Arxiv
20 Dekabr 2019, 17:07 | PARLAMENT
Deputatlar icra başçılarının həbsindən DANIŞDILAR: “Çoxlarının yuxusu qaçıb, kürkünə birə düşüb”

Nizaməddin Quliyev, Qoca Səmədov kimi sabiq icra başçılarının vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılması ölkə gündəmini zəbt edib.

İki gündür sosial şəbəkələrdə açılan müzakirələr də harınlamış icra başçılarının məsələsi barəsindədir.  

Prezident icra başçılarına dəfələrlə xəbərdarlıq etsə də, çağırışlar ünvanlasa da, bəziləri necə deyərlər, öz bildiyini etməkdədir.


V çağırış Milli Məclisin deputatları Modern.az-a bu məsələlərdən danışıblar.


Fəzail Ağamalı
: “Əlbəttə, baş vermiş bu hadisə çox ciddi təəssüf doğurur. Ona görə ki, bəzi məmurlar öz işlərini ölkədə gedən yeniliyin, inkişafın məntiqinə uyğun qura bilmir, ya da qurmaq istəmirlər. Yenə köhnə metodlarla işləməklə öz səlahiyyətlərindən sui-istifadə edir, ciddi qanun pozuntularına yol verirlər. Korrupsiya, rüşvətxorluq belə insanların həyat tərzinə çevrilib və nəticə də bəllidir”.


Fəzail Ağamalı qeyd edib ki, ölkə prezidenti 2018-ci ilin aprel ayından başlayaraq Azərbaycanda ciddi islahatlara start verib:


“Bununla bağlı dəfələrlə fikirlərimizi söyləmişik. Bu islahatlar Azərbaycanı daha yüksək inkişaf səviyyəsinə qaldırcaq və ölkə preizdentinin niyyəti, hədəfi də budur. Baş verən bu kimi hallar başa düşülən və bağışlanan deyil. Prezident ayrı-ayrı şəxsləri vəzifəyə təyin edəndə onların diqqətinə çatdırdı ki, ölkədə korrupsiya və rüşvətxorluğa qarşı amansız mübarizə başlayıb. Prezident qeyd etmişdi ki, kim korrupsiyaya yol versə, xalqa xidmət etməsə, ciddi şəkildə cəzalanacaq. Bütün bu mesajları nəzərə almayanlar ciddi formada cəzalanır və onların yolu ilə gedənlər də, şübhə etmirəm ki, öz cavablarını alacaqlar. Azərbaycan artıq başqa bir ölkədir! Məmurlar yeni Azərbaycana adaptasiya olmağı bacarmalıdırlar. Əgər bunun əksi olacaqsa, onlar da yaxın zamanda öz cəzalarını alacaqlar. Qeyd edim ki, Ağstafanın və Yevlaxın sabiq icra başçısının məsələsinə DTX-nın rəhbərlik etməsinı adi yanaşmaq olmaz”.

 

Elman Məmmədov: “Hamıya məlum olan bir həqiqət var ki, hər kəs cəmiyyətdə öz əməlləri ilə tanınır. Bəzən bu kimi insanlar elə bilir ki, onların əməlləri gizli qalır və heç kimin bundan xəbəri yoxdur. Lakin uca Yaradan, Tanrımız hər şeyi görür. Hər bir insan elədiyi əməllərin cavabını alır”.


Elman Məmmədov qeyd edib ki, Prezident illərdir bəyan edir ki, biz korrupsiyaya qarşı barışmaz mübarizə aparırıq:


“Lakin görünür ki, bəzi məmurlar prezidentin bu bəyanatlarından nəticə çıxara bilmir. İstənilən qanunsuzluğunun qarşısı ciddi şəkildə alınır. Ağsatafa və Yevlaxın icra başçılarının da həbs olunması mənə elə gəlir ki, digər bütün vəzifəli şəxslərə bir mesajdır. Hesab edirəm ki, bu həbs məsələsindən sonra çoxlarının yuxusu qaçıb, kürkünə birə düşüb. Dövlət sənə yetəri qədər maaş ayırır və sən bunların çərçivəsində addım atmalısan. Bəzi məmurların aldıqları ev, maşın maaşlarına uyğun olmalıdır ki, sonra bu kimi hallarla rastlaşmasınlar. Əgər aldığın maaşından artıq nələrsə etmisənsə, deməli ya dövlətin, ya da vətəndaşın cibinə girmisən. Düşünürəm ki, bunlar çox ibrətamiz və tərbiyələndirici tədbirlərdir”.


Aqil Abbas
: “Belə adamlar yerlərində olmayan şəxslərdir. Hansı ki, vəzifəyə təyin edilirlər, işlərini özləri kimi qururlar. Gizli əməllərin üstü nə olur olsun, bir gün açılır. “Oğurluğun ömrü 40 gün olur” deyirlər. Ölkədə çox böyük islahat gedir. Bundan bir müddət əvvəl bir neçə rayonda kart paylayan Sosial Müdafiə Fondunun işçiləri də həbs olundular. Görünür ki, dərs götürmürlər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezidentin hərbi medallar verdiyi jurnalistlər, klub prezidenti, gənc şair... - ADLAR 24 İyun 2021, 16:14 Əmək pensiyasına əlavə ilə bağlı qaydalar dəyişir 24 İyun 2021, 16:01 “BakuBus”ın avtobusları toqquşdu - Yaralananlar var - YENİLƏNİB 24 İyun 2021, 15:43 Gömrük Akademiyasının ilk magistr tələbələri məzun oldu 24 İyun 2021, 15:38 Niyazi Bayramov sakinlərin müraciətlərini qeydiyyata götürdü 24 İyun 2021, 15:32 İnsanları işə düzəltmək adı ilə aldanan şirkət direktoru SAXLANILDI 24 İyun 2021, 15:27 Ermənistan PUA istehsal edəcək 24 İyun 2021, 15:23 Yeni dalğanın qarşısını almaq üçün peyvənd olunmalıyıq - Deputat 24 İyun 2021, 15:17 Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi 24 İyun 2021, 15:12 Yas mərasimlərinin təşkilinə də icazə verilsin - TƏKLİF 24 İyun 2021, 15:06 Suqovuşanı azad edən 10 min 647 hərbçiyə medal verildi - SƏRƏNCAM 24 İyun 2021, 15:00 Deputat 3 kənddə seçicilərini qəbul edib - FOTOLAR 24 İyun 2021, 14:54 Çalışdığı şirkətin 15 mindən çox pulunu mənimsədi 24 İyun 2021, 14:48 Serbiya NATO-ya üzv olmayacaq 24 İyun 2021, 14:42 “Daşkəsən Dəmir Filiz” MMC bu universitetlə əməkdaşlıq edəcək 24 İyun 2021, 14:36 Bir qrup hərbçi “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi 24 İyun 2021, 14:30 Bugünədək 578250 hektar sahədə biçin aparılıb - FOTOLAR 24 İyun 2021, 14:25 Kəlbəcərin azadlığına görə təltif edilənlər - SİYAHI 24 İyun 2021, 14:20 Bakıda daha bir marşrut xətti karta keçdi 24 İyun 2021, 14:14 Prezident və xanımı “Gülüstan” SARAYINDA 24 İyun 2021, 14:08 Bir qrup hərbçi “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi - SİYAHI 24 İyun 2021, 14:02 Lavrov Azərbaycanla Ermənistan arasında etimaddan DANIŞDI 24 İyun 2021, 13:50 Ermənistanda seçkilər, Bakı ilə Moskvanın məsləhətləşmələri - ŞƏRH                     24 İyun 2021, 13:45 Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclası keçirilib 24 İyun 2021, 13:40 Azad olunan yerlərə ilk növbədə bu məcburi köçkünlər QAYTARILACAQ 24 İyun 2021, 13:34 Təhsil Nazirliyindən məzun günü ilə bağlı QƏRAR 24 İyun 2021, 13:28 Maliyyə Nazirliyində yeni təyinatlar 24 İyun 2021, 13:22 Şuşa fatehləri TƏLTİF OLUNDU 24 İyun 2021, 13:16 SOCAR 25 milyon dollarlıq müqavilə imzaladı 24 İyun 2021, 13:10 Ukraynada yaşayan azərbaycanlı gənclərlə görüş keçirilib 24 İyun 2021, 13:04 “Bu qərarlarla istənilən toy sahibini cərimələmək mümkündür” - Deputatdan ETİRAZ               24 İyun 2021, 12:58 Sabahkı hava əksər insanlar üçün əlverişsiz olacaq - 43 dərəcə isti 24 İyun 2021, 12:52 Koronavirusa yoluxanlara da vaksin vurula bilər 24 İyun 2021, 12:46 COVİD-19 vaksini sonsuzluğa səbəb olur? - Rəsmi cavab 24 İyun 2021, 12:40 “Vaksin olunmuş insanlarda ağrı bütün peyvəndlər üçün keçərlidir” - Ekspert 24 İyun 2021, 12:34
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?