Modern.az

Dəm qazı ölümləri ilə bağlı cinayət işi açıldı

Dəm qazı ölümləri ilə bağlı cinayət işi açıldı

Aktual

9 Dekabr 2019, 11:30

Bərdədə və Qusarda 3 nəfərin dəm qazından boğulması faktları ilə bağlı cinayət işi başlanıb.

 

Modern.az-ın məlumatına görə, Bərdədə 3 yaşlı azyaşlının yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə, Qusarda 15 yaşlı qızın dəm qazından boğularaq ölməsi faktı ilə bağlı isə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

 

Qeyd edək ki, Bərdə şəhərində 3 yaşlı Hüseynli Ayşən Etibar qızı anası ilə birgə dəm qazından zəhərlənib. Uşaq ölüb, ananın vəziyyəti ağırdır.

 

Qusarda isə 2004-cü il təvəllüdlü Niftəliyeva Yeva Vahid qızı yaşadıqları evin hamam otağında dəm qazından boğularaq ölüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü