Arxiv
29 Noyabr 2019, 15:16 | İQTİSADİYYAT
“Ölkədə qida terroru gedir, Qida Təhlükəsizliyi Agentliyi isə ancaq qəssablarla məşğuldur” - İTTİHAM

“Ölkəyə gətirilən ərzaq məhsullarının bir qisminin tərkibi hələ də əsl xəstəlik mənbəyidir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa bu yaxınlarda Milli Məclisdə komitələrin birgə iclasında keçirilən büdcə müzakirəsində çıxışında bildirib.

 

 "Son vaxtlar Qida Təhlükəsizliyi Agentliyinin səmərəli fəaliyyəti nəticəsində reydlərin sayı çoxalsa və nəzarət gücləndirilsə də, ölkəyə gətirilən ərzaq məhsullarının bir qisminin tərkibi hələ də əsl xəstəlik mənbəyidir. Burada söhbət əsasən süd məhsullarından, kərə yağından, şəkər tozundan gedir. Ölkədə onkoloji xəstəliklərin sürətlə artmasının səbəbini burada axtarmaq lazımdır. Tərkibinə palma yağı qatılmış kərə yağlarının təhlükəsi barədə tibbdən anlayışı olanlar məlumatlıdırlar. Südün tərkibi də çox vaxt təmiz olmur.

İllər keçib, inhisarçılığın yaratdığı maneələrə görə daxili bazarda bu məhsulların istehsalını gerçəkləşdirə bilməmişik. Daxildə istehsal olunanların da bir qismi bərbad vəziyyətdədir. Əvəzində valyuta ilə bunları xaricdən almağa məhkum olmuşuq", - deyə F.Mustafa bildirib.

 

Modern.az deputatın qaldırdğı məsələ Qida Təhlükəsizliyi Agentliyinin və eyni zamanda qida təhlükəsizliyi üzrə ekspertin fikirlərini öyrənib.

 

Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsinin müdiri Mansur Piriyev saytımıza bildirib ki, Agentlik tərəfindən ölkəyə idxal edilən qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir:

 

“Qeyd edim ki, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində  mütəmadi olaraq tədbirlər həyata keçirir. Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Vətəndaşların satış müəssisələrində satılan qida məhsulları ilə bağlı şübhələri olarsa, bu barədə Agentliyin 1003 “Çağrı Mərkəzi” nə zəng vurub məlumat verə bilərlər”.

 

“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri, qida təhlükəsizliyi üzrə ekspert Elçin Bayramlı isə əhaliyə qarşı açıq qida terrorun getdiyini söyləyib:

 

“Qidadan anlayışı olanlar bilir ki, xüsusilə də mağazalarda yerli istehsalçıların məhsulları təmamilə saxta və yararsızdır. Bu qidalar immitasiya xarakterlidir. Bildiyiniz kimi 100 mindən artıq inqridentlər, yəni qida əlavələri mövcuddur. Hansı ki, dadverici, rəngverici və s. vasitələrdən istifadə edərək saxta qidalar yaratmaq mümkündür. Bu kimi qidalar birbaşa insan sağlamlığına təhlükə yaradır. Hansı ölkədə ucuz, keyfiyyətsiz qidalar var, bizim yerli istehsalçılar daha çox ora meyl edirlər. Onlar üçün sağlamlıq önəmli deyil ki, əsas odur pul qazansınlar. Əslində bu qidalar zibilxanalara tullanılası məhsullardır. Bu fakt faiz göstəricisi ilə bildirilsə 99 faiz olduğu təsdiqlənər. Yeganə bir faizlik nəticə ilə bildirmək olar ki, xarici ölkədən gətirilən məhsulu yemək mümkündür”.

 

Elçin Bayramlı bu sahəyə nəzarət edən orqanın olmadığını da vurğulayıb:

 

“Qida Təhlükəsizliyi Agentliyi ancaq qəssablarla məşğuldur. Halbuki bütün bunların içərisində ən təhlükəsizi elə ət məhsullarıdır. Ölkədə qida ilə bağlı daha dəhşətli faktlar olduğu olduğu halda, Agentlik ancaq bu məsələ ilə məşğuldur. Dükan-bazarda satılan ərzaq mallarının 90 faizdən çoxu transgen məhsullardır. Bu qidaların heç birinin tərkibi  gömrükdə yoxlanılmır. Ölkədə yerli istehsal olunan kənd təsərrüfatı məhsulları da acınacaqlı vəziyyətdədir. Bu məhsullarda da əsasən meyvə və tərəvəzlərdə GMO texnologiyası tətbiq edilib. Tərəvəzlərin demək olar ki, 100 faizi, meyvələrin isə 50 faizdən çoxu GMO-dur. Əslində GMO əkini və satışı qanunla qadağandır, ancaq açıq şəkildə bütün bazarlarda satılır. Hətta sosial şəbəkələrdə, internet saytlarında açıq şəkildə reklamı gedir. Məsələn 1 ilə yetişən qoz tingləri mövcuddur. Bir ilə qoz yetişərmi? Normalda qoz səkkiz ilə bar verir. Ölkədə hormonal dərmanlarla göllərdə yetişdirilmiş balıqlar daha geniş yayılıb. Əslində biz dəniz ölkəsi olsaq da, dəniz balığı tapa bilmirik. O dərəcəyə çatıb ki, zəhərli göl balığını qayıqlara doldurub, bir saatdan sonra geri sahəyə qayıdırlar, guya təmiz dəniz balığıdır. Bu adla da camaata satırlar. İnək-qoyuna da hormonal dərmanlardan vurular ki, sürətlə böyüsün. Bax bu kimi qidaları qəbul edən insanlarda əlbəttə ki, hər cür xəstəliklər aşkar olunar. Onkoloji xəstələrin sayı isə durmadan artır. Ölkədə birbaşa olaraq qida terroru gedir. Nəticədə milli genefondumuz məhv olur və tezliklə insanlar ağır xəstəliklərə tutulmaqla xəstəxanalara müraciət edəcəklər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Livanda yenidən etirazlar başladı 10 Avqust 2020, 22:32 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 49-a endi - FOTO 10 Avqust 2020, 22:18 Bakıda 24 yaşlı gənc dənizdə boğuldu 10 Avqust 2020, 22:06 Ağdamda yanğın bir ailəni evsiz qoydu 10 Avqust 2020, 21:50 Milyarder dünyanın koronavirusdan qurtulacağı tarixi açıqladı 10 Avqust 2020, 21:38 Slovakiya Rusiya diplomatlarını ölkədən çıxardı 10 Avqust 2020, 21:27 Türkiyədə xüsusi təyinatlı zabitlər qəzada həlak oldu 10 Avqust 2020, 21:13 Xəzərdə itkin düşən neftçinin meyiti tapıldı 10 Avqust 2020, 20:57 Prezident İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri təsdiqlədi 10 Avqust 2020, 20:43 “Qəbələ” heyətinə yeni futbolçu qatdı 10 Avqust 2020, 20:29 Livan hökuməti tam tərkibdə istefaya getdi 10 Avqust 2020, 20:14 QHT-lər bank hesabları üzrə əməliyyatları elektron qaydada apara biləcək 10 Avqust 2020, 20:01 Parisdə maska taxmaq üçün qaydalar sərtləşdirildi 10 Avqust 2020, 18:56 Deputat: “Qarabağın dağılmış kənd-şəhərlərinin qurulmasında  “Qarabağ” yatağı dəstək göstərəcək” 10 Avqust 2020, 18:41 Nişan mərasimi keçirmək istəyən 8 nəfər saxlanıldı 10 Avqust 2020, 18:38 Nazir 7 ayda sosial xərclərə ayrılan məbləği AÇIQLADI 10 Avqust 2020, 18:31 ABŞ-da son sutkada koronavirusdan 528 nəfər vəfat edib 10 Avqust 2020, 18:22 İcra Hakimiyyətində videformatda konfrans keçirildi 10 Avqust 2020, 18:08 Neftçalada içməli su problemi aradan qaldırılır – FOTOLAR 10 Avqust 2020, 18:00 Novxanıda dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb 10 Avqust 2020, 17:51 Millət vəkili 6 aylıq fəaliyyəti dövründə 4300 seçicini dinlədi 10 Avqust 2020, 17:50 Konstitusiya Məhkəməsi əmanətlərlə bağlı QƏRAR VERDİ 10 Avqust 2020, 17:47 Antonio Banderas koronavirusa yoluxub 10 Avqust 2020, 17:46 Son 18 ay ərzində Azercell-in LTE şəbəkəsinin əhatəsi 85% yüksəlib 10 Avqust 2020, 17:43 Sabah üçün dolların məzənnəsi açıqlanıb 10 Avqust 2020, 17:35 Deputat Belarusda keçirilən seçkiləri dəyərləndirdi 10 Avqust 2020, 17:29 Qadağan olunan şeyin cazibəsi, COVID-19 və çimərlik sərgüzəştlərimiz 10 Avqust 2020, 17:24 Ağacları zədələyən şəxs cəzalanıb 10 Avqust 2020, 17:15 Koronavirusa yoluxanların sayı 79-a düşdü: 278 sağalma, 2 ölüm 10 Avqust 2020, 17:06 I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsi bu tarixdə KEÇİRİLƏCƏK 10 Avqust 2020, 17:01 Azərbaycan və Türkiyənin qırıcıları havaya qalxdı - FOTO 10 Avqust 2020, 16:54 ÜST-dən yeni açıqlama: “Koronavirus heç yerə getməyib” 10 Avqust 2020, 16:40 Lerikə istirahətə gələn 24 nəfər cərimələndi 10 Avqust 2020, 16:28 Prezident açılışda: “Şahdəniz” yatağı ən azı yüz il Azərbaycanı qazla təchiz edəcək” - TAM MƏTN 10 Avqust 2020, 16:15 Daha bir nəfər dənizdə boğuldu 10 Avqust 2020, 16:03