Modern.az

Pompeo ilə Lavrov arasında görüş keçirilir

Pompeo ilə Lavrov arasında görüş keçirilir

10 Dekabr 2019, 20:41

Vaşinqtonda ABŞ Dövlət katibi Mayk Pompeo ilə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında görüş keçirilir.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, görüşün protokol hissəsi bir dəqiqədən çox çəkməyib.

Lavrov və Pompeo jurnalistlər zala daxil olduqdan sonra öz nümayəndəlikləri ilə birgə danışıqlar masasına əyləşiblər. Danışıqlardan sonra ABŞ Dövlət katibi ilə Rusiyanın XİN rəhbərinin jurnalistlərə açıqlamalar verəcəyi gözlənilir. Bunun ardınca ABŞ Prezidenti Donald Tramp S.Lavrovu qəbul edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir