Modern.az

Goranboyun Qızılhacılı qəsəbəsində “Şəhidlər Xatirə Kompleksi” tikilir 

Goranboyun Qızılhacılı qəsəbəsində “Şəhidlər Xatirə Kompleksi” tikilir 

Aktual

2 Dekabr 2019, 18:34

Goranboy rayon İcra Hakimiyyəti başçısının xüsusi tapşırığı əsasında Qızılhacılı qəsəbəsində Şəhidlər Xatirə Kompleksinin tikinti işləri aparılır.

 

Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyəti Başçısı Məhərrəm Quliyevin Qızılhacılı qəsəbəsində vətəndaşlarla keçirdiyi səyyar qəbulu zamanı şəhid ailələri və Qarabağ qaziləri tərəfindən, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə, qəsəbədə “Şəhidlər Xatirə Kompleksi”nin tikilməsi xahiş ediblər. Bu müraciət əsasında, İcra Başçısı tərəfindən qəsəbədə Kompleksin tikintisinə başlanılması üçün aidiyyəti məsul şəxslərə tapşırıqlar verilib və dərhal işlərə başlanılıb.

 

Aparılan tikinti işləri ilə yerində tanış olmaq üçün İcra başçısı Məhərrəm Quliyev dekabr 2-də Qızılhacılı qəsəbəsində olub və tikinti işlərinin qısa müddətdə və yüksək səviyyədə yekunlaşdırılması ilə bağlı tapşırıqlarını verib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır