Modern.az

Dövlət Agentliyinin lövhəsi olmayan “Müəllimlər İnstitutu”nu göstərir - FOTO  

Dövlət Agentliyinin lövhəsi olmayan “Müəllimlər İnstitutu”nu göstərir - FOTO  

24 Noyabr 2019, 11:00

Hazırda Azərbaycanda “Müəllimlər İnstitutu” adlanan təhsil müəssisəsi olmasa da, onun “istiqaməti”ni göstərən lövhə hələ də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən “yaşadılır”. Belə ki, metronun “Gənclik” stansiyasının “Ganclik Mall” tərəfdən çıxışına yaxın keçiddə “Müəllimlər İnstitutu”nun istiqamətini göstərən lövhə insanlarda çaşqınlıq yaradır.

 

Məsələ ilə bağlı Modern.az-a danışan AAYDA-nın mətbuat katibi Anar Nəcəfli bildirib ki, keçid istifadəyə verilərkən orada belə bir institut olub:

 

“Löhvədəki məlumat da o vaxtdan qalıb. Əgər həmin istiqamətdə artıq belə bir institut yoxdursa, tərəfimizdən düzəliş ediləcək.

 

Qeyd edək ki, Prezident İlham Əliyev 4 il əvvəl 2015-ci il noyabrın 26-da Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) qoşulması barədə sərəncam imzalayıb. Eyni zamanda, AMİ-nin Ağcabədi, Cəlilabad, Quba, Şamaxı və Şəki filialları Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialları hesab olunur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi