Modern.az

28 azərbaycanlı gənc Avropa İttifaqının qərarvermə prosesini təcrübədən keçirdi

28 azərbaycanlı gənc Avropa İttifaqının qərarvermə prosesini təcrübədən keçirdi

11 Dekabr 2019, 11:31

ADA Universitetində “dayanıqlı və yaşıl iqtisadiyyata keçid” mövzusunda Avropa İttifaqı (Aİ) Şurası simulyasiyası keçirilib.

Simulyasiyada Avropa İttifaqının qərar qəbul etmə prosesini izləməyə, Aİ-nin müzakirə masasında olan qlobal problemlərə toxumağa və onların həllinə töhfə verməyə marağı olan gənclər iştirak edib.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas tədbirin mövzusundan danışıb, ətraf mühitin dünyanın hər bir vətəndaşı üçün vacibliyini vurğulayıb.

Gənc iştirakçılar təzyiq altında işləmək və stres vəziyyətlərdə qərar qəbul etmək bacarığını inkişaf etdirib, eləcə də “yumşaq bacarıqlar” adlandırdığımız danışıqlar aparmaq, komanda ilə işləmək, ictimai çıxış və peşəkar əlaqələrin qurulması kimi bacarıqlara yiyələnib.

Avopa İttifaqı Şurasının toplantılarında Aİ üzvü ölkələrinin nümayəndələri təmsil etdiyi ölkələrin maraqları və onların yürütdüyü siyasətlə bağlı müzakirələr aparır.

Tədbir Azərbaycan Gənc Avropa Səfirləri (GAS) tərəfindən təşkil olunub.

Gənc Avropa Səfirlərinin təşəbbüsü Avropa İttifaqına üzv ölkələr və Şərq Tərəfdaşlığı ölkələrindən olan (Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna) gənclər və gənclər təşkilatları arasında əməkdaşlığı və qarşılıqlı əlaqələri gücləndirmək məqsədi daşıyır.


Leyla ŞAH

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir