Modern.az

Yıxılaraq başından travma alan 9-cu sinif şagirdi ölüb

Yıxılaraq başından travma alan 9-cu sinif şagirdi ölüb

15 Dekabr 2019, 10:46

Göyçay rayonunda yeniyetmə qız bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

 

Modern.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə ötən gecə Göyçay şəhərində qeydə alınıb.

 

Rayon sakini, 2005-ci il təvəllüdlü Məsumə Qasımova yaşadığı evin həyətində oynayarkən yıxılıb və başından travma alıb. M.Qasımova koma vəziyyətində Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, M.Qasımova Göyçay şəhər 5 saylı tam orta məktəbin 9-cu sinif şagirdi olub.

 

Faktla bağlı araşdırma aparılır.   

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi