Modern.az

Türkiyə ABŞ-ın Yaxın Şərqə çıxışını bağlaya bilər – Sanksiyalara CAVAB

Türkiyə ABŞ-ın Yaxın Şərqə çıxışını bağlaya bilər – Sanksiyalara CAVAB

Dünya

11 Dekabr 2019, 13:36

Türkiyə S-400 raketlərinin alınmasına görə, yaxud Suriyaya ilə bağlı ABŞ-ın tətbiq edə biləcəyi sanksiyalara sərt reaksiya verəcək.

                                 

Modern.az Türkiyə XİN-nə istinadən xəbər verir ki, sanksiya tətbiq olunacağı halda, Türkiyə "İncirlik" hərbi bazasını ABŞ üçün bağlayacaq.


“Konqresin üzvləri anlamalıdır ki, Türkiyəyə öz iradələrini zorla qəbul etdirə bilməzlər. Biz "İncirlik" bazası ilə yanaşı, "Kürecik" bazasının da istifadəsinə qadağa qoya bilərik”.

 

Xatırladaq ki, "İncirlik" bazası İkinci Dünya Müharibəsindən sonra Türkiyə ərazisində NATO-nun əsas hərbi məntəqəsidir. Yaxın Şərqə nəzarət etməyə imkan verən baza “Soyuq müharibə” dövründə SSRİ ərazisinə kəşfiyyat uçuşları üçün istifadə olunurdu. ABŞ bu hərbi bazadan İraq, Suriya və Əfqanıstandakı hərbi əməliyyatlar zamanı aktiv şəkildə istifadə edib.

"İncirlik" bazası ABŞ-ın Yaxın Şərqdə əsas dayaq nöqtəsidir. Bazada 80-ə qədər nüvə bombası saxlanılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir