Arxiv
16 Dekabr 2019, 08:41 | MÜSAHİBƏ
Qarabağ döyüşçüsünün Harvard Universitetinə qəbul olunan qızı: “Zəhmətim yerdə qalmadı” - MÜSAHİBƏ

Qarabağ döyüşlərində batalyon komandiri olmuş İlyas Hüseynovun qızı Nigar Mövsümlü ABŞ-ın Harvard Universitetindəki Harvard Biznes Məktəbində (HBS) magistr təhsili alacaq.

Nigar İlyas qızı Mövsümlü 10 avqust 1993-ü ildə anadan olub. İlk ali təhsilini Qafqaz Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə alan Nigar təhsilini Türkiyənin Hacəttəpə Universitetində davam etdirib. 2014-2017-ci illərdə Deloitte Audit ve Konsaltinq şirkətində Auditor/Konsultant, 2017-ci ildən indiyə kimi “Unilever” istehsalatçı firmasında Azərbaycan və Gürcüstan ölkələri üzrə müdir müavini vəzifəsində çalışıb. Nigar Mövsümli həm də Dağlıq Qarabağın Azərbaycanlı İcması İdarə Heyətinin üzvüdür.


N.Mövsümlü ABŞ-a gedən yoluna Modern.az vasitəsilə qısaca nəzər salıb. Onunla müsahibəni təqdim edirik:


- Nigar xanım, təbrik edirik. Uğurunuzla ən az
ı sizin qədər biz də fəxr edirik. Necə oldu ki, yolunuz ABŞ-dan düşdü?

- Artıq bir neçə il idi ki, hazırlıqlarım davam edirdi. Bu universitetə qəbul olunmaq üçün iş təcrübəsi vacib məqam idi. Mən də 5 il idi ki, qlobal şirkətlərdə çalışıb, təcrübə toplayırdım ki, universitetə müraciət edəndə tələb olunanların öhdəsindən gələ bilim. Amma sırf universitetə 2019-cu il sentyabrın 4-də müraciət etdim. Oktyabrın 1-də müsahibə mərhələsinə keçdiyim xəbərini aldım. Noyabrın 8-də müsahibə mərhələsi üçün Boston şəhərinə getdim. Onun da cavabı bu ayın 10-da bəlli oldu.


- Minlərlə müraciətçinin arasından seçilmək həm də böyük şansdır, razılaşırsınızmı bununla?

- Tamamilə razıyam. Bu baxımdan özümü çox şanslı hiss edirəm. Ona görə ki, dünyanın dörd bir yanından 10 minə yaxın insan bu universitetdə magistr oxumaq üçün müarciət edir, amma təxminən 900 nəfər seçirlər. Bu, 10 faizin altında bir qəbul göstərcisidir. Seçilənlərin sırasında olduğum üçün özümü çox şanslı hiss edirəm. Həm də düşünürəm ki, bu, əziyyətimin bəhrəsidir. Çox şükür edirəm ki, illərimin zəhməti yerdə qalmadı.


- ABŞ-a nə vaxt getməyi planlaşdırırsınız?

- Dərslərim növbəti ilin avqust ayında başlayacaq. Amma köçmə, yerləşmə kimi proseslər olduğundan, yəqin ki, iyul ayında vətəni tərk edəcəm. İki illik tədris ili müddətində kampusda qalacam. İnşallah, 2022-ci ildə Harvarddan məzun olacam.


- Məzun olduqdan sonra ABŞ-da qalıb, orada fəaliyyət göstərmək planlarınız var, yoxsa qətiyyətlə “vətənə dönəcəyəm” deyirsiniz?


- Mənim əsas planım ABŞ-da olduğum müddətdə də təcrübə yığmağımdır. Ümumiyyətlə, qısa müddətdə qlobal şirkətlərin təcrübələrini maksimum dərəcədə mənimsəməyi, koorparativ təcrübə topalamağı hədəfləyirəm. Təhsilimi başa vurub təcrübə topladıqdan 3-5 il sonra əlbəttə ki, Azərbaycana qayıtmağı planlaşdırıram. Yəni ABŞ-da topladığım qlobal təcrübələri Azərbaycanda tətbiq etməyi hədəfləyirəm.


- Nigar xanım, siz həm də Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvüsünüz.
Yəqin ki, təcrübələrinizdən Qarabağ probleminin dünya arenasına çıxarılmasında da istifadə edəcəksiniz...

- Doğrudur, mən Qarabağlıyam, həm də İcmanın üzvüyəm. Amma mənim fəaliyyətim sırf siyasətdən kənardır. Mənim qazandığım məktəb sırf biznes məktəbidir və mən siyasətçi deyiləm. Qarabağlı olmağımla həmişə fəxr edirəm. Amma heç vaxt siyasətlə əlaqəm olmayıb və bundan sonra da olacağını düşünmürəm. Həm də o auditoriya mənim siyasi məsələləri qaldıra biləcəyim arena deyil. Mənim arzularım, istəklərim sırf qazandığım təcrübələri, nəaliyyətlərimi vətənimdə tətbiq etməkdir.


- Yeni uğurlarda söhbətləşmək ümidilə...

- Dəyərləndirdiyiniz üçün təşəkkür edirəm!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirus infeksiyalarını bloklayan süni virus yaradılıb 9 Aprel 2020, 00:57 Fransada koronavirusdan ölənlərin sayı 10 869-a çatdı 9 Aprel 2020, 00:36 Prezidentinin oğlu koronavirusa yoluxdu 9 Aprel 2020, 00:16 Koronavirusla mübarizə üçün Ukraynaya 190 milyon avro ayırıldı 9 Aprel 2020, 00:03 Bu gün 3018 nəfər koronavirus testindən keçirilib - TƏBİB 8 Aprel 2020, 23:46 Neft 34 dollaradək bahalaşdı 8 Aprel 2020, 23:28 Yaponiyada COVİD-19 ilə bağlı rekord göstərici qeydə alındı 8 Aprel 2020, 23:15 Əkrəm İmamoğlunu ölümlə hədələyən şəxs tutuldu 8 Aprel 2020, 22:59 Bu ölkədə 4072 nəfər koronavirusa yoluxdu 8 Aprel 2020, 22:44 Azərbaycanlı diaspor rəhbəri koronavirusa yoluxdu 8 Aprel 2020, 22:27 Koronavirusla bağlı daha bir kəşfiyyat məlumatı üzə çıxdı 8 Aprel 2020, 22:14 ABŞ-da koronavirusa yoluxanların sayı 401 166 nəfərə çatdı 8 Aprel 2020, 22:01 Qənirə Paşayevanın seçicilərinə 3 min maska hədiyyə edildi 8 Aprel 2020, 21:55 Göyçayda üç avtomobil toqquşdu: xəsarət alanlar var 8 Aprel 2020, 21:45 Heydər Əliyev Mərkəzindən İtaliyaya həmrəylik nümayişi 8 Aprel 2020, 21:33 Türkiyədə koronavirusdan ölənlərin sayı 812-yə çatdı 8 Aprel 2020, 21:16 İtaliyada koronavirusdan REKORD sayda sağalma 8 Aprel 2020, 20:59 Britaniyada daha 938 nəfər koronavirusdan öldü 8 Aprel 2020, 20:45 İrandan koronavirusla mübarizədə dəstəyə görə Azərbaycana təşəkkür 8 Aprel 2020, 20:29 Koronavirusa görə GPS peykinin buraxılışını təxirə salındı 8 Aprel 2020, 20:17 Siyasətçi bu səbəbdən prezident olmayacaq 8 Aprel 2020, 20:01 ÜST: Koronavirusun nə zaman bitəcəyini bilmirik 8 Aprel 2020, 19:50 Bakıda “Toyota” ilə “KamAZ” toqquşub:  yaralanan var 8 Aprel 2020, 19:41 “AzərGold” xaricə qızıl satışını dayandırıb 8 Aprel 2020, 19:33 Şəxsiyyət vəsiqəsinin müddəti bitən şəxslərin NƏZƏRİNƏ 8 Aprel 2020, 19:25 Nazirlər Kabinetinin rəsmisi: “Adamlara pul paylansa, daha çox insan işsiz qalacaq” 8 Aprel 2020, 19:17 Maliyyə yardımı kimlərə şamil olunacaq? - Nazir: “Minimal məbləğ 250 manat...” 8 Aprel 2020, 19:11 İbrahim Məmmədov: “Düşmən ölkələr koronavirusla bağlı şayiələr yayırlar” 8 Aprel 2020, 19:01 Azərbsaycanda 82 yaşlı şəxs koronavirusdan sağalıb 8 Aprel 2020, 18:53 Azərbaycanda koronavirusa yoluxma ilə bağlı qırmızı zona yoxdur – Operativ Qərargah 8 Aprel 2020, 18:51 İşdən çıxarılan məmur baş naziri sərt tənqid etdi 8 Aprel 2020, 18:46 UNEC aliminin koronavirus barədə araşdırması apardı 8 Aprel 2020, 18:38 Bakıda piyadanı vurub öldürən sürücü tutuldu 8 Aprel 2020, 18:31 Dövlət Agentliyindən icaze.e-gov.az portalı ilə bağlı XƏBƏRDARLIQ 8 Aprel 2020, 18:28 Ağır xəstələrin rayondan Bakıya gətirilməsinə icazə verilir – Operativ Qərargah 8 Aprel 2020, 18:25