Modern.az

Bakıda bir mənzili bir neçə adama satan zavod direktoru həbs edilib

Bakıda bir mənzili bir neçə adama satan zavod direktoru həbs edilib

7 Dekabr 2019, 17:11

Hüquq-mühafizə orqanlarından Modern.az saytına daxil olan məlumata görə, «İşıq inşaat» MMC-nin və eyni adlı MTK-nın rəhbəri Şirəliyev Cavanşir Qardaş oğlu özgə əmlakını külli miqdarda mənimsəməkdə şübhəli bilinərək həbs olunub.

 

Bakı Şəhər Prokurorluğunda istintaq olunan cinayət işində elan olunan ittihama əsasən, C.Şirəliyev faktiki rəhbərlik etdiyi MTK-nın Bakı şəhəri Tbilisi prospektində tikdiyi binada eyni mənzilləri bir neçə şəxsə satmaqla ayrı-ayrı vətəndaşlara külli miqdarda ziyan vurub.

 

C.Şirəliyev ayrı-ayrı vətəndaşlardan yüz minlərlə manat mənisəməkdə ittiham olunur. Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən C.Şirəliyevin barəsində həbs qətiimkan tədbiri seçilməsi üçün müstəntiq tərəfindən təqdimat verilib.

 

Səbail rayon məhkəməsinin (hakim Aytən Əliyeva) 04 dekabr 2019-cu il tarixli qərarı ilə C.Şirəliyevin barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

 

Ehtimal olunur ki, C.Şirəliyevin əməllərindən ziyan çəkən mənzil alanların sayı istintaqa indiyədək məlum olanlardan daha çoxdur. C.Şirəliyevin vergidən yayınma hallarına yol verdiyi bildirilir. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?