Arxiv
12 Dekabr 2019, 19:47 | AKTUAL
Heydər Əliyevin xatirəsi Belqradda anıldı

12 dekabr 2019-cu il tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Serbiyanın paytaxtı Belqrad şəhərində anım mərasimi keçirilib.

 

Bu barədə Modern.az-a Azərbaycanın Serbiyadakı səfirliyindən məlumat verilib.

 

Mərasimdə Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin əməkdaşları ilə yanaşı Azərbaycanın dostu olan Serbiya ictimaiyyətinin və müsəlman icmasının nümayəndələri, Serbiya Kral Akademiyasının prezidenti akademik Draqan Damyanoviç, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Serbiyada fəaliyyət göstərən ölkəmizin “AzVirt” şirkətinin nümayəndələri, eləcə də burada işləyən azərbaycanlılar iştirak ediblər. Tədbir iştirakçıları “Taşmaydan” parkına gələrək, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, ulu öndərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Daha sonra tədbir iştirakçıları həmin parkda ucaldılmış görkəmli serb yazıçısı Milorad Paviçin heykəlini və 1999-cu ildə Belqrad şəhərinin bombalanması zamanı parkda həlak olmuş uşaqların xatirəsinə ucaldılmış "Biz sadəcə uşaqlar idik" abidəsini ziyarət etmiş, hər iki abidənin önünə gül-çiçək dəstələri qoyublar.

 

Sonra tədbir Azərbaycanın Serbiyadakı səfirliyində davam etdirilib.

 

Tədbirdə çıxış edən Səfir Eldar Həsənov Ümummilli lider, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı, fəaliyyəti, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının və beynəlxalq əhəmiyyət kəsb edən neft strategiyasının qəbul olunmasında, ölkəmizdə sabitliyin bərqərar olunmasında, Azərbaycan xalqının qədim tarixinin və zəngin mədəni irsinin beynəlxalq aləmdə tanıdılmasında, eləcə də Azərbaycan elminin, mədəniyyətinin inkişafında göstərdiyi əvəzsiz xidmətlərindən bəhs etmiş, ulu öndər tərəfindən əsası qoyulan siyasi kursun bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, xalqımızın Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə göstərdikləri dərin hörmət və ehtirama görə qonaqlara minnətdarlığını bildirib.

Anım mərasimində iştirak edən Serbiya Müftiliyinin nümayəndəsi ümummilli liderin ruhuna dualar oxuyub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İcra hakimiyyətində vətəndaşların müraciəti təhlil edildi 27 Yanvar 2020, 18:46 Füzulinin bu kəndlərinin seçicisi Vüqar Bayramova güvənir - FOTOLAR 27 Yanvar 2020, 18:38 Hacıqabulda ana doğuşdan sonra ölüb 27 Yanvar 2020, 18:33 Ceyhun Məmmədov Cəbrayıllı seçicilərlə görüşdü - Fotolar 27 Yanvar 2020, 18:29 İstanbulda 30 nəfər FETÖ üzvü saxlanılıb 27 Yanvar 2020, 18:25 Cavanşir Paşazadənin seçiciləri ilə səmimi görüşləri – Fotolar 27 Yanvar 2020, 18:20 İranda güclü zəlzələ olub 27 Yanvar 2020, 18:17 Kamran Bayramovun seçiciləri ilə səmimi görüşləri - Fotolar 27 Yanvar 2020, 18:14 Rektor kafedra müdirini CƏZALANDIRDI 27 Yanvar 2020, 18:06 Əflatun Amaşova ağır itki üz verdi 27 Yanvar 2020, 18:00 Musa Qasımlı Yardımlıda görüşlərini davam etdirir - FOTOLAR 27 Yanvar 2020, 17:59 MSK qalmaqallı dairəyə yeni sədr təyin etdi 27 Yanvar 2020, 17:57 Mərkəzi Bankda yeni baş direktor təyin olunub - DOSYE 27 Yanvar 2020, 17:51 Ziyafət Əsgərovun seçicilərlə görüşləri davam edir - FOTO 27 Yanvar 2020, 17:44 Prezidentdən Sumqayıtla bağlı mühüm SƏRƏNCAM 27 Yanvar 2020, 17:42 BMU aliminin yeni ixtirası ABŞ-da patent alıb 27 Yanvar 2020, 17:36 Dövlət Agentliyi sahibkarlara müraciət edib 27 Yanvar 2020, 17:30 Könül Nurullayeva seçicilərlə növbəti görüşünü keçirib - FOTOLAR - VİDEO 27 Yanvar 2020, 17:24 Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir 27 Yanvar 2020, 17:18 Yaşlılar emosional intellektin inkişafı üzrə məşğələlərə cəlb edildi 27 Yanvar 2020, 17:12 BDU-da kadr dəyişikliyi - İki prorektor, bir dekan işdən ÇIXARILDI   27 Yanvar 2020, 17:06 Siyasi partiyalar Məzahir Pənahovun müraciətinə əməl etməyib 27 Yanvar 2020, 17:00 Sınaq imtahanına qeydiyyat başladı 27 Yanvar 2020, 16:54 Kamal Abdullanın romanı müzakirə olunacaq 27 Yanvar 2020, 16:48 Parlament seçkilərində bir yerə 11 nəfər namizəd mübarizə aparır 27 Yanvar 2020, 16:42 Dünyanın ən zəngin azərbaycanlısı 5 günə 400 milyon dollar İTİRDİ 27 Yanvar 2020, 16:36 Cavanşir Paşazadənin seçiciləri ilə izdihamlı görüşü - Fotolar 27 Yanvar 2020, 16:30 İndiki məktəbli formalarının aqibəti necə olacaq? - BTE-dən AÇIQLAMA 27 Yanvar 2020, 16:30 Uyğurlar təhlükədə: “Əgər bu virus düşərgəyə yayılsa, əsir saxlanılan türküstanlıların hamısı öləcək” 27 Yanvar 2020, 16:24 Ombudsmanın əməkdaşları AXCP fəalı ilə görüşüb 27 Yanvar 2020, 16:18 Exit-poll keçirmək istəyən təşkilatların adları AÇIQLANDI 27 Yanvar 2020, 16:12 Bir gündə 36 cinayətkar saxlanıldı  27 Yanvar 2020, 16:05 “İrəli” gəncləri  Trabzonda mübadilə proqramında iştirak edir - FOTOLAR 27 Yanvar 2020, 16:00 Vətənpərvərliyin təbliğatı ilə bağlı yeni layihə 27 Yanvar 2020, 15:54 Türkiyədə zəlzələdə ölənlərin sayı 40-a çatdı 27 Yanvar 2020, 15:48
SORĞU Yeni parlamentdə kimlər olsun?