Arxiv
10 Dekabr 2019, 10:43 | AKTUAL
Hava limanında 2 elektron qapı quraşdırılıb - FOTO

Azərbaycan Prezidentinin “Azərbaycan Respublika­sında turist axının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 20 fevral 2017-cı il tarixli sərəncamına əsasən dövlət sər­hədindən hərəkət edən şəxslərin sənədlərinin daha operativ və surətlə rəsmiləşdirilməsi məqsədilə dövlət sərhədindən buraxılış məntəqələrində yeni texnologiyaların tətbiqi davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Modern.az-a verilən məlumata görə, bu məqsədlə pilot layihə olaraq Heydər Əliyev Beynəlxalq Aeroportunun birinci terminalının gəl­mə zalında yeni 2 ədəd elektron qapı (e-gates) quraşdırılıb.

 

Bir sıra inkişaf etmiş ölkələrinin dövlət sərhədindən buraxılış mən­tə­qə­lə­rində istifadə olunan elektron qapılar sərhəd nəzarətində tətbiq olunan qa­baqcıl texnologiyaların ən effektiv nümunələrindəndir.

 

Elektron qapıdan yalnız 16 yaşı tamam olan, biometrik sənədlərə malik Azərbaycan vətəndaşları istifadə edə biləcəklər.

 

Vətəndaşlar elektron qapılar vasitəsilə sərhəd nəzarətindən aşa­ğıdakı ardıcıllıqla keçə biləcəklər:

 

dövlət sərhədindən hərəkət edən vətəndaş sənədlərini elektron qa­pının skan yerinə daxil edir.

 

sənədin məlumatları və vətəndaşın elektron qapıda çəkilmiş bio­met­rik fotoşəkili avtomatik məlumat bazasına daxil olur, məhdudiyyət siyahıları ilə yoxlanılır və pozuntu olmadığı halda vətəndaş 30 saniyə ərzində dövlət sərhədindən avtomatik buraxılır.

 

vətəndaşın sənədi və ya məhdudiyyəti ilə bağlı pozuntu aşkar­lan­dıq­da sistem siqnal verir.

 

206 ölkənin 2897 növ biometrik sənədini yoxlaya bilən elektron qa­pı­lar şəxslərin dövlət sərhədindən sürətli keçidini, sərhəd nəzarətinin da­ha effektiv həyata keçirilməsini təmin etməyə imkan verəcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İcra hakimiyyətində vətəndaşların müraciəti təhlil edildi 27 Yanvar 2020, 18:46 Füzulinin bu kəndlərinin seçicisi Vüqar Bayramova güvənir - FOTOLAR 27 Yanvar 2020, 18:38 Hacıqabulda ana doğuşdan sonra ölüb 27 Yanvar 2020, 18:33 Ceyhun Məmmədov Cəbrayıllı seçicilərlə görüşdü - Fotolar 27 Yanvar 2020, 18:29 İstanbulda 30 nəfər FETÖ üzvü saxlanılıb 27 Yanvar 2020, 18:25 Cavanşir Paşazadənin seçiciləri ilə səmimi görüşləri – Fotolar 27 Yanvar 2020, 18:20 İranda güclü zəlzələ olub 27 Yanvar 2020, 18:17 Kamran Bayramovun seçiciləri ilə səmimi görüşləri - Fotolar 27 Yanvar 2020, 18:14 Rektor kafedra müdirini CƏZALANDIRDI 27 Yanvar 2020, 18:06 Əflatun Amaşova ağır itki üz verdi 27 Yanvar 2020, 18:00 Musa Qasımlı Yardımlıda görüşlərini davam etdirir - FOTOLAR 27 Yanvar 2020, 17:59 MSK qalmaqallı dairəyə yeni sədr təyin etdi 27 Yanvar 2020, 17:57 Mərkəzi Bankda yeni baş direktor təyin olunub - DOSYE 27 Yanvar 2020, 17:51 Ziyafət Əsgərovun seçicilərlə görüşləri davam edir - FOTO 27 Yanvar 2020, 17:44 Prezidentdən Sumqayıtla bağlı mühüm SƏRƏNCAM 27 Yanvar 2020, 17:42 BMU aliminin yeni ixtirası ABŞ-da patent alıb 27 Yanvar 2020, 17:36 Dövlət Agentliyi sahibkarlara müraciət edib 27 Yanvar 2020, 17:30 Könül Nurullayeva seçicilərlə növbəti görüşünü keçirib - FOTOLAR - VİDEO 27 Yanvar 2020, 17:24 Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir 27 Yanvar 2020, 17:18 Yaşlılar emosional intellektin inkişafı üzrə məşğələlərə cəlb edildi 27 Yanvar 2020, 17:12 BDU-da kadr dəyişikliyi - İki prorektor, bir dekan işdən ÇIXARILDI   27 Yanvar 2020, 17:06 Siyasi partiyalar Məzahir Pənahovun müraciətinə əməl etməyib 27 Yanvar 2020, 17:00 Sınaq imtahanına qeydiyyat başladı 27 Yanvar 2020, 16:54 Kamal Abdullanın romanı müzakirə olunacaq 27 Yanvar 2020, 16:48 Parlament seçkilərində bir yerə 11 nəfər namizəd mübarizə aparır 27 Yanvar 2020, 16:42 Dünyanın ən zəngin azərbaycanlısı 5 günə 400 milyon dollar İTİRDİ 27 Yanvar 2020, 16:36 Cavanşir Paşazadənin seçiciləri ilə izdihamlı görüşü - Fotolar 27 Yanvar 2020, 16:30 İndiki məktəbli formalarının aqibəti necə olacaq? - BTE-dən AÇIQLAMA 27 Yanvar 2020, 16:30 Uyğurlar təhlükədə: “Əgər bu virus düşərgəyə yayılsa, əsir saxlanılan türküstanlıların hamısı öləcək” 27 Yanvar 2020, 16:24 Ombudsmanın əməkdaşları AXCP fəalı ilə görüşüb 27 Yanvar 2020, 16:18 Exit-poll keçirmək istəyən təşkilatların adları AÇIQLANDI 27 Yanvar 2020, 16:12 Bir gündə 36 cinayətkar saxlanıldı  27 Yanvar 2020, 16:05 “İrəli” gəncləri  Trabzonda mübadilə proqramında iştirak edir - FOTOLAR 27 Yanvar 2020, 16:00 Vətənpərvərliyin təbliğatı ilə bağlı yeni layihə 27 Yanvar 2020, 15:54 Türkiyədə zəlzələdə ölənlərin sayı 40-a çatdı 27 Yanvar 2020, 15:48
SORĞU Yeni parlamentdə kimlər olsun?