Modern.az

Lökbatanda Uşaq Yaradıcılıq Mərkəzində partlayış olub - Müəllim yaralanıb

Lökbatanda Uşaq Yaradıcılıq Mərkəzində partlayış olub - Müəllim yaralanıb

16 Dekabr 2019, 11:13

Lökbatanda İcra Hakimiyyəti binasının arxasında yerləşən Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verib.

 

Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, partlayış barədə məlumat təcili yardıma saat 10:14-də daxil olub:

 

“Hadisə yerinə 3 təcili yardım briqadası çıxıb. Həkimlər mərkəzdən 50 yaşlı qadın müəllim götürüblər. Sifətin və hər iki əlinin termiki yanığı diaqnozu ilə müəllim 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılıb. Daha bir neçə nəfər hadisə zamanı stress keçirib. Onlara yerində yardım göstərilib”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?