Arxiv
2 Dekabr 2019, 12:34 | HADİSƏ
Növbədənkənar parlament seçkilərində iştirak edəcək partiyalar - SİYAHI   

Bu gün Milli Məclisdə parlamentə növbədənkənar seçkilərin keçirilməsi barədə müzakirə aparılır. Yeni Azərbaycan Partiyasının müraciəti ilə gündəmə gələn bu məsələ Milli Məclisə təqdim edilib və bu gün partiyanı təmsil edən deputatların müraciətinə cavab veriləcək.

 

Növbədənkənar seçkilərin keçirilməsi barədə müraciət cəmiyyətdə müzakirələrə səbəb olub. Hətta indidən namizəd olacağını bildirən şəxslərin sayı da az deyil.

 

Modern.az seçkilərə qatılıb-qatılmamaqla bağlı fikirləri öyrənmək üçün siyasi partiyalarla əlaqə saxlayıb.

 

Müsavat Partiyasının sədri Arif Hacılı açıqlamasında qeyd edib ki, partiya bu məsələni müzakirə etmək üçün genişləndirilmiş müşavirə, növbədənkənar Divan iclası keçirib:

 

“Biz "əvvəl islahat, sonra seçki" tələbini irəli sürmüşük. Seçki islahatları ilə bağlı təklifləri paketimiz ictimaiyyətə təqdim olunub. Seçkilərdə iştirakımız islahatlar paketinin qəbul olunması ilə bağlı olacaq. Mövcud parlamentin əvəzinə buna oxşar Milli Məclis deyil, mövcud qanunvericiliyi həyata keçirə bilən parlamentin formalaşması üçün islahatlar tələb edirik. Bu halda seçkiyə qatıla bilərik”.

 

ReAl Partiyasının icra katibi Natiq Cəfərli xatırladıb ki, partiya əvvəlcədən parlament seçkilərində iştirak edəcəyini bildirib:

 
“İşimizi elə qurmuşduq ki, növbədənkənar seçki də olsa, prosesə hazır olaq. Ona görə, namizədlərin, müşahidəçilərin müəyyənləşdirilməsinə çoxdan start verilib. Hazırda 80-90 arası partiya üzvü namizəd siyahısındadır. Amma başqa formatlar da ola bilər. Müxtəlif şəxslərə, siyasi partiyalara, seçkidə iştirak etmək istəyən tanınmış insanlara da müraciətlərimiz olub. Bundan sonra seçkilərdə birgə fəaliyyət göstərmək üçün səylərimizi birləşdirmək haqqında müraciətlərimiz olacaq”.

 

Milli Şura isə indiki Milli Məclis buraxılmadan ən vacib seçki islahatları həyata keçirilməsini və ölkədə şəffaf seçki mühiti yaradılmasını tələb edir.

 

Bu barədə Milli Şuranın dekabrın 1-də yaydığı bəyanatda bildirilib:

 “Milli Şuranın 2015 və 2018-ci il seçkilərində iştirak etməməsinin səbəbi məhz ölkədə minimal seçki mühitinin olmaması idi. İndi hakimiyyət seçki mühitinin yaranması üçün təcili addımlar atmalıdır ki, müxalifətin də iştirak edəcəyi və cəmiyyəti doğrudan da islahatlar istiqamətində aparacaq bir seçki keçirmək mümkün olsun”.

 Milli Şura seçki komissiyalarının yenidən formalaşmasını, namizədlərin qeydiyyatına yaradılan süni əngəllərin aradan qaldırılmasını, bərabər təbliğat imkanlarının, o cümlədən İTV-də namizədlər üçün çıxış, partiyalar üçün debat imkanlarının bərpa edilməsini də vacib sayır.

 

AĞ Partiyanın sədri Tural Abbaslı isə parlamentin buraxılması, növbədənkənar seçkilərin vaxtı dəqiqləşənə qədər ciddi qərar səsləndirmək istəmədiyini qeyd edib:

 

“Hakimiyyətin atacağı addımları gözləyirik. Partiya olaraq, seçkilərin boykot taktikasının əleyhinəyik. Çünki bu heç bir effekt vermir. Ona görə, biz də seçkilərdə iştirakın tərəfdarıyıq. Amma dediyim kimi, hazırkı situasiya ilə bağlı konkret qərarımız yoxdur”.

 

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da seçkilərdə iştirakla bağlı partiyanın dəqiq qərarının olmadığını bildirib:

 

“Hələlik heç nə deyə bilmərəm. Qərar yekunlaşsın, dəqiqləşsin, buna baxacağıq. Bəlkə də seçkilərin keçirilməsi məsələsində də dəyişiklik olacaq. Bunlara proseslərin yekununda baxarıq”.

 

Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu da seçkini boykot etməyəcəklərini qeyd edib:

 

“Növbədənkənar parlament seçkilərinin keçirilməsi təsdiqlənərsə, seçki günü müəyyənləşərsə, təbii ki, mövqeyimizi ortaya qoyacağıq. Ümumiyyətlə, partiya heç vaxt seçkilərdən kənar qalmayıb. Təcrübə göstərib ki, boykot qərarı səmərə vermir. Ona görə, belə addım atmağımız yanlış olar”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xəzərdə batan yeniyetmənin meyiti tapıldı 7 Avqust 2020, 22:13 Hacıqabulda SOCAR-a məxsus kəmərdə partlayış - YENİLƏNİB 7 Avqust 2020, 21:59 İri ticarət mərkəzləri bağlı qaldı   7 Avqust 2020, 21:47 Açıq havada idman oyunlarına İCAZƏ VERİLDİ 7 Avqust 2020, 21:22 Karantin rayonlarına giriş-çıxışla bağlı YENİ QAYDALAR 7 Avqust 2020, 21:17 Baş Nazirdən 190 manat birdəfəlik ödəmə ilə bağlı QƏRAR 7 Avqust 2020, 21:01 10 avqustdan bu qadağalar götürülür - RƏSMİ 7 Avqust 2020, 20:51 SOCAR-da Prezidentin çıxışından irəli gələn vəzifələr müzakirə edildi 7 Avqust 2020, 20:43 Paytaxtda zəncirvari qəza: 7 avtomobil toqquşdu 7 Avqust 2020, 20:28 “Qobu park-3”-ə köçkünlərin yerləşdirilməsi başa çatır 7 Avqust 2020, 20:16 Göyərtəsində 174 sərnişin olan təyyarə qəzaya uğradı 7 Avqust 2020, 20:02 Azərbaycanla Türkiyənin qırıcları birgə havaya qalxdı – Təlimdən VİDEO 7 Avqust 2020, 19:21 Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır 7 Avqust 2020, 19:13 Bu şəhərdə hər kəs pulsuz koronavirus testindən keçəcək 7 Avqust 2020, 19:03 Saxta arayış satan baş həkim tutuldu 7 Avqust 2020, 18:44 Yol Polisi Bakını tərk etmək istəyən sürücülərə MÜRACİƏT ETDİ 7 Avqust 2020, 18:31 Avropada maska taxmayanları nə qədər cərimə edirlər? - MƏBLƏĞLƏR 7 Avqust 2020, 18:27 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə başlanılır 7 Avqust 2020, 18:18 Sabah qruplarına müəllim axtarılır 7 Avqust 2020, 18:15 Deputat növbədənkənar sessiyanın xalqa faydasından danışdı 7 Avqust 2020, 18:06 Bakı yollarında 2 kilometrlik tıxaclar yaranıb - FOTOLAR 7 Avqust 2020, 18:00 Putin və Lukaşenko ilə “vaqnerçilət”in taleyini müzakirə edib 7 Avqust 2020, 17:55 Bu il yanğınlarda 23 nəfər həlak olub 7 Avqust 2020, 17:40 Abituriyentlərin nəzərinə: Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başlayıb 7 Avqust 2020, 17:35 Məhkəmə Əli Kərimlinin sürücüsünə iş kəsdi 7 Avqust 2020, 17:34 Peşə məktəblərinə tələbə qəbulunun vaxtı açıqlandı 7 Avqust 2020, 17:28 Dolların manata qarşı məzənnəsi açıqlandı 7 Avqust 2020, 17:12 Milli Məclisin sədr müavini UFC-nin rəhbərinə müraciət etdi 7 Avqust 2020, 17:01 Azərbaycana 30 kq narkotik vasitə gətirən şəxs yaxalandı - VİDEO 7 Avqust 2020, 16:53 Yoluxma sayı 129-a düşdü: 421 sağalma, 4 ölüm 7 Avqust 2020, 16:44 2020-ci il tarixə bəşəriyyətin sınaq ili kimi yazılmaqdadır 7 Avqust 2020, 16:43 “Bakubus” sürücü axtarır 7 Avqust 2020, 16:39 Azərbaycanda məscid, kilsə və sinaqoqların sayı AÇIQLANDI 7 Avqust 2020, 16:37 Hakimliyə namizədlər yazılı imtahan veriblər 7 Avqust 2020, 16:29 Bakıda ana əkiz uşaqlardan birinin oğurlandığını İDDİA EDİR 7 Avqust 2020, 16:25