Modern.az

Prezident aşpazın qonağı oldu

Prezident aşpazın qonağı oldu

Dünya

15 Dekabr 2019, 22:42

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan artıq dünyada kifayət qədər məşhur olan aşpaz CZN Burakı ziyarət edib.

Modern.az  xəbər verir ki, əsasən sosial mediada nəhəng ölçülü ləziz yeməklər hazırlamaqla məşhurlaşan türk aşpaz Ərdoğanın sürprizindən olduqca həyəcanlanıb. Aşpaz Prezidentə çay təklif edib. O isə öz nəvbəsində künefe satışı ilə maraqlanıb.

Qısa müddət ərzində Burakın komandasına daxil olan aşpazların üzərində “Rəis” yazılmış pide hazırlayıb, Ərdoğana təqdim etmələri isə görüşün ən maraqlı məqamı olub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür