Modern.az

Zelenskinin Azərbaycan səfərinin TƏFƏRRÜATLARI – Prezident və baş nazirlə görüşəcək

Zelenskinin Azərbaycan səfərinin TƏFƏRRÜATLARI – Prezident və baş nazirlə görüşəcək

16 Dekabr 2019, 13:16

Ukrayna prezidenti Vladimir Zelenski dekabrın 16-17-si tarixlərində Azərbaycana rəsmi səfərə gələcək.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, səfər proqramı çərçivsənidə prezident İlham Əliyev və Baş nazir Əli Əsədovla görüş nəzərdə tutulub.

“Ukrayna və Azərbaycan arasında əməkdaşlığın dərinləşməsinə xidmət edən bir sıra ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulur”- deyə məlumatda bildirilir.

 

İki ölkə başçısı Ukrayna –Azərbaycan biznes forumuna qatılacaq. Zelenski yerli Ukrayna icması ilə də görüşəcək.  

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir