Modern.az

Qızıl mədənində 4 fəhlə öldü

Qızıl mədənində 4 fəhlə öldü

Dünya

9 Dekabr 2019, 00:54

Qızıl mədənində baş verən çökmə nəticəsində 4 fəhlə dünyasını dəyişib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Cənubi Afrika Respublikasının Orkni şəhərində qeydə alınıb. 

Məlumata görə, çökmə nəticəsində 5 fəhlə mədəndə iflic vəziyyətdə qalıb. Xilasetmə əməliyyatı nəticəsində fəhlələrdən birini xilas etmək mümkün olub. Ölən fəhlələrin cəsədləri mədəndən çıxardılıb.

CAR-nın Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ötən il ölkədə mədənlərdə 81 nəfər ölüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır