Arxiv
22 Noyabr 2019, 17:03 | AKTUAL
Nazirliyin Mərdəkan MüalicəPansionatı istifadəyə verildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daha bir bərpa müalicə müəssisəsi - Mərdəkan Müalicə Pansionatı əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.


Modern.az xəbər verir ki, Pansionatın açılışı tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, Xəzər rayon İH başçısının müavini Vüqar Novruzov, Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Əbdül-Qədirov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Rüstəm Ağayev və b. iştirak edib.


A.Kərimov çıxış edərək vurğulayıb ki, bu müəssisədə əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, müasir tələblərə uyğun bərpa müalicəsi şəraitinin yaradılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həssas qruplardan olan vətəndaşlara, o cümlədən əliliyi olan şəxslərə  xüsusi qayğısının daha bir təzahürüdür.


Hazırda nazirliyin 14 bərpa-müalicə müəssisəsi  olduğunu qeyd edən nazir müavini dövlət başçısının tapşırığına uyğun olaraq  ölkəmizdə bərpa müalicəsi  infrastrukturunun müasirləşdirilməsi sahəsində aparılan işlər barədə məlumat verib. O bildirib ki, son illərdə Nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində yüksək səviyyəli reabilitasiya şəraiti yaradılıb. Bu günlərdə isə Yevlax və Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzləri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən də əlilliyi olan şəxslərin reabilitasiyasına mühüm töhfələr verilir. Fondun dəstəyi ilə son illərdə Bakının Yeni Günəşli yaşayış massivində Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi də yaradılıb.


A.Kərimov Sumqayıt, Şəki, Şirvan, Xaçmaz, Lənkəran Regional Bərpa Mərkəzlərində, Şağan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatında əsaslı təmir və yenidənqurma işlərinin davam etdiyini deyib. Həmin müəssisələrdə də yüksək standartlara uyğun bərpa müalicəsi şəraitinin yaradılmaqda olduğunu bildirib. Eyni zamanda, dövlət başçısının tapşırığına əsasən, bərpa mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsinin də nəzərdə tutulduğunu, ayrı-ayrı bölgələrdə yeni reabilitasiya müəssisələrinin yaradılacağını deyib.


Mərdəkan Müalicə Pansionatında əlilliyi olan şəxslərlə bərabər, müharibə veteranlarına, əmək pensiyaçılarına  da müalicə xidmətlərinin göstəriləcəyini qeyd edən nazir müavini diqqətə çatdırıb ki, müəssisədə avadanlıqlar, tibbi və reabilitasiya aparatları da yenilənib.


Qeyd olunub ki, 2 korpus, köməkçi bina, qazanxana, su anbarı, elektrik  yarımstansiyasından ibarət olan Pansionatda yenidənqrma işləri çərçivəsində çarpayı sayı da artırılıb. Hazırda 188 çarpayı sayı olan müəssisədə ildə 4500-dən çox şəxsə müalicə xidməti göstəriləcək.  Burada laboratoriya, ultrasəs, elektrokardioqrafiya müayinələri aparılmaqla, effektiv təsirə malik fizioterapevtik müalicə prosedurları tətbiq ediləcək, müalicəvi bədən tərbiyəsi işi aparılacaq. Terapevt, nevropatoloq, kardioloq, stomatoloq, uroloq, endokrinoloq, epidemioloq və b. ibarət həkim personalı çalışacaq. Pansionatda inzibati-idarəetmə heyəti, qəbul və qeydiyyat, tibbi-sosial reabilitasiya və sanator-kurort müalicə şöbələri, mədəni istirahət bölməsi və s. fəaliyyət göstərir. Müalicə işlərində müasir metodika və texnologiyalardan istifadə olunacaq və həmçinin qabaqcıl təcrübələrin öyrənilməsi əsasında müalicə metodları hazırlanıb tətbiq ediləcək. Müəssisədəki şəraitin əlilliyin olan şəxslərə müyəssərliyi də təmin edilib və burada fiziki məhdudiyyətli şəxslərin hərəkət imkanları üçün maneəsiz şərait mövcuddur.


