Modern.az

Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi planda yoxdur - Nazirlik

Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi planda yoxdur - Nazirlik

Aktual

9 Dekabr 2019, 18:20

Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsinin mümkünlüyü barədə Müdafiə Nazirliyinin məlumatının bəzi yerli KİV-lər tərəfindən təhrif edilməsinə Müdafiə Nazirliyinin Mətbuat Xidməti tərəfindən münasibət bildirilib.

 

Nazirlikdən Modern.az-a verilən məlumatda deyilir ki, çoxmillətli təlimlərin keçirilməsi barədə təklif ilk olaraq Türkiyə Baş Qərargahının ikinci rəisi korgeneral Metin Gürakın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı səsləndirilib:

 

"Eyni zamanda, onu da qeyd edək ki, Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi məsələsi hazırda Azərbaycan Müdafiə Nazirliyinin yaxın perspektiv fəaliyyət planına daxil deyil”.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır