Modern.az

“Gömrükdə “gecə qara, cücə qara” məsələsi yığışdırılıb” - Səfər Mehdiyev

“Gömrükdə “gecə qara, cücə qara” məsələsi yığışdırılıb” - Səfər Mehdiyev

26 Noyabr 2019, 16:51

“Hər hansı sahibkara mənim rəhbərliyim altındakı dövrdə bir inspektor tərəfindən "bu malı gətirmək olar, bunu olmaz" sözü deyilə bilməz. Bu, mümkün olan bir şey deyil”.

 

Modern.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.

 

Komitə sədri bildirib ki, gömrük sistemindən malın ölkəyə keçiriləndə neçəyə bəyan olunmasını öyrənmək mümkündür:

 

“Əgər satıcı malın üzərinə 2 qat artıq qiymət qoyub satırsa, aidiyyəti qurumlara müraciət etmək lazımdır ki, bu məhsulun mənfəət vergisi nə qədərdir. Burada "gecə qara,cücə qara" məsələsi yığışdırılıb. Belə bir sistem yoxdur. Kimsə deyirsə ki, belə hal var, biz həmin şəxsin yanındayıq. Əgər əməkdaşımız vətəndaşa "olmaz" deyibsə, o zaman mən onu yalnız işdən çıxarmaqla deyil, ən ağır şəkildə cəzalandıraram”.

 

S.Mehdiyevin sözlərinə görə, Prezidentin bu sistemdə başlatdığı islahatlar keçici xarakter daşımır:

 

“Bizim məqsədimiz qısa müddət ərzində hansısa islahatı həyata keçirib, oturub gözləmək deyil. Bu, mümkün olan şey deyil. Bunu düşünən varsa, biz ona şərait yaradacağıq. Artıq kiməsə himayədarlıq etmək dövrü keçib”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi