntəqəsində yanğın: 5 yaralı 7 Dekabr 2019, 20:19  İranda hərbçi üç polisi güllələdi 7 Dekabr 2019, 20:02 YAP-ın deputatlığa namizəd siyahısı nə vaxt açıqlanacaq? – Rəsmilərdən CAVAB 7 Dekabr 2019, 18:26 Məşhurların əsl adı – onları siz də bilin   7 Dekabr 2019, 18:15
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?