Modern.az

Heydər Əliyevin abidəsi önündə düşüncələr - Abbas Əliyev YAZIR

Heydər Əliyevin abidəsi önündə düşüncələr - Abbas Əliyev YAZIR

Aktual

12 Dekabr 2019, 14:58

 

Ulu Öndər!

Ağır topu siyasətin.

Dur ayağa ey heykəli əzəmətin.

Zaman gəlib ayağına

Milyonlarla insan gəlib ayağına.

Dur ayağa!

Məhvərini qoy yerinə bu dünyanın,

Rəhbərini qoy yerinə bu dünyanın.

...Hə yaxşı ki, bəxtim verib

Sən varsanmış.

Yoxsa bizi bir zamanlar didərdilər, bizi bizdən alardılar

Yoxsa bizi parçalayar, çalardılar.

Xaricilər, daxililər, daha kimlər

Qarşısında sipər oldun Ulu Öndər!

Bu torpağı satanların, bölənlərin,

Vəzifəyçün can verənin, ölənlərin.

Torpağıma kəm baxanın, diş qıcayan sapı bizim baltaların,

Beş qəpiklik “sağ ol” üçün kimlərəsə yalmanan yaltaqların

Qabağında səngər oldun Ulu Öndər!

Dünən üçün, bu gün üçün, işıqlı bir sabah üçün

Sən sərkərdə, əsgər oldun Ulu Öndər!

...Hərdən kimsə “adam” olub

Bir xarici mister üçün “madam” olub

“Meydan” tapıb bir xarici qucağında

Boş-boğazlıq, hay-harayı

Bir qəpiyə dəyməsə də

Bir qəpiyə ağlın satan,

Vətənimə çamur atır.

Dünən yalan alan-satan

Bu gün Ana, Vətən satır.

Bu nadanlar bizdən deyil, bizə yaddı.

Qoy eşitsin belələri:

Vətən üçün gözün kordur, qulağın kar

Daha bəsdir, ay saxtakar!

Vətənini sevmədin heç, torpağını qorumadın

Vətənsizlik, nadanlıqdır doğru adın.

Satqınlığın, arsızlığın yoxdu sonu...

Bu Vətəndir, bu Anadır, anla bunu.

Unutmasın belələri

Vətən üçün bizlər varıq,

Başı üstə Baş komandan

Sipər olan beləsinə

Qalxan olan neçə sinə

Ağıllı baş, enli kürək

Oğullar var, qızlar varıq.

Milyonlar var qəlbi, qanı Vətən dolu

Getdiyi yol Heydər yolu.

Ulu Öndər, böyük İNSAN!

Bu yol üzü gələcəyə, işığadır.

...İndi yeni həyat tapır

Reallaşır hər istəyin, arzu-kamın

Əbədidir Azərbaycan-istehkamın

...Yaşayırıq işıq saçan əməlinlə

Yaradırıq yaratdığın təməlinlə.

Ulu Öndər!

...Nə yaxşı ki, Azərbaycan, Vətənim var, qalam vardır.

Nə yaxşı ki, Vətənimçün Səndən sonra İlham vardır.

 

Abbas Əliyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi