Arxiv
17 Dekabr 2019, 10:14 | DİASPOR
Türk qanlı, müsəlman etiqadlı, firəng düşüncəli, Avropa qiyafəli fədai

XX əsrin Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri - Əli bəy Hüseynzadənin arzuladığı türk qanlı, müsəlman etiqadlı, firəng düşüncəli, Avropa qiyafəli fədailərin sayı artdıqca, işıqlı gələcəyə inam da çoxalır. Axı avropalı kimi düşünmək üçün ilk növbədə təfəkkürdə avropalaşmaq lazımdır. Bu gün sizə avropalılar kimi düşünə bilən 26 yaşlı bir gəncdən söhbət açmaq istəyirəm - Nəcəf Bilal oğlu Qənbərovdan.

1992-ci ildə Cəlilabad rayonunda dünyaya gəlib. Orta təhsilini 2010-cu ildə Bakıda, 159 saylı məktəbdə başa vurub. 2010-2015-ci illərdə Türkiyənin Erciyes Universitetinin Beynəlxalq münasibətlər fakültəsində ingilis dilində bakalavr dərəcəsi üzrə təhsil alıb. 2015-2016-cı illərdə Türkiyənin Beykent Universitetinin İnsan Resuslarının İdarə Edilməsi fakültəsində Biznesin idarə olunması(MBA) ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Bu müddət Avropa və Türkiyədə müxtəlif yaz məktəblərində qısa müddətli kurslarda iştirak edib. 2017-ci ildən Bakıda yaşayır. İctimai-siyasi fəaliyyətlə məşğul olur...

...Hələ ki, ailə qurmayıb. Atası Bilal Qənbərov əslən Yardımlı rayonunun Şəfəq kəndindəndir. Daşınmaz əmlak üzrə bizneslə məşğul olur. Anası Mahirə xanım evdar qadındır. Özündən başqa bir qardaşı və bir bacısı da var.

Nəcəf tələbəlik illərində fəallıq göstərərək xaricdə yaşayan azərbaycanlıların bir araya gəlməsi, tələbə və gənclərin təşkilatlanması üçün xeyli səylər göstərib. Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil aldığı şəhər üzrə tələbə təmsilçisi olub. Türkiyə Respublikası Kayseri şəhərində 89 ölkədən olan xarici tələbələrin birliyi üçün Kayseri Xarici Tələbələr Koordinasiya Şurasının təsis olunmasında və idarə edilməsində mühüm rol oynayıb. Həmçinin, bu Koordinasiya Şurasında təmsil olunan 89 ölkənin hər birinin tarixində əlamətdar günlərin təşkili işləri ilə məşğul olmuş və Azərbaycan həqiqətlərinin 89 ölkədən olan (Afrika, Ərəb ölkələri, Asiya, Avropa, Okeaniya, Amerika qitəsi və s.) minlərlə tələbəyə çatdırılması istiqamətində bir çox layihələrin təşəbbüskarı və təşkilatçısıdır.
Sizə zarafat gəlməsin, 2013-cü ildə Kayseri şəhər mərkəzində 2 hektarlıq ərazidə Xocalı soyqırımı parkı salınması üçün razılığın əldə edilməsinə məhz o, nail olub. Vətəndə yaşadığı müddətdə isə Türkiyə və Rusiyada Xocalı soyqırımına həsr olunan silsilə tədbirlər təşkil edərək, Azərbaycanın millət vəkillərinin, ictimai-siyasi xadimlərinin həmin görüşlərdə iştirakını təmin edib. Türkiyənin müxtəlif telekanallarında dəfələrlə ekspert kimi çıxış edərək Azərbaycanın inkişafı, tarixi və Xocalı soyırımı ilə bağlı həqiqətlərdən söhbət açıb.

2019-cu ildə Bakı şəhərində Türkiyə-Azərbaycan dostluq qrupunun sədri Şamil Ayrım, Türkiyə Respublikası Kahramanmaraş böyükşəhər bələdiyəsinin sədri, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Gürcüstan parlamentinin millət vəkili Mahir Dərziyev və azərbaycanlı millət vəkillərinin iştirakı ilə qonşu dövlətlərdən gələn hökümət və dövlət nümayəndələri ilə geniş miqyaslı konfransın təşkilatçısı olub və həmin layihəyə rəhbərlik edib…

Futbol, basketbol oynamağı, idmanla məşğul olmağı xoşlayır. Mütaliədən yorulmur. Səyahət etməkdən zövq alır. Gənc olmasına baxmayaraq indiyədək dünyanın ona yaxın ölkəsində olub. İngilis, rus, türk dillərində sərbəst danışa bilir…

Bəli, insanların ən gözəli o şəxslərdir ki, xeyirxahlığa vəsilə olurlar. Kim bilir, Tanrı bu gənc oğlanı hələ neçə xeyirxah işə vəsilə edəcək. Dekabrın 18-i Nəcəfin ad günüdür, 27 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, Azərbaycan naminə həyata keçirəcəyi layihələrdə uğurlar arzulayıram.

Elman Eldaroğlu,
[email protected]
 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Heydər Əliyev Fondu sabiq icra başçısının gəlinin müalicəsini öz uzərinə götürdü 27 Fevral 2020, 11:34 Bilet əldə etmək ova icazə verilməsi demək deyil - NAZİRLİK 27 Fevral 2020, 11:28 Polis “Əmioğlu”nu həbs etdi - FOTO 27 Fevral 2020, 11:23 DSX-dən Azərbaycan-Gürcüstan sərhədinin bağlanması xəbərinə REAKSİYA 27 Fevral 2020, 11:18 Bir gündə yol qəzalarında 5 nəfər öldü - RƏSMİ 27 Fevral 2020, 11:14 Xocalıya görə təzminat: Hərbi Prokurorluq fərdi müraciəti məsləhət görür 27 Fevral 2020, 11:09 “Azərbaycan-Gürcüstan sərhədi bağlanmayıb” - Gömrük Komitəsi 27 Fevral 2020, 11:04 ““BakıKart” terminallarından “pulxırdalama” aparatı kimi istifadə oluna bilər”  27 Fevral 2020, 10:57 Gürcüstanda 4 Azərbaycan vətəndaşı koronavirus şübhəsilə nəzarətə GÖTÜRÜLDÜ 27 Fevral 2020, 10:55 Nazir Xətainin Bakıdakı heykəlinin köçürülməsindən DANIŞDI 27 Fevral 2020, 10:51 Gürcüstanda koronavirus tapılan şəxslə bağlı Nazirlikdən rəsmi AÇIQLAMA 27 Fevral 2020, 10:45 Bakı-Gürcüstan avtobuslarının gediş-gəliş dayandırılıb? - RƏSMİ 27 Fevral 2020, 10:39 Kapital Bank yenilənən Siyəzən filialını istifadəyə verdi 27 Fevral 2020, 10:32 Sabah Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclası keçiriləcək 27 Fevral 2020, 10:26 Səudiyyə Ərəbistan Ümrə ziyarətini dayandırdı 27 Fevral 2020, 10:23 ÜST: Koronavirusdan 2761 nəfər ölüb 27 Fevral 2020, 10:18 ABŞ Konqresində Xocalı soyqırımı qurbanları yad edildi - FOTO 27 Fevral 2020, 10:15 Bakıda kütləvi dava: Yaralılar var 27 Fevral 2020, 10:14 Gürcüstan Azərbaycana gediş-gəlişi qismən məhdudlaşdırdı 27 Fevral 2020, 10:11 Azərbaycanda yeni doğulan buzova görə 100 manat verilir – MÜSAHİBƏ 27 Fevral 2020, 10:06 Danimarkada da koronavirus aşkarlandı 27 Fevral 2020, 10:04 UNEC-in Zaqatala filialında yenilik 27 Fevral 2020, 10:04 Bakı polisi bir gündə 20 nəfəri saxladı 27 Fevral 2020, 10:01 Azərbaycan və Türkiyə nümayəndə heyətləri arasında görüş keçirilib 27 Fevral 2020, 09:57 “Xaçmaz” Elektrik Stansiyasının “itirilmiş” gücü bərpa edildi - VİDEO 27 Fevral 2020, 09:50 Azərbaycan Sarkisyan və Koçaryanı beynəlxalq axtarışa verə bilər - RƏSMİ 27 Fevral 2020, 09:45 “Yuventus” və “Real” məğlub oldu - Çempionlar Liqası 27 Fevral 2020, 09:40 Məktəblərdə tədris müddəti dəyişə bilər? - QƏRAR 27 Fevral 2020, 09:36 Çindən kənarda koronavirusa yoluxanların sayı 3000-ə çatdı 27 Fevral 2020, 09:30 Düşmən kəndlərimizi atəşə tutdu 27 Fevral 2020, 09:26 Şirvanda ər arvadını yataq otağında amansızcasına qətlə yetirdi 27 Fevral 2020, 09:22 Paytaxtın girişində tıxaca son qoyulacaq - FOTO 27 Fevral 2020, 09:15 İdlibdə 2 türk əsgəri həlak oldu 27 Fevral 2020, 09:10 Gürcüstan Azərbaycanla sərhədləri bağlayıb? 27 Fevral 2020, 09:05 Salyanda ər keçmiş arvadını qətlə yetirib evini yandırdı 27 Fevral 2020, 09:03