Arxiv
14 Dekabr 2019, 23:33 | AKTUAL
Leyla Əliyeva “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konsertində iştirak edib

Bu gün Heydər Əliyev Sarayında "Beat Group" şirkətinin təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə növbəti "Zima-2019" Beynəlxalq Uşaq Festivalının qala-konserti keçirilib.

Modern.az  xəbər verir ki, konsertdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Məlumatına görə, bu il festivalda iştirak etmək üçün 110 uşaq müraciət edib və təşkilat komitəsi onların arasından 20 ən yaxşı ifaçını seçib. Tədbirin aparıcıları əvvəlki festivallardan da yaxşı tanıdığımız gənc artistlər Rüfət Məmmədov və Suel Heybətova olublar.

Konsertdən əvvəl iştirakçılar qırmızı xalının üzərindən keçiblər və festivalla bağlı təəssüratlarını bölüşüblər. "Səs. Uşaqlar" şousunun altıncı mövsümünün qalibi Ərcan Maksim "Zima" festivalının yüksək səviyyədə təşkilindən heyranlığını ifadə edib, Bakıya gəlmək və Azərbaycan tamaşaçıları qarşısında çıxış etmək imkanı yaratdıqlarına görə təşkilatçılara təşəkkürünü bildirib. Festivalın aparıcısı Rüfət Məmmədov iştirakçıların hamısına uğurlar arzulayaraq deyib ki, tamaşaçıları maraqlı çıxışlar gözləyir. "Zima" festivalı sayəsində çoxlu yeni dostlar tapmaq olar", - deyə o vurğulayıb.


Sonra maraqlı konsert proqramı başlayıb. Xalq artisti Aygün Kazımova və Cəlal Bəşirli birlikdə "Qara gözlər" mahnısını ifa ediblər. Əməkdar artist Sevda Ələkbərzadə isə Fəxriyyə Əliyeva ilə səhnəni paylaşaraq "Qal sənə qurban" mahnısını təqdim ediblər.

Gənc istedadların parlaq ifaları böyük maraqla qarşılanıb. Sarayın səhnəsində, həmçinin Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Fransa və Böyük Britaniya təmsilçiləri də çıxış ediblər.

"Zima" festivalı, ilk növbədə, uşaqların musiqi bayramıdır. Hər bir gənc ifaçı böyük səhnəyə çıxmaqla burada artıq qalib olur. Sonda bütün iştirakçılara xüsusi diplomlar və xatirə hədiyyələri təqdim edilib.


"Zima" festivalı ildən-ilə daha parlaq, maraqlı və genişmiqyaslı olur. Festival iştirakçıları artıq müxtəlif nüfuzlu beynəlxalq müsabiqələrdə uğurla iştirak ediblər. Belə ki, "Zima-2017" festivalının bir qrup iştirakçısı "Vo ves qolos" Beynəlxalq Musiqi Televiziya Festivalının qalibi olub. Fərqlənənlər arasında Rüstəm Kərimov da var. O, "San-Remo Junior-2017" uşaq-gənclər musiqi yaradıcılıq festivalının xüsusi mükafatına layiq görülüb. "Zima-2018" festivalının iştirakçısı Aleksandr Zazaraşvili isə Ukraynada "Qolos. Deti" populyar televiziya müsabiqəsinin qalibi olub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yeni ailə quran gənc qadın ata evində özünü asdı 28 Yanvar 2020, 00:57 Koronavirus Avropanı təşvişə salıb 28 Yanvar 2020, 00:44 Üç gün sonra bu telefonlarda "WhatsApp" işləməyəcək 28 Yanvar 2020, 00:28 Virus səbəbindən Olimpiya Təsnifat Turnirinin yeri dəyişdirilib 28 Yanvar 2020, 00:12 Səbuhi  Səmədov Gəncədə seçicilərlə görüşdü - FOTO 27 Yanvar 2020, 23:46 Elazığda yenidən  güclü  zəlzələ 27 Yanvar 2020, 23:24 “Prokuror, kasıb adamdır, imkanı yoxdur” - Rəşad Məcid Aqil Abbasdan yazdı 27 Yanvar 2020, 23:11 Çavuşoğlu Lavrovla Suriya məsələsini müzakirə etdi 27 Yanvar 2020, 22:51 Kəşfiyyat Xidmətinin rəhbəri istefa verdi 27 Yanvar 2020, 22:36 Hicran Hüseynova aztəminatlı ailələri ziyarət edib - FOTOLAR 27 Yanvar 2020, 22:17 Şəmkirdəki qəzada 3 nəfər ölüb 27 Yanvar 2020, 21:59 "Heç bir ölkə İranın bu qədər davam gətirəcəyini düşünmürdü" - Ruhani 27 Yanvar 2020, 21:43 Türkiyədə 12 nəfər koronavirus təhlükəsi ilə xəstəxanaya yerləşdirildi 27 Yanvar 2020, 21:25 Qaxda 4 yaşlı uşaq dərmandan zəhərlənib 27 Yanvar 2020, 21:11 Azay Quliyev 7-ci mikrorayonda seçicilərlə görüşdü - FOTOLAR 27 Yanvar 2020, 20:58 İranda daha bir zəlzələ baş verib 27 Yanvar 2020, 20:44 “Azərbaycan şirkəti nefti istənilən yerə tədarük edə bilər” - Prezident İlham Əliyev 27 Yanvar 2020, 20:35 "Avropa Şurasının gələcəyi barədə düşünmək lazımdır" - Səməd Seyidov 27 Yanvar 2020, 20:23 Akademikin seçicilərlə silsilə görüşləri davam edir - FOTOLAR 27 Yanvar 2020, 20:07 Bu bələdiyyələrin vəzifəli şəxsləri məhkəməyə verildi 27 Yanvar 2020, 20:05 Zamin Salayevə işgəncə verilməsi barədə məlumatlar əsassızdır - RƏSMİ 27 Yanvar 2020, 20:00 “Taliban” təyyarənin vurulmasına görə məsuliyyəti üzərinə götürüb 27 Yanvar 2020, 19:50 Vüqar Bayramov: “Sizin səsiniz mənim məsuliyyətimdir” 27 Yanvar 2020, 19:45 Qarabağ qazisi Elmar Musayevlə bağlı qazilərə müraciət etdi - VİDEO 27 Yanvar 2020, 19:28 Bakı metrosunda sərnişin özünü qatarın altına atdı -VİDEO 27 Yanvar 2020, 19:18 Ərdoğan Ukraynaya gedir 27 Yanvar 2020, 19:05 Bakı-Novorossiysk kəməri ilə bu il neft nəqli həyata keçirilməyib 27 Yanvar 2020, 18:53 İcra hakimiyyətində vətəndaşların müraciəti təhlil edildi 27 Yanvar 2020, 18:46 İqbal Məmmədov Nücü, Kirəvud və Əliabad kəndlərində seçicilərlə görüşüb - FOTO 27 Yanvar 2020, 18:41 Füzulinin bu kəndlərinin seçicisi Vüqar Bayramova güvənir - FOTOLAR 27 Yanvar 2020, 18:38 Hacıqabulda ana doğuşdan sonra ölüb 27 Yanvar 2020, 18:33 Ceyhun Məmmədov Cəbrayıllı seçicilərlə görüşdü - Fotolar 27 Yanvar 2020, 18:29 İstanbulda 30 nəfər FETÖ üzvü saxlanılıb 27 Yanvar 2020, 18:25 Cavanşir Paşazadənin seçiciləri ilə səmimi görüşləri – Fotolar 27 Yanvar 2020, 18:20 İranda güclü zəlzələ olub 27 Yanvar 2020, 18:17
SORĞU Yeni parlamentdə kimlər olsun?