Modern.az

Moskvada yaşayan azərbaycanlı jurnalistdən