Tədbirdə digər çıxış edənlər ölkəmizdə bərpa müalicəsi sisteminin təkmilləşdirilməsinin və həsas qrupların bərpa müalicəsi imkanlarının genişləndirilməsinin ölkəmizdə aparılan güclü sosial siyasətin, həssas qruplara göstərilən diqqət və qayğının növbəti göstəricisi olduğunu vurğulayıblar.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rüstəm Xəlilov kənd sakinləri ilə görüşüb - FOTO   18 Yanvar 2020, 13:34 Sabahın hava proqnozu: yağış, qar, güclü külək... 18 Yanvar 2020, 13:29 Şənbə etüdləri - Şöhrət Eyvazov yazır: GÖZMUNCUĞU VƏ GİLİZ 18 Yanvar 2020, 13:21 Baş Prokurorluqdan İsmayıllıdakı ölüm hadisəsi barədə AÇIQLAMA 18 Yanvar 2020, 12:54 Paytaxtda 33 yaşlı qadın dəm qazından öldü 18 Yanvar 2020, 12:49 “Orta məktəblərdə informatika fənninin tədrisinə diqqət yetirilmir” - Ekspert 18 Yanvar 2020, 12:41 “Ermənistan danışıqlar prosesinin uzadılması üçün bəhanələr tapır” - Rusiyalı politoloq 18 Yanvar 2020, 12:28 MSK şikayət edən 7 nəfərin deputatlığa namizədliyini qeydə alıb 18 Yanvar 2020, 12:17 Milli Oftalmologiya Mərkəzində həkim pasiyenti döyüb? - AÇIQLAMA 18 Yanvar 2020, 12:02 Çingiz Qənizadə bu gün də görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 11:54 Bakıda uşağı döyən müəllim işdən çıxarıldı - VİDEO 18 Yanvar 2020, 11:26 Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb - FOTO 18 Yanvar 2020, 11:17 Trampdan Xamneyiyə: “Mənim sözlərimə diqqət yetir” 18 Yanvar 2020, 11:14 Yaşadan Rəşadın şad gününə... 18 Yanvar 2020, 11:06 Novruz Aslanov təşviqatını ucqar dağ kəndlərindən başladı - FOTOLAR 18 Yanvar 2020, 10:52 Azərbaycanlı tələbə İtaliyada itkin düşdü 18 Yanvar 2020, 10:47 Gürcüstan parlamentində komitə sədri olan azərbaycanlı tələbə: “Soydaşlarımıza  dəstək olmağa çalışırıq” 18 Yanvar 2020, 10:38 Kamran Bayramov seçicilərlə ilk görüşünü keçirib - FOTOLAR 18 Yanvar 2020, 10:29 Bu ay pensiyalarda növbəti artım ediləcək - Nazirdən ŞAD XƏBƏR 18 Yanvar 2020, 10:17 QHT sədri yol qəzasında ÖLDÜ 18 Yanvar 2020, 10:07 Dövlət İmtahan Mərkəzinə əlavə səlahiyyət VERİLDİ 18 Yanvar 2020, 10:05 Oğuzda inzibati bina YANDI 18 Yanvar 2020, 09:59 Xalq 20 Yanvar faciəsini necə xatırlayır? – VİDEO SORĞU 18 Yanvar 2020, 09:47 İsmayıllıda piyada vuruldu 18 Yanvar 2020, 09:41 Türkiyədə reytinq rekordları qıran “Yemin” serialının azərbaycanlı ulduzu - FOTOLAR 18 Yanvar 2020, 09:31 Cəbhədə düşmən TƏXRİBATI 18 Yanvar 2020, 09:19 Ən çox və ən az namizədlə seçkilərə qatılan PARTİYALAR 18 Yanvar 2020, 09:08 Ecevitin həyat yoldaşı vəfat etdi 18 Yanvar 2020, 00:48 Bakıda qayınana kürəkənini döyüb 18 Yanvar 2020, 00:32 Dünyanın ən kiçik adamı vəfat etdi 18 Yanvar 2020, 00:18 Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya etdi 17 Yanvar 2020, 23:58 Qənirə Paşayeva seçicilərlə görüşdü - FOTO 17 Yanvar 2020, 23:34 Uşaqlı analar gediş haqqı ödəməyəcək 17 Yanvar 2020, 23:16 Növbəti qlobal böhran gözlənilir 17 Yanvar 2020, 22:58 Prezident Baş nazirin istefasını qəbul etmədi 17 Yanvar 2020, 22:36
SORĞU Yeni parlamentdə kimlər olsun?