Modern.az

İlham Əliyev Paşinyanla bu şəhərdə görüşə bilər - AÇIQLAMA

İlham Əliyev Paşinyanla bu şəhərdə görüşə bilər - AÇIQLAMA

20 Dekabr 2019, 10:37

Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburqda Avrasiya Ali İqtisadi Birliyinin İqtisadi Şurasının iclasına və MDB ölkə başçılarının qeyri-rəsmi sammitinə qatılacaq.

 

Modern.az xəbər verir ki, Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan MDB sammiti çərçivəsində İlham Əliyevlə Nikol Paşinyan arasında görüşün baş tutmayacağını deyib.

“Sammit çərçivəsində İlham Əliyev və Nikol Paşinyan arasında görüşün keçirilməsi nəzərdə tutulmayıb, amma onların iştirakı ilə rəsmi şam yeməyi veriləcək”.

 

Xatirladaq ki, bundan əvvəl, Nikol Paşinyan və İlham Əluyev arasında görüş Aşqabadda MDB sammiti zamanı baş tutmuşdu. Həmin vaxt da iki lider nahar zamanı söhbətləşmişdi.   

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir