Modern.az

“Bir gün ərzində 650 min ağacın əkilməsi böyük nəticədir” - Cavid Osmanov

“Bir gün ərzində 650 min ağacın əkilməsi böyük nəticədir” - Cavid Osmanov

6 Dekabr 2019, 16:20

 

“650 min ağacın əkilməsi gələcək nəsil üçün sağlam ekoloji mühitin formalaşdırılması deməkdir”.

 

Bunu Modern.az-a açıqlamasında beşinci çağırış Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

 

O, Yeni Azərbaycan Partiyası üzvlərinin kampaniyada böyük ruh yüksəkliyi ilə iştirak etdiyini vurğulayıb:

 

“Bildiyimiz kimi 2019-cu ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən Nəsimi ili elan olunmuşdu. Bununla əlaqədar olaraq il ərzində bir çox tədbirlər həyata keçirildi. Eyni zamanda Nəsmi ilinin elan olunması ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyeva böyük təşəbbüs irəli sürərək bir gündə 650 min ağacın əkilməsinə nail oldu. Bu gün bu təşəbbüsə Azərbaycan xalqı, ayrı-ayrı ictimaiyyət nümayəndələri qoşulub. Təkcə bir gün ərzində 650 min ağacın əkilməsi böyük nəticədir. Bu bir daha göstərdi ki, ölkə ərazisində aparılan siyasətə Azərbaycan xalqı hər zaman dəstəkdir. Ümumilikdə ölkəmizin bütün şəhər və rayonları axına qoşularaq yüksək əhval-ruhiyyə ilə ağac əkilməsində iştirak etdi. Bu qədər ağacın əkilməsi, sağlam ekoloji mühitin formalaşdırılması deməkdir. Biz də Yeni Azərbaycan Partiyası olaraq kampaniyaya ruh yüksəkliyi ilə qoşularaq prosesdə iştirak etdik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir