Modern.az

MTRŞ bu televerilişlərin dayandırılması üçün səlahiyyət istəyir

MTRŞ bu televerilişlərin dayandırılması üçün səlahiyyət istəyir

16 Mart 2012, 11:12

"Milli Televiziya və Radio Şurası özəl kanallarda bəzi verilişlərin tamamilə və yaxud qismən dayandırılması ilə bağlı əlavə səlahiyyətlərin verilməsi barədə cənab Prezidentə ünvanlandığı müraciətə hələ bir cavab verilməyib”. Bu sözləri Modern.az saytına açıqlamasında Milli Televiziya və Radio Şurası sədrinin köməkçisi Toğrul Məmmədov deyib.

“Milli-mənəvi dəyərlərə zidd verilişlərin yayımının dayandırılması səlahiyyətlərinin verilməsi ilə bağlı Prezidentə müraciət etmişik. Bundan əlavə “Teleradio yayımı haqqında” Qanunun 32-ci bəndində proqram yaradılarkən hansı tələblərin yerinə yetirilməsi göstərilib, amma bununla bağlı İnzibati Xətalar Məcəlləsində sanksiya tətbiq edilməsi məsələsi yoxdur. Bu da bizim müraciətimizdə yer alıb. Amma hələ ki bizim müraciətə cavab verilməyib”.

Qeyd edək ki, “Onun yarısı”, “Toy olsun”, “De gəlsin”, “Toylar kralı” və s. bu tip formatda olan verilişlər bu məsələdə əsas hədəflərdir.

Bir sıra xarici ölkələrdə, məsələn, Türkiyədə televiziya və radiolara nəzarət edən qurumun milli mənəvi əxlaqa zidd verilişləri dayandırmaq və ya cərimə tətbiq etmək səlahiyyətindədir. Ancaq bizdə MTRŞ bu cür bayağı verilişlərlə bağlı yalnız tövsiyyələr verə bilir.

Qeyd edək ki, bir müddət öncə MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli özəl kanallarda bəzi verilişlərin tamamilə və yaxud qismən dayandırılması ilə bağlı əlavə səlahiyyətlərin verilməsi barədə müvafiq qurumlara müraciət ünvanlamaq niyyətində olduğunu bildirmişdi.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi