Modern.az

Goranboyda nazir müavininin iştirakı ilə müşavirə keçirildi

Goranboyda nazir müavininin iştirakı ilə müşavirə keçirildi

10 Dekabr 2019, 18:41

10 dekabr 2019-cu il tarixdə Goranboy rayon İcra hakimiyyətində “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması ilə bağlı” seminar-müşavirə keçirilib.

 

Goranboy RİH-dən Modern.az-a verilən məlumata görə, müşavirədə rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev, Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, rayonun aidiyyəti idarə və təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələri iştirak ediblər.

 

RİH-dən verilən digər məlumata görə, 10 dekabr 2019-cu il tarixdə, Goranboy rayon Heydər Əliyev Mərkəzində Ümummilli Liderin Anım Gününə həsr olunmuş “Heydər Əliyev və Müasir Azərbaycan Respublikası” mövzusunda konfrans keçirilib. Konfransda Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər vəzifəli şəxsləri, rayon ağsaqqalları və ziyalıları iştirak edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır