Modern.az

İlham Əliyev politoloqla bağlı sərəncam verdi

İlham Əliyev politoloqla bağlı sərəncam verdi

3 Dekabr 2019, 16:27

Prezident İlham Əliyev Elşad Mirbəşir oğlunun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

Modern.a-ın məlumatına görə, Elşad Mirbəşir oğlu siyasi elmləri üzrə fəlsəfə doktoru, tanınmış siyasi şərhçidir. O Azərbaycan Milli Elmlər Akademiyasının Hüqauq və İnsan haqları institutunda çalışır. Həmçinin Dövlət İdarəçilik Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur.

 

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi ölkə başçısının fərmanı ilə bu ilin 8 fevral tarixində yaradılıb və İdarə Heyətinin sədri millət vəkili Zahid Orucdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir