Modern.az

“Xəzər - Yaşıllıqlar Məkanı” - Səfir ağacəkmə aksiyasında - FOTO

“Xəzər - Yaşıllıqlar Məkanı” - Səfir ağacəkmə aksiyasında - FOTO

17 Dekabr 2019, 16:32

Dekabrın 17-də Xəzər rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə “Xəzər-Yaşıllıqlar Məkanı” adlı ağacəkmə aksiyası keçrilib.

 

Modern.az xəbər verir ki, Xəzər Rayon İcra Hakimiyyəti və Azərbaycan Türkiyə İş Adamları Birliyinin birgə təşkilatçılığı (ATİB), Xəzər Rayon Gənclər və İdman İdarəsi və “ASAN” Könüllülərin təşkilati dəstəyi ilə rayonun Qala qəsəbəsində keçirilən ağacəkmə aksiyasında Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov, Azərbaycan Türkiyə İş Adamları Birliyinin idarə heyətinin sədri Cemal Yangın, ATİB-in İdarə heyətinin üzvləri, Xəzər RİH  başçısı Aparatının kollektivi, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, “ASAN” Könüllüləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Aksiya zamanı  1000 ədəd  “Şam” ağacı əkilib.

 

Ağacəkmə aksiyasında həmçinin Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da iştirak edib.

 

Xəzər rayonunda ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədi ilə rayonun bütün ərazisi boyu mütəmadi olaraq genişmiqyaslı  abadlıq, yaşıllaşdırma işləri həyata keçirilir.

 

Rayonda ətraf mühitin mühafizəsinə və yaşıllıqların arıtırılmasına töhfə verən bu cür ağacəkmə aksiyaları davamlı olaraq keçirilməsi planlaşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir