Modern.az

Bülletenlərin DSK-lara paylanmasına başlanıb - MSK

Bülletenlərin DSK-lara paylanmasına başlanıb - MSK

Aktual

11 Dekabr 2019, 10:48

Bu gün dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanıb. 

 

Modern.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib ki, seçki bülletenlərinin bu gün Naxçıvan Muxtar Respublikasının bütün bölgələrində yerləşən ümumilikdə 24 seçki dairəsinin, dekabrın 16-dək isə respublikanın bütün seçki dairələrinin seçki komissiyalarına verilməsi nəzərdə tutulur. 

 

Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilən yüksək təhlükəsizlik şəraitində hazırlanan seçki bülletenlərinin seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanılması prosesi Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən təmin ediləcək.

 

Xatırladaq ki, bələdiyyə seçkiləri ilə əlaqədar 5 milyon 20 min 287 ədəd seçki bülleteni çap olunub.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü