Arxiv
9 Dekabr 2019, 18:39 | AKTUAL
“Bakcell”in stendi  “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görüldü - FOTO  

Bakcell şirkəti 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində təqdim etdiyi stendə görə “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb. Sertifikat “BakuTel-2019” sərgisinin təşkilatçısı Caspian Event Organizers (CEO) tərəfindən təqdim edilib. 

Şirkət öz ənənəsinə sadiq qalaraq stendində Azərbaycanın ən böyük mobil şəbəkəsini və ən sürətli mobil internet xidmətini, özünün son nailiyyətlərini nümayiş etdirib, həmçinin bir sıra əyləncəli tədbirlər, maraqlı oyunlar və müsabiqələr təşkil edib. Bundan əlavə, Bakcell öz stendində şirkət üçün yeni ayrılan “099” prefiksinin də yaxın gələcəkdə istifadəyə veriləcəyini elan edib.  

“Bakutel sərgisi şirkətimizin şəbəkəsinin üstünlüklərini nümayiş etdirmək üçün əla fürsət yaradıb. Bu il beynəlxalq nüfuza malik olan “Ookla” şirkəti növbəti dəfə Bakcell şirkətini Azərbaycanın ən sürətli mobil şəbəkəsi adlandırıb. Mobil operator abunəçisi üçün ən vacib olan məsələ şəbəkənin keyfiyyəti və sürətidir. Biz isə bu sahədə üstünlüyümüzü praktiki şəkildə ardıcıl olaraq 3-cü dəfə sübut etmişik!”, deyə Bakcell şirkətinin baş kommersiya direktoru Reinhard Zuba bildirib. 

Belə ki, Bakutel 2019 ərzində Bakcell stendinə gəlmiş minlərlə qonaq Bakcell şəbəkəsinin üstünlüyü və ölkənin telekommunikasiya bazarında ilk və ən reytinqli virtual müştəri xidmətləri aləti olan “Mənim Bakcellim” mobil tətbiqetməsinin yenilikləri ilə taniş olub, Azərbaycan gəncləri üçün yeni imkanlar yaradan “AppLab” startap inkubasiya proqramı barədə məlumat almaq və hədiyyələr qazanmaq üçün “Ulduzum” loyallıq proqramının oyunu, lotereyalar və digər oyunlarda iştirak etmək imkanını qazanıb. 

“Bakcell”in “Bakutel 2019” sərgisində iştirakı ilə bağlı hazırlanmış videoçarxa burada baxa bilərsiniz:  https://youtu.be/MsdgGbZHJ94

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı, Sumqayıt və İmişlidə silahlı şəxslərə qarşı ƏMƏLİYYAT 14 Avqust 2020, 18:32 Azay Quliyev seçicilərlə videogörüş keçirib     14 Avqust 2020, 18:24 Azərbaycanda təhsil sistemi keyfiyyətcə yeni inkişaf müstəvisinə qədəm qoyub - Deputat 14 Avqust 2020, 18:20 Dollar yeni həftəyə belə başlayacaq 14 Avqust 2020, 18:17 Azərbaycanın dövlət büdcəsində kəsir yarandı 14 Avqust 2020, 18:10 Müdafiə Nazirliyindən ermənilərin “Gəncəni vurarıq” təhdidinə REAKSİYA 14 Avqust 2020, 18:05 Səfir: “Türkiyə ilə Azərbaycanın düşmənləri kimdirsə, baxıb qısqansınlar” – MÜSAHİBƏ 14 Avqust 2020, 17:59 Naqif Həmzəyev: Türkiyənin Minsk Qrupu həmsədrləri sırasına daxil edilməsi ən optimal variantdır 14 Avqust 2020, 17:54 Vahid Əhmədov seçicilərini onlayn qəbul edib 14 Avqust 2020, 17:48 Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşdü 14 Avqust 2020, 17:42 Bərdədə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərildi 14 Avqust 2020, 17:36 Daha 400 Taliban döyüşçüsü azadlığa buraxıldı 14 Avqust 2020, 17:30 Nazirlik “Qanun” nəşriyyatından video YAYDI 14 Avqust 2020, 17:24 Azərbaycanda daha 103 nəfər koronavirusa yoluxdu - 3 nəfər öldü 14 Avqust 2020, 17:18 ABŞ Venesuelaya gedən İran tankerlərindən yanacağı müsadirə etdi  14 Avqust 2020, 17:12 Türkiyədə axtarışa verilən 2 terrorçu məhv edildi 14 Avqust 2020, 17:11 Kanadada vətəndaşlar baş naziri və hökuməti hədələyirlər 14 Avqust 2020, 17:10 Polisdən vətəndaşlara Məhərrəm ayı və Aşura günü XƏBƏRDARLIĞI 14 Avqust 2020, 17:04 Belarus müxalifəti hakimiyyəti təhvil almaq üçün Koordinasiya Şurası YARATDI 14 Avqust 2020, 16:58 Əli Əsədov yeni vəzifəsində ilk tapşırığını verdi 14 Avqust 2020, 16:52 Oqtay Şirəliyev xaricdən gələn həkimlərlə görüşdü 14 Avqust 2020, 16:46 DİN-dən Şahbaz Xuduoğlunun iddialarına CAVAB 14 Avqust 2020, 16:40 15 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı - FOTOLAR 14 Avqust 2020, 16:34 Tələbələrin köçürülməsi qaydası açıqlandı 14 Avqust 2020, 16:28 Sayğaclara müdaxilə etmək mümkündür? - "Azərişıq"dan açıqlama 14 Avqust 2020, 16:22 “İtaliya mətbuatında ermənilərin növbəti yalanları ifşa olunub”  14 Avqust 2020, 16:16 Nişan mərasimi keçirənlərin işi məhkəməyə göndərildi 14 Avqust 2020, 16:10 13 erməni öldü, 300-dən çoxu yaralandı - RƏSMİ 14 Avqust 2020, 16:04 Azərbaycanda yüksək vəzifəli məmur işdən çıxarıldı 14 Avqust 2020, 16:03 Tələbələrin köçürülməsinin vaxtı açıqlandı   14 Avqust 2020, 15:58 İstixana sahiblərinin problemləri müzakirə olundu 14 Avqust 2020, 15:53 Avropa İttifaqı Belarusa qarşı sanksiyaları müzakirə edəcək 14 Avqust 2020, 15:50 Düşmənin məqsədi üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməkdir   14 Avqust 2020, 15:44 Avropaya qaçqın kimi gələn gəncdən nümunəvi addım 14 Avqust 2020, 15:38 İlham Əliyev Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir - Malik Həsənov 14 Avqust 2020, 15:32