Arxiv
16 Dekabr 2019, 08:19 | MEDİA
2019-cu ilin Azərbaycan mediası: “BİR İL DƏ BELƏ GETDİ...”

İlin sonuna saylı günlər qalıb. Yola saldığımız il təbii olaraq, hər kəsin yaddaşında fərqli təəssüratlarla qalır. Maraqlıdır, bəs 2019-cu il ölkə mediası üçün nəylə müşahidə olundu? Bu mənada media nümayəndələri 2019-cu ili necə xatırlayacaq?

Modern.az saytı bu sualla jurnalistlərə müraciət edib.

 

“Ölkədə başlamış islahatlar, dəyişikliklər mediaya obrazlı desək, “qan” verdi...”

 

"Türküstan" qəzetinin baş redaktoru Aqil Camal medianın bütün resursları ilə ictimai rəyi yönləndirən qüvvə kimi 2019-cu ildə özünü təsdiq etdiyini bildirib:



“2019-cu ilin Azərbaycan mediası üçün xüsusi özəlliyini xatırlamıram. Xəbər istehsalçısı olan media cəmiyyətin informasiya mənbəyi kimi istinad yeri oldu. Eyni zamanda, ölkədə başlanmış dəyişikliklərin, islahatların media camiəsini də əhatə etməli olduğu haqda fikirlər səsləndirildi. Gələn ildən Azərbaycan mediası ilə bağlı gözləntilərim çoxdu. Hər şeydən əvvəl, 2020-ci il Azərbaycan mediasının ili olacaq. Gələn il Azərbaycan mətbuatıın yaradılmasının 145 illiyidir. Buna görə də, əlamətdar bir il olacağı şəksizdir. Jurnalistlər üçün tikilən üçüncü bina da məhz gələn il istifadəyə veriləcək. Digər məsələ, media camiəsinə yeni baxışın ortaya qoyulmasını gözləyirəm. Yenilənməyə can atan medianın qarşısındakı “kötüklər” nəhayət, 2020-ci ildə ortadan qaldırılmalıdır. Media elitası gənc, pozitiv, cəmiyyətin rəğbət bəslədiyi simalarla yenidən format olunaraq, ölkədəki dəyişikliklərə dəstəyini ifadə etməlidir”.


“2019-cu ildə mediamız cəmiyyətə adekvat münasibət ortaya qoymağı bacardı...”
 

 


Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov
medianın bütün çatışmazlıqlarına rəğmən mütərəqqi ruhlu, dövlətçilik prinsiplərinə sadiq olduğunu qeyd edib:

“Azərbaycan mediası cəmiyyətin istək və arzularının ifadə olunduğu etibarlı tribunadır. 2019-cu il də bu baxımdan yadda qalan oldu. Mediamız cəmiyyətdə baş verən dəyişikliklərə adekvat münasibət ortaya qoymağı bacardı. Hesab edirəm ki, bu münasibət böyük ölçüdə peşəkar idi. Peşəkarlıq isə yalnız sırf jurnalistika prinsiplərinə riayət etməklə bağlı deyil, həm də mütərəqqi niyyət göstəricisidir. Media ictimai institut kimi özünü təsdiqləməklə təkcə Azərbaycanla deyil, bütövlükdə Cənubi Qafqaz regionu ilə bağlı etibarlı informasiya mənbəyidir. Hesab edirəm ki, 2019-cu ildə də bunun konkret nümunələrini gördük. Biz bilirik ki, Kütləvi İnformasiya Vasitələrimizin ölkənin reklam bazarında təmsilçiliyi zəifdir. İqtisadi cəhətdən özünü təmin edə bilməmək istər-istəməz onların müstəqilliyinə mənfi təsir göstərir. Əlbəttə, Azərbaycanda mediaya sistemli dövlət qayğısı var və bu, dövlət siyasətimizin mühüm tərkib hissəsidir. Ancaq onu da nəzərə alaq ki, bu siyasətin məqsədi KİV-lərin tam müstəqilliyinə nail olmaqdır. Deməli, məsələyə daha sistemli baxış həm də reklam məsələlərinə ciddi yanaşmadan keçməlidir”.

Ə.Amaşov mediadan gözləntilərinin də böyük olduğunu əlavə edib:

“Əlbəttə, mediadan gözləntilər böyükdür. Məsələni iki aspektdən dəyərləndirmək mümkündür. Birincisi, jurnalistika cəmiyyət üçün hər zaman əlahiddə peşə kimi qəbul olunub. Buna görə də hər kəs onu, xüsusi bir yanaşması olmadan da, daha fərqli və rəngarəng görmək istəyir. Digər tərəfdən, məsələyə peşəkar baxış var. Biz vəziyyəti bilirik. Problem və çatışmazlıqları da həmçinin.

Media qanunvericiliyi baxımından da həlli vacib məsələlər var. İnternet medianın hüquqi statusunun müəyyənləşdirilməsindən tutmuş, diffamasiya haqqında qanunun qəbulunadək bir çox məqamları qeyd edə bilərik.

Qeyd edək ki, KİV sahəsindəki fəaliyyətlə bağlı hüquqi tənzimləmələrə də ehtiyac var. Məsələn, KİV-lərin təkrar qeydiyyatının aparılmasını zəruri sayırıq. Bilirsiniz ki, hazırda Ədliyyə Nazirliyinin reyestrindəki 5250 rəqəmi media fəaliyyətinin göstəricisi baxımından real deyil. Buna görə KİV-lərin təkrar qeydiyyatı aparılmalıdır. Onların qeydiyyatında qanunla müəyyənləşdirilmiş qaydada KİV yaratmaq hüququnun yeni mexanizmləri tətbiq edilməlidir ki, müəyyən nizam yaranmış olsun.

Ümumən görüləcək işlər yetərincədir. İnanıram ki, ölkəmizdə bütün sahələrdə həyata keçirilməkdə olan islahatlar medianın yuxarıda qeyd etdiyim problemlərinin həllinə müsbət təsirini göstərəcək. 2020-ci ildən gözləntilərim də bununla bağlıdır”.
 

“2019-cu ilin sonuncu rübündə mətbuatın daha sərbəst fəaliyyət göstərməsi üçün vacib addımlar atıldı...”


“Jurnalist Araşdırmaları Mərkəzi”nin sədri Seymur Verdizadə
gələcəyə nikbin baxmaq üçün xeyli əsasın olduğunu vurğulayıb:

“2020-cu il Azərbaycanın mətbuat tarixində özünəməxsus yer tutacaq. Ona görə yox ki, bu il reklam bazarı canlandı və jurnalistlərin əmək haqqında nəzərəçarpacaq artım qeydə alındı. Təəssüf ki, 2019-cu ildə biz bu cür müsbət tendensiyanı müşahidə edə bilmədik. Azərbaycan jurnalistləri neçə illərdir qəpik-quruşun ümidinə qalıb. Amma gələcəyə nikbin baxmaq üçün xeyli əsas var. İslahat dalğası biz jurnalistlərin də qapısına çatıb. 2020-ci ildə müstəqil mətbuat meydanının genişlənəcəyinə böyük inam var. Sözü buxovlamaq olmaz. Mətbuat bütün çərçivələrdən xilas olmalıdır. Hesab edirəm ki, bunun üçün yetərincə siyasi iradə var. Ölkədə açıq cəmiyyət quruculuğunun sürətlənməsi, əvvəlki illər üçün xarakterik olan məhdudiyyətlərin tədricən aradan qaldırılması məni xeyli ümidləndirib. Jurnalist ayrı-ayrı kabinetlərdə hazırlanmış tezisləri deyil, öz düşündüyünü yazmalıdır. Bunu anlamayan, jurnalisti öz iradəsinə tabe etdirməyə çalışan adamların sıradan çıxması 2020-ci illə bağlı ümidlərimi xeyli artırıb”.

 

“2019-cu il KİV üçün məhsuldar oldu, xəbər və hadisə sarıdan kasadlıq olmadı...”

 

“Azpost.info” saytının baş redaktoru Xaqani Səfəroğlu 2019-cu ilin özü üçün əlamətdar olduğunu söyləyib:


Bu il mənim üçün xüsusilə əlamatdar oldu. Media layihəm olan “Azpost.info” internet qəzeti fəaliyyətə başladı. Bunu özüm üçün ilin ən uğurlu hadisəsi sayıram. İnşallah ki, internet qəzetlə bağlı planlarım böyükdür.

İl ərzində xoş xəbərlərə sevindik, pis xəbərlərə kədərləndik. İnternet media getdikcə inkişaf edir, peşəkar media ənənlərinə yiyələnir. Yeni onlayn saytlar açılır. Ölkədə başlanmış islahatların mediaya öz təsirini göstərəcəyinə ümid edirəm.  Reklam bazarının yaranacağına, peşəkarların işlədiyi jurnalist komandası üçün özünü təsdiq imkanlarının açılacağını gözləyirəm. Bu islahatların  uğurlu media menecementi üçün fürsət  olacağına ümid edirəm.

Gələn il maaş və qonararların artmasını istərdim. Bu sahədə vəziyyət yaxşı deyil. Jurnalistlərin peşə vərdişlərinin artmasında və daha yaxşı işləməsi üçün maddi məsələ çox önəmlidir.

Jurnalistika çətin və ağır sahədir. Burada fəaliyyət göstərmək intellekt, istedad və hövsələ tələb edir. Bütün peşəsinə hörmət edən kolleqalarıma növbəti ildə uğurlar və can sağlığı arzulayıram. Qələmləri iti, imzaları axtarılan olsun. Jurnalist üçün ən böyük qiymət axtarılan imza olmaqdı”.

 

“Bu il qeyri-adi nəysə müşahidə olunmadı...”

 


Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı
medida dəyişikliklərin yavaş-yavaş müşahidə olunduğunu deyib:

“2018-ci ildə olduğu kimi, 2019-cu ildə də qeyri-adi nəysə müşahidə olunmadı. Medianı yönləndirən məmurlar artıq cənab Prezident tərəfindən istefaya göndərildi. Bundan başqa, bütün sahələr üzrə gedən islahatlar medianı da əhatə edəcək. Bu islahatların ictimaiyyətə çatdırıması üçün də yenilənmiş media müəyyən işlər görəcək. Mən özüm də bu il yeni verilişdə aparıcılıq etməyə başldım. Amma deyə bilmərəm ki, bu böyük nailiyyətdir, yoxsa sadəcə bu da dəryada bir damladır. İnsanlara və mediaya tənqid, həqiqəti söyləmək lazımdır. Bu istiqamətdə də bizdə işlər gedir”.

 

“2019-cu il həm müsbət, həm də mənfi mənada yadda qaldı...”

 


“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı
2019-cu ilin müsbət və mənfi mənalarda Azərbaycan mətbuatında iz buraxdığını bildirib:

“Müsbət mənada onunla yadda qaldı ki, klassik  media ənənələrimiz, çap mətbuatı sıradan çıxmadı, öz varlığını qoruyub saxlaya bildi. Eyni zamanda, bu il internet mediası sürətlə inkişaf etdi. Bununla bağlı müxtəlif istiqamətli müzakirələr aparıldı. Çox təəssüf ki, reklam bazarı ətrafında aparılan müzakirələr nəticəsiz bitdi. Ölkənin media müstəqilliyini təmin edən əsas faktor olan  reklam bazarının formalaşması prosesini, yaxud da inkişaf başlanğıcını görə bilmədik. Ümid və arzu edirik ki, nöbəti ildə əsas diqqət medainın müstəqilliyinin artırılmasına olacaq. 2019-cu il mənfi mənada həm də mətbuatın patriarxı Şirməmməd Hüseynovun itkisi ilə yadda qaldı. Azərbaycan mətbuatının, keçmişlə gələcəyin körpüsü olan Şirməmməd Hüseynovun dünyasını dəyişməsi mətbuat üçün ciddi itki hesab olunur.

 2019-cu ilin sonuna doğru mətbuatda bir qədər liberallaşmağa və müstəqilliyə can atmağa doğru meyillər çoxaldı. Bəzi fəaliyyətini dayandırmış jurnalist təşikilatları, media qruplarını öz fəaliyyətini bərpa etdi. Məsələn, biz “Ayna”nın timsalında bunu görə bilərik. Azərbaycan Televiziyasında və İctimai Televiziyada  kadr dəyişiklyinin edilməsi bu sahədə olan donuqluq və sönüklüyü, monoton informasiya siyasətini aradan qaldırmağa yönəldi. 2020-ci il bizim üçün əlamətdar il olacaq, çünki mətbuatın yaranmasının 145 ili tamam olur. 145 ildə mətbu aləmdə qoruyub-saxladıqlarımızla bərabər, inkişafı da təmin edə biləcəyik. Həmçinin düşünürəm ki, 2020-ci il bizim jurnalistlərin sosial problemlərinin həlli istiqamətində növbəti əlverişli il hesab olunacaq. Artıq hakimiyyətdə kadr dəyişikliyi medianın da ətalədən xilas edib hərəkətli bi məcraya yönəldəcək”.

 

“2020-ci il pozitiv gələcək: bunun üçün bütün imkanlar var...” 

Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı
2019-cu ildə mediada elə bir yeniliyin olmadğı qənaətindədir:


“Ümumən 2019-cu ilin media üçün nəylə şərtləndiyinə qiymət versək, mən “bir il də belə getdi” deyə bilərəm. İctimai Televiziyada yeniliklər, “Ayna” qəzetinin sayt formasında bazara qayıtması müsbət haldır. Ancaq bu, ümumi durumun əla olması deyil.

2019-cu ildə sosial media aparıcı oldu. Burada isə daha çox trollar at oynatdı. İstedad, peşəkarlıq, xalqa sevgi daşıyıcıları sanki proseslərdən kənarlaşdırıldı. Söyüş, intiqa, sifariş mediası gerçək jurnalistləri sıxışdırdı. Ölkə başçısı dəfələrlə jurnalistlərə dəstək olduğunu əməldə göstərib. Ancaq məmurlar hələ də jurnalistlərə “at nalbəndə baxan kimi baxır”. Şəxsi keyfiyyətləri zədəli olanlar şəxsi nümunə kimi cəmiyyətə sırındı. Ən dəhşətlisi budur.

Ümid edək ki, 2020-də bütün neqativlər arxada qalacaq, necə deyərlər, hər şey yaxşı olacaq.

Şəxsimə gəlincə, dünyada ən böyük jurnalist təşkilatlarından olan “GLOBAL JOURNALİSM COUNCİL”ın xarici əlaqələr üzrə sədr müavini seçildim. Bu, yalnız mənum üçün deyil, ümumilikdə ölkəmiz üçün əhəmiyətlidir.

2019-cu ildə jurnalistikamız çox böyük itki verdi. Mərhum Şirməmməd Hüseynovun şəxsindəAzərbaycan jurnalistləri öz müəlimlərini itirdi.

2020-ci ilə pozitiv gələcək kimi baxıram. Hesab edirəm ki, bunun üçün bütün imkanlar var. Tənqidi mühit, jurnalistlərə açıq məmurlar və media üçün reklam bazarı 2020-ci  ildən gözləntilərimiz sırasındadır. Ölkədəki islahatlar buna zəmin yaradıb”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kamran Bayramov Daşkəsənin kəndlərində görüşlər keçirib - FOTOLAR 21 Yanvar 2020, 17:40 Sarkisyanın kürəkənindən SƏRT SÖZLƏR: “Paşinyan və komandası adam deyil” 21 Yanvar 2020, 17:34 Məktəblilər bu tarixdə qış tətilinə çıxacaq 21 Yanvar 2020, 17:29 Əhəd Abıyev Quşçu kəndində səyyar qəbul keçirib - FOTO 21 Yanvar 2020, 17:23 Dünyanın 54 ölkəsində yaşayan azərbaycanlı gənclər toplaşacaq 21 Yanvar 2020, 17:17 Rafiq Əliyev Lütfi Zadə ilə birgə yazdığı kitabı oxuculara təqdim edəcək 21 Yanvar 2020, 17:10 Əbülfəs Qarayev ABŞ səfiri ilə görüşdü 21 Yanvar 2020, 17:04 “Bəzi namizədlər hansısa məqsədlərə xidmət edirlər” - Məzahir Pənahov 21 Yanvar 2020, 16:58 Ermənistanda “qanuni oğru” adını daşıyanlara avtomatik 10 il iş kəsiləcək 21 Yanvar 2020, 16:52 Gəncə sakinindən “Kalaşnikov” tapıldı 21 Yanvar 2020, 16:46 MSK: “95 nəfər namizədliyini geri götürdü” 21 Yanvar 2020, 16:41 Rövşən Sadıxov: “Seçicilərlə sıx və operativ ünsiyyət üçün rayonda daimi ofisim fəaliyyət göstərəcək” 21 Yanvar 2020, 16:36 Gülər Əhmədovanın namizədliyi qeydə alınmadı  21 Yanvar 2020, 16:31 Rövşən Rzayev köçkünləri qəbul etdi 21 Yanvar 2020, 16:25 Şəhidlər Xiyabanında itkin düşmüş şəxslərin adları əbədiləşdirildi 21 Yanvar 2020, 16:20 Azərbaycanda ilk-Robot bankda işə başladı - FOTOLAR 21 Yanvar 2020, 16:20 Malik Həsənov Cəlilabadın daha 4 kəndində görüş keçirdi - FOTO 21 Yanvar 2020, 16:15 Çin rəsmiləri pijama geyinənlərə görə üzr istədi 21 Yanvar 2020, 16:10 Çingiz Qənizadə görüşlərini davam etdirir - FOTOLAR 21 Yanvar 2020, 16:03 Prokurorluq baş redaktora xəbərdarlıq etdi 21 Yanvar 2020, 16:02 Bəxtiyar Əliyev seçicilərlə görüşlərini davam etdirir - FOTO 21 Yanvar 2020, 15:57 Azərbaycanda yol qəzalarında ölənlər artır - RƏSMİ HƏYƏCAN 21 Yanvar 2020, 15:53 Qarabağ qaziləri Fəzail Ağamalıya dəstək verir - VİDEO 21 Yanvar 2020, 15:48 Vilayət Eyvazovdan xəbərdarlıq: “Kobud rəftardan çəkinin, nəzakətli olun” 21 Yanvar 2020, 15:42 Bioloji Təbabət muzeyinin açılışı olub - FOTO 21 Yanvar 2020, 15:35 Uşaqlarda eşitmə problemləri artır - Həkim səbəbləri açıqladı 21 Yanvar 2020, 15:33 Deputat Trampı öldürənə 3 milyon dollar VƏD EDİR 21 Yanvar 2020, 15:27 Əlilliyin qiymətləndirilməsi qaydaları DƏYİŞDİ  21 Yanvar 2020, 15:26 Nazir müavini: “Ölkəmizdə media təhsili üçün maneə yoxdur” 21 Yanvar 2020, 15:22 Erməni məşhur Azərbaycanın Xalq artistini müdafiə etdi - QALMAQAL 21 Yanvar 2020, 15:18 Saatlılar yenə də akademik Əhliman Əmiraslanova səs verəcəklər - FOTO 21 Yanvar 2020, 15:13 Tağı Əhmədov bəzi deputatları TƏNQİD ETDİ 21 Yanvar 2020, 15:07 Azərbaycanda şagirdlərin elektron yerdəyişməsi DAYANDIRILDI 21 Yanvar 2020, 15:00 Ağalar Vəliyev Milli Qəhrəman və şəhid ailələri ilə görüşdü - FOTO 21 Yanvar 2020, 14:54 Vüsal Qasımlı: “Azərbaycan Davos platformasından səmərəli istifadə edir” 21 Yanvar 2020, 14:53
SORĞU Yeni parlamentdə kimlər olsun?