Arxiv
3 Dekabr 2019, 16:19 | AKTUAL
Azercell – gələcək texnologiyalar dünyasında sizin bələdçiniz  

Ən son yenilikləri və qabaqcıl texnoloji həlləri bir araya gətirən "Azercell Telekom" MMC, 2019-cu ilin dekabr ayının 3-dən 6-a kimi Bakı Ekspo Mərkəzində keçiriləcək “Bakutel”- Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisinin 25-ci Yubileyində baş sponsor və innovativ xidmətlərin təqdimatçısı qismində iştirak edir. 

 

Hələ iyun ayında ictimaiyyətə yeni brend kimliyini və rəqəmsallaşmaya doğru dəyişən strategiyasını açıqlayan Azercell şirkəti, hazırda  5G, Süni İntellekt (Aİ) və Əşyaların İnterneti (İoT) sahəsindəki ən son texnoloji nailiyyətləri yerli bazara gətirməklə, şirkətin məhsullar portfelini zənginləşdirmək üzərində çalışır. “Gələcəyin cəmiyyətini və iqtisadiyyatını formalaşdıran texnoloji tendensiyalarla ayaqlaşmağı öndə tutan bir şirkət kimi, yüksək sürətli mobil internet və daimi bağlantını təmin etməyi hədəfləyirik. Azercell növbəti dəfə yerli bazarda lider mövqeyini qoruyaraq,  ölkədə ilk 5G yeni nəsil simsiz şəbəkəsini təqdim etdi. İnanırıq ki, 5G texnologiyası müasir genişzolaqlı mobil rabitə xidmətlərində çevrilişə səbəb olmaqla bərabər, sənaye sahələri və müxtəlif müəssisələrdə yüksək məhsuldarlıq və effektivlik əldə etmək, habelə müştəri təcrübəsini mükəmməlləşdirmək üçün yeni imkanlar yaradacaq"- deyə Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev dekabr ayının 3-də Azercell-in Bakutel sərgisindəki stendində baş tutmuş mətbuat konfransında çıxışı zamanı bildirdi.

 

Qeyd etmək lazımdır ki, mətbuat konfrasından dərhal sonra Azercell-in prezidenti Vahid Mürsəliyev və Ericsson şirkətinin Şərqi Avropa və Orta Asiya üzrə  prezidenti Sebastyan Tolstoy Azərbaycanda 5G şəbəkəsinin qurulmasını və 5G texnologiyasının inkişafınının sürətləndirilməsini həyata keçirən iki strateji tərəfdaş kimi jurnlaistlər və Bakutel ziyarətçiləri qarşısında Anlaşma Memorandumu imzaladılar.

 

Beləliklə, bu ilin noyabr ayında Bakının Fontanlar meydanında baş tutan ilk pilot 5G şəbəkəsinin təqdimatından sonra, Azercell Telekom öz daimi tərəfdaşı Ericsson şirkətilə birlikdə ölkənin ən  mühüm texnoloji tədbiri Bakutel sərgisində 5G texnologiyasına əsaslanan demo nümunələrini, həmçinin şirkətin biznes və pərakəndə müştəriləri üçün nəzərdə tutulan geniş çeşidli rəqəmsal məhsul, həllərini nümayiş etdirir!

 

Həmçinin sərgi çərçivəsində "SmartCell" həllinin tətbiqi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov və Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev memorandum imzalayıb.  Məlumat üçün bildirək ki, "SmartCell" – üz tanıma texnologiyası (Face ID) ilə mobil nömrələrin satışını həyata keçirən rəqəmsal nömrə satışı sistemidir. 

 

5G SÜRƏT sınağı

 

Azercell bütün sərgi iştirakçılarını 5G şəbəkəsinin real sürətini hiss etməyə dəvət edir. Rəqəmsal həllər təminatçısı, ziyarətçilərə stenddəki mobil telefon və böyük ekran üzərindən 5G şəbəkəsinin təmin etdiyi yüksək sürətli internetin üstünlüyünün şahidi olmaq imkanı yaradır. 

 

5G Multisensor

 

Bu demonu sınaqdan keçirtmək üçün qonaqlara də 3D VR gözlüyü və coystik təqdim ediləcək. 5G şəbəkəsinin tam gücünü hiss edərək,  ziyarətçilər demək olar ki, ləngimə olmadan robot idarə etmək, fərqli səthləri hiss və skan etmək üçün əvəzolunmaz fürsət qazanacaqlar.

 

5G  Konfrans

 

Sərgi iştirakçıları Oculus Rift və Oculus Go komplekti vasitəsilə özlərini virtual konfrans mühitində zənn edəcəklər. Burda onlar ünsiyyət qura, müxtəlif otaqları gəzə, video, foto və 3D baxa biləcəklər. 

 

5G Oyunlar

 

5G oyun təcrübəsini yeni səviyyəyə çıxarır. Artıq ləngimə olmadan, tam etibarlı bağlantının təmin olunduğu oyun həyəcanını yaşamaq mümkün olacaq..

 

Azercell ziyarətçiləri Virtual Reallıq texnologiyasına əsaslanan Sci-Fi top döyüşünü və Roketbol idman oyunlarını sınaqdan keçirməyə dəvət edir. İştirakçılar xüsusi Oculus RIFT komplekti vasitəsilə  virtual idman ərazisində “multiplayer” rejimində  özlərini çox saylı oyunçulardan biri olaraq  təsəvvür edəcəklər.

 

Azercell-in rəqəmsal məhsullar zonası

 

Yeni bağlantı erasında abunəçilərinin ehtiyaclarını tam qarşılamağı hədəfləyən Azercell,  öz fəaliyyətində innovativ və rəqəmsal həllərə üstünlük verir. Müasir zamanda Əşyaların İnterneti tərəfindən təqdim olunan hədsiz imkanlar, telekommunikasiya texnologiyasında misli görünməmiş bir sıçrayış daha rahat işləməyimizi, yaşamağımızı və həyatımıza tam şəkildə nəzarət etməyimizi təmin edəcək.

 

Azercell dünyanı dəyişdirən rəqəmsal məhsullarını xüsusi ayrılmış guşədə sərgiləyir. Burada şirkət, evinizi daha funksional, daha rahat və təhlükəsiz edəcək Əşyaların İnterneti prinsipinə əsaslanan “Azercell Ağıllı Ev” məhsulunu nümayiş etdirir. Bu xidmət sizə istənilən yerdən bir tətbiq vasitəsilə işıqlandırma, cərəyana qoşulma, temperatur və otaqdakı hərəkətlərə tam nəzarət imkanı verərək, gündəlik həyatınızı rahatlaşdırır, təhlükəsiz bir evdə yaşamağınıza zəmanət verir. 

 

Azercell təhsil və əyləncə məzmununu bir məhsulda cəmləyən “Azercell Kids”  eksklüziv xidməti ilə həm valideynləri, həm də uşaqları sevindirir və ən etibarlı rəqəmsal mühiti kəşf etmək üçün bu stendə dəvət edir. Həmçinin ziyarətçilər xüsusi qulaqcıqlar vasitəsilə “Bookmate” tətbiqinin tərkib hissəsi olan “Audio kitab" xidməti çərçivəsində zəngin dünya ədəbiyyatının audio yazılarından elə məkanı dəyişmədən zövq ala bilərlər. Keyfiyyətli mobil oyunları Azercell abunəçiləri üçün daha əlçatan edən “Azercelloyunlar”, öz mobil hesabını idarə etmək üçün nəzərdə tutulan rahat “Kabinetim” mobil tətbiqi, kino və televiziya aləminə qapı açan “ivi” xidmətləri də stendin xüsusi zonasında nümayiş etdiriləcək. 

 

Korporativ Biznes Seqmenti zonası

 

Rəqəmsal məhsulların yeni nəslini təqdim edən Azercell bütün mövcud və potensial biznes müştərilərini xüsusi guşədə qarşılayır. Bura Azercell-in korporativ seqment strukturunun nümayəndələri ilə danışıqlar aparılması üçün ideal bir yer olmaqla yanaşı, həm də şirkətin biznes müştərilərini özrəqəmsal xidmətləri ilə yaxından tanış etmək üçün ən əlverişli məkandır.

 

Rəqəmsal həllər təminatçısı olan “Azercell Telekom” MMC Azərbaycanda ilk dəfə Əşyaların İnterneti texnologiyasına əsaslanan “Nəqliyyat vasitələrinin idarəedilməsi və nəzarəti” xidmətini təqdim edir. Yeni servis nəqliyyat parklarına malik sahibkarlıq müəssisələrinə parklarının tam idarəedilməsi imkanını verir. 

 

Yeni həll nəqliyyatın növündən asılı olmayaraq, müxtəlif sahəyə aid istənilən miqyaslı nəqliyyat parklarını əhatə edir. Mükəmməlləşdirilmiş real zaman interfeysi ilə “Nəqliyyat vasitələrinin idarəedilməsi və nəzarəti” xidməti sürücülərin və nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin edərək, müəssisələrin məhsuldarlığını artırmağa və əməliyyat xərclərini azaltmağa müvəffəq olacaq.

 

“Nəqliyyat vasitələrinin idarəedilməsi və nəzarəti” xidmətinin iş prinsipi:

 

“Nəqliyyat vasitələrinin idarəedilməsi və nəzarəti” müəssisələrə real zamanda korporativ nəqliyyat vasitələrinin vəziyyətini, marşrutu, səfər müddətini və yanacaq sərfiyyatını izləmək imkanı yaradır. Bundan əlavə, bu xidmət vasitəsilə nəqliyyat vasitələrinin mexaniki hissələri, mühərrik işləməsi və hətta batareya gərginliyinin göstəricisi haqqında da məlumat əldə etmək olar. “Nəqliyyat vasitələrinin idarəedilməsi və nəzarəti” xidməti həm də sürücülük davranışını (sürət həddi, sərt tormozlama və kəskin sürətlənmə) qeydə alır, ətraf-mühitə qarşı münasibətdə daha dostyana sürücülük vərdişlərinə yiyələnməyə kömək edir. Üstəlik, qəza və ya fövqəladə vəziyyət olduğu zaman xidmət avtomatik şəkildə həyəcan siqnalı göndərir.

 

Qeyd etmək lazımdır ki, Azercell korporativ müştəriləri üçün "Biznesim" tarif paketləri, "Biznesim Sosial şəbəkə paketləri", "Biznesim Ayrılmış İnternet Xətti" və "Biznesim Veb" xidmətləri kimi rəqəmsal məhsullar təklif edir. Azercell Azərbaycan şirkətlərinin əsas tərəfdaş seçimi olmağı hədəfləyərək,  onlara internetin geniş imkanları, şirkətdaxili limitsiz danışıqlar və sərfəli qiymətlər təqdim edir.

 

Ən uyğun tarif və internet paketi seç 

 

Burada Azercell nümayəndələri müştərilərə ən uyğun məhsul və xidmətlər seçməkdə bələdçilik edir. Bu zonada müştərilər səs və internet xidmətlərinin aktiv istifadəçilərinə hədsiz imkanlar bəxş etməklə yanaşı, rabitə xərclərini azaltmaq fürsəti yaradan "Sərbəst" tarif paketi, eləcə də gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən İnternet paketləri ilə tanış ola bilər. 

 

iPhone zonası

 

“Apple İnc” şirkətinin Azərbaycandakı eksklüziv telekom tərəfdaşı olan Azercell, bu guşədə iPhone pərəstişkarlarını salamlayır. Şirkət sərgi iştirakçılarına qabaqcıl texnologiyaları və istifadə rahatlığını özündə birləşdirən yeni iPhone modelləri ilə yaxından tanış olmaq fürsəti yaradır.

 

Azercell komandasına qoşulun

 

Azercell-in İnsan Kapitalının İdarəedilməsi departamentinin mütəxəssisləri çevik komandaya qoşulmaq arzusunda olan şəxsləri sərgidə gözləyəcək, onlara karyera imkanları və mövcud vakansiyalar, həmçinin məhz tələbələr üçün hazırlanan tələbə proqramları barədə geniş məlumat verəcək. Rəqəmsal gələcəyi bizimlə qurun!

 

Əyləncə Zonası

 

Rəqəmsallaşma ruhu əyləncə zonasında da hiss olunur. Burada Azercell həm böyüklər, həm də uşaqlar üçün əyləncəli rəqəmsal oyunlar təqdim edir. Bundan əlavə, Azercell bütün idman həvəskarlarını bu guşədə gözləyir və interaktiv futbol oyunu ilə öz təcrübələrini artırmağa səsləyir.

 

Ziyarətçilərə 5G texnologiyasının canlı təcrübəsini təqdim edən Azercell hər kəsi texnoloji yeniliklər dünyasından zövq almağa dəvət edir. Gələcəyi formalaşdıran texnologiyanın şahidi olmaq və beşinci nəsil simsiz şəbəkənin tam gücünü hiss etmək fürsətini qaçırmayın!


Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ATƏT PA-nın müşahidə missiyasının Azərbaycana gələcəyini gözləyirik - Bahar Muradova 14 Dekabr 2019, 10:42 Paytaxtda dəhşətli CİNAYƏT: Ana və qızı evində öldürüldü 14 Dekabr 2019, 10:13 “Ermənilər olmayan bir şeyə inanmaq istəyirlər” 14 Dekabr 2019, 09:56 Sərhəddə erməni təxribatı: Qazaxın 4 kəndi atəşə tutuldu 14 Dekabr 2019, 09:28 Hazırkı bələdiyyə sədrləri hansı partiyanın üzvləridir? 14 Dekabr 2019, 09:19 İslamı qəbul edən dünya ULDUZLARI 14 Dekabr 2019, 09:00 Saakaşvilinin iqamətgahını auksionda satdılar 14 Dekabr 2019, 00:54 Bu il 75 KİV əməkdaşı öldürülüb 14 Dekabr 2019, 00:39 Trampın impiçmentinin 2 maddəsi təsdiqləndi 14 Dekabr 2019, 00:20 Leyla Əliyeva “Study UK Alumni Awards 2019”un qaliblərinin mükafatlandırılmasında - FOTO 14 Dekabr 2019, 00:03 Reyhan Camalovadan daha bir uğur 13 Dekabr 2019, 23:44 Bakıda Finlandiyanın milli bayramı qeyd olundu 13 Dekabr 2019, 23:24 Azərbaycan nefti bahalaşdı 13 Dekabr 2019, 23:08 İsa Qəmbərin oğlu deputatlığa namizədliyi irəli sürdü - FOTO 13 Dekabr 2019, 22:53 TBMM-dən ABŞ Senatının “erməni soyqırımı” qərarına etiraz 13 Dekabr 2019, 22:36 İlyas İsmayılov bağışlamadı: “Mənə desəydi, oğluma xəbərdarlıq edərdim” 13 Dekabr 2019, 22:17 Rusiyada İŞİD üzvləri yaxalandı 13 Dekabr 2019, 22:01 Dilarə Seyidzadə region gəncləri ilə görüşdü - FOTO 13 Dekabr 2019, 21:47 Baş nazir ölkəsini Breksitə hazır olmağa çağırıb 13 Dekabr 2019, 21:33 Prezident İlham Əliyev Boris Consonu təbrik edib 13 Dekabr 2019, 21:18 Türkiyə millisi Azərbaycanla oynayacaq 13 Dekabr 2019, 21:02 170 mindən çox ev işıqsız qaldı - SƏBƏB 13 Dekabr 2019, 20:46 Milliyə yeni baş məşqçi gətirilir - İDDİA 13 Dekabr 2019, 20:32  Gürcüstanın Azərbaycana 6,874 milyon dollar borcu var 13 Dekabr 2019, 20:18 Azərbaycanlı gənc xanım Harvardda təhsil alacaq - FOTO 13 Dekabr 2019, 20:03 Dörd ev və bir çayxanadan oğurluq edən şəxs tutulub 13 Dekabr 2019, 20:01 Ağstafada itkin düşən qızın Gəncəyə qaçırıldığı məlum olub 13 Dekabr 2019, 19:52 Rüstəm Orucov Çində bürünc medal qazandı 13 Dekabr 2019, 19:43 Güləşçimiz erməni rəqibini məğlub edib medal qazandı 13 Dekabr 2019, 19:34 Azərbaycan və Kolumbiya XİN başçıları arasında məktub mübadiləsi olub 13 Dekabr 2019, 19:25 Sədr müavini diplomatlara mühazirə deyib - FOTOLAR 13 Dekabr 2019, 19:16 Rektor qanvermə aksiyasında iştirak etdi - FOTO 13 Dekabr 2019, 19:11 “Ermənistanın Xarici İşlər naziri görüşlərə sanki çay içməyə gəlir” - XİN-dən AÇIQLAMA 13 Dekabr 2019, 19:02 Məhərrəm Quliyev problemlərin araşdırılması ilə bağlı tapşırıqlar verdi - FOTO 13 Dekabr 2019, 18:56 İcra başçısı yeni binanın tikintisi ilə tanış olub - FOTO 13 Dekabr 2019, 18:47