Modern.az

“Azərsu”da Asiya İnkişaf Bankının nümayəndəsi ilə görüş keçirilib

“Azərsu”da Asiya İnkişaf Bankının nümayəndəsi ilə görüş keçirilib

Aktual

14 Mart 2012, 18:09

“Azərsu” ASC-də Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankının Regionların İnkişafı və Su Təchizatı departamentinin Mərkəzi və Qərbi Asiya ölkələri üzrə direktoru Anand Çinplunkarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, ASC-nin sədri Qorxmaz Hüseynov Asiya İnkişaf Bankının Azərbaycanda “Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” çərçivəsində bankın krediti hesabına maliyyələşdirilən layihələrin uğurla icra olunduğunu bildirib.

Asiya İnkişaf Bankının ölkə üzrə direktoru Anand Çinplunkar bildirib ki, təmsil etdiyi qurum Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində bundan sonra da iştirak etməkdə maraqlıdır. Görüşdə “Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı”nın icra vəziyyəti, maliyyələşmə, kadr hazırlığı və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan hökumətinin iştirak payı və Asiya İnkişaf Bankının krediti hesabına maliyyələşdirilən “Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı”nın I mərhələsində Ağdaş və Göyçay şəhərlərində suqəbuledici qurğular kompleksi yaradılıb. II mərhələ çərçivəsində Ağdaş və Göyçay, eləcə də Beyləqan şəhərlərinin su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması nəzərdə tutulur.
Hər 3 şəhər üzrə elan edilmiş tenderlər aprel ayının sonuna qədər yekunlaşacaq. Asiya İnkişaf Bankının krediti hesabına reallaşdırılan layihənin III mərhələsində isə Ağcabədi və Balakən şəhərlərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq. İlkin razılığa görə, II və III mərhələ üzrə işlərin cari ildə başlanması nəzərdə tutulur. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!