Arxiv
6 Dekabr 2019, 21:10 | AKTUAL
Qızılcadan ölənlərin sayı 140 minə çatdı

2018-ci ildə dünyada 10 milyonadək adam qızılcaya yoluxub, əksəriyyəti uşaqlar olmaqla 140 min nəfər bu xəstəlikdən dünyasını dəyişib.

Modern.az  xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Qızılcanın dünyanın demək olar hər bir regionunda yayıldığı bildirilir. Təşkilatın açıqlamasına görə, ötən il qızılcadan əsasən yaşı 5-dən az, peyvənd olunmayan uşaqlar ölüb: “İstənilən uşağın qızılca kimi peyvəndlə qarşısı alına bilən xəstəlikdən ölməsi özbaşınalıq, ən zəif sayılan uşaqları dünyanın kollektiv şəkildə qoruya bilməməsidir”, – ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreysus deyib.

ÜST bildirir ki, bu ilin mənzərəsi daha pisdir, noyabradək mövcud data ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfəyədək artımı üzə çıxarıb.Amerika Birləşmiş Ştatları 2019-cu ildə qızılcaya yoluxmanın son 25 ildə ən yüksək həddə çatdığını bildirib. Avropanın dörd ölkəsi – Albaniya, Çexiya, Yunanıstan və Britaniya isə 2018-ci ildə ÜST-nin verdiyi “qızılcasız” statusundan məhrum olublar.

Samoada qızılca epidemiyası davam edir, 4 min 200-dən çox adam yoluxub, 60-dan çox ölən var. Onlar da əsasən körpələr və uşaqlardır. Peyvəndlərə qarşı hərəkatın epidemiyanın yayılmasında rolu olduğu bildirilir.

ÜST qlobal səviyyədə qızılcaya qarşı peyvəndləmə səviyyəsinin təxminən on il ərzində yerində saydığını vurğulayır. ÜST və UNICEF uşaq fondunun məlumatına görə, 2018-ci ildə uşaqların 86 faizi qızılca peyvəndinin ilkin dozasını qəbul edib. 70 faizdən də az uşağa isə qızılcadan tam qorunmaq üçün tövsiyə olunan ikinci doza vurulub. Qızılca Ebola, vərəm, qripdən daha artıq yoluxucu xəstəlik sayılır. Virus havada, yaxud səthlərdə saatlarla qala bilir ki, bu da peyvənd olunmamış istənilən adama risk yaradır.

Bəzi zəngin ölkələrdə bir qisim valideynlər dini və fəlsəfi səbəbləri əsas gətirərək peyvənddən imtina ediblər. Hakimiyyətə inamsızlıq, autizm sindromu ilə əsassız əlaqələndirmə də peyvəndləməyə təsirini göstərib.

Oktyabrda dərc olunmuş tədqiqatda deyilir ki, qızılcaya yoluxma nəinki ölüm riski, yaxud pnevmoniya, beyin zədəsi, korluq, karlıq yarada, eləcə də qurbanının immun yaddaşını bir neçə ay, yaxud il ərzində zədələyə bilər. ÜST-nin məlumatına görə, 2018-ci ildə dünyada 9 milyon 769 min 400 qızılcaya yoluxma qeydə alınıb, 142 min 300 nəfər vəfat edib. 2017-ci ildə bu rəqəmlər uyğun olaraq 7 milyon 585 min 900 və 124 min idi.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qoşunlarda yay tədris dövrü başlayıb 5 Avqust 2020, 13:56 Sabah Bakıda 30, rayonlarda 35 dərəcə isti olacaq 5 Avqust 2020, 13:53 Deputatdan parlamentdə sərt ÇIXIŞ: “120-140 manata virus testi olar?” 5 Avqust 2020, 13:47 Xocalı abidəsinin yeri dəyişdirildi 5 Avqust 2020, 13:41 Sərt karantinin tətbiq edildiyi yerlərdə məhkəmələr hansı qayda ilə keçiriləcək? 5 Avqust 2020, 13:36 Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib 5 Avqust 2020, 13:28 Müavini Fəttah Heydərovdan DANIŞDI: “Heç kəs düşünmürdü ki, qəfil aramızdan gedəcək” 5 Avqust 2020, 13:27 Neft Beyrutdakı partlayışdan sonra BAHALAŞDI 5 Avqust 2020, 13:21 Baş Prokurorluq Seymur Əhmədov, Asif Yusifli, Fuad Qəhrəmanlı ilə bağlı məlumat yaydı 5 Avqust 2020, 13:18 Xarabaya çevrilən Beyrut limanının strateji əhəmiyyəti ... 5 Avqust 2020, 13:14 “Bu il əhaliyə ödənişlər ötən illə müqayisədə 450 milyon manat artıq olub” - Nazir 5 Avqust 2020, 13:12 Sahil Babayev: “Azərbaycan minimum pensiya məbləğinə görə MDB-də 1-ci yerdədir” 5 Avqust 2020, 13:00 Parlament büdcə dəyişikliyini 1-ci oxunuşda qəbul etdi 5 Avqust 2020, 12:56 Siyavuş Novruzov deputatları dövlətin yanında olmağa SƏSLƏDİ 5 Avqust 2020, 12:48 Aydın Mirzəzadə: “Ola bilər  190 manatlıq ödəniş 600 min deyil, 1 milyon insana verilsin” 5 Avqust 2020, 12:45 FHN-in çimərliklərdən istifadə ilə bağlı əhaliyə müraciət etdi - VİDEO 5 Avqust 2020, 12:42 Bu Avropa ölkəsində virusa yoluxanların sayı 95 faiz artıb 5 Avqust 2020, 12:33 Beyrutdakı partlayışda azı 5 erməni həlak olub 5 Avqust 2020, 12:22 Deputatdan hökumətə ÇAĞIRIŞ: “İşləməyən minlərlə insan nə ilə dolanmalıdır?” 5 Avqust 2020, 12:18 “Təhsil haqları yarıbayarı azaldılmalıdır” - Deputatdan TƏKLİF 5 Avqust 2020, 12:12 Təhsil komitəsinin sədri: TƏBİB Səhiyyə Nazirliyi ilə birlikdə qaydalar hazırlamalıdır 5 Avqust 2020, 12:10 Növbəti 6 ayda neftin qiymətinin 35 dollar olması proqnozlaşdırılır - Nazir 5 Avqust 2020, 11:59 Hannover şəhərində Azərbaycan ordusuna dəstək mitinqi keçirilib 5 Avqust 2020, 11:57 Bakıda mənzildən 1 milyon manatlıq OĞURLUQ 5 Avqust 2020, 11:54 Nazir: “İqtisadiyyatımıza təhlükələr var” 5 Avqust 2020, 11:50 Samir Şərifov: “Apreldən ümumi daxili məhsul azalmağa başlayıb 5 Avqust 2020, 11:47 Sahibkarlara yardım veriləcək - Nazirlik şərtləri AÇIQLADI 5 Avqust 2020, 11:39 Qadının pulu və qızılı oğurlandı 5 Avqust 2020, 11:32 Komitə sədri iqtisadiyyatdakı azalmalardan DANIŞDI: “Kifayət qədər ehtiyatlı olmalıyıq” 5 Avqust 2020, 11:26 Parlament büdcə dəyişikliyini müzakirə edir 5 Avqust 2020, 11:20 Milli Məclis şəhidləri yad etdi 5 Avqust 2020, 11:08 Ermənistanda virusa yoluxanların sayı 40 minə yaxınlaşır 5 Avqust 2020, 11:07 Ermənistan BMT Təhlükəsizlik Şurasının nüfuzuna xələl gətirir - Cenevrədəki ekspert 5 Avqust 2020, 10:59 ADU-nun Konfutsi İnstitutu koronavirus mövzusunda müsabiqəsi keçirir 5 Avqust 2020, 10:59 Baş prokuror mərhum generalın oğluna vəzifə verdi 5 Avqust 2020, 10:56