Modern.az

Gülər Əhmədova “yumurta döyüşü”nün qalibi oldu

Gülər Əhmədova “yumurta döyüşü”nün qalibi oldu

Aktual

17 Mart 2012, 18:53

Modern.az xəbər verir ki, bu gün Bakıdakı “Sarı gəlin” restoranında Kütləvi İnformasiya Vasitə­lərinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə, jurnalistlər, deputatlar, nazirliklərin nümayəndələri, QHT təmsilçiləri iştirak ediblər. Tədbir Novruz Bayramı ərəfəsinə təsadüf etdiyindən rəsmi hissə başa çatandan sonra maraqlı yarış keçirilib.

Belə ki, mərasimdə bütün iştirakçıların hər birinə boyanmış yumurta verilib və masada əyləşənlər bir-birlərilə yumurta döyüşdürüblər. Masaların qalibləri sonra-bir-birlərilə qarşılaşıblar. Burada da qalib gələnlər öz aralarında  “yumurta döyüşü”nü davam etdiriblər. Lap axıra qalan iki nəfər yarışın qalibi olmaq uğrunda qarşılaşıb.
Sonuncu yumurta döyüşündə qalib Milli Məclisin deputatı Gülər Əhmədova olub. Nəticədə Kütləvi İnformasiya Vasitə­lərinin İnkişafına Dövlət Dəstəyi Fondunun “yumurta döyüşü”nün qalibi üçün ayırdığı noutbuk Gülər Əhmədovaya təqdim edilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır