Modern.az

Ombudsman azyaşlılara zorakılıqla bağlı məsələni nəzarətə GÖTÜRDÜ

Ombudsman azyaşlılara zorakılıqla bağlı məsələni nəzarətə GÖTÜRDÜ

Hadisə

10 Dekabr 2019, 12:16

İki azyaşlıya qarşı zorakılıqla bağlı məsələ Ombudsmanın diqqət mərkəzindədir.

 

Bu barədə Modern.az-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. 

  

Bildirilib ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Qulu və Hüseyn adlı qardaşların valideynləri tərəfindən zorakılığa məruz qalmaları ilə bağlı məsələyə dərhal reaksiya verərək Azərbaycan Respublikasının Baş prokuroruna müraciət edib.

 

Müraciətdə zorakılıq ehtimalını, məsələnin ictimai və hüquqi məzmununu nəzərə almaqla, nəzarətə götürülərək araşdırılması, təqsirkar şəxslərin müəyyən olunması və görülən işlərin nəticəsi barədə məlumat verilməsi ilə bağlı məsələlər əksini tapıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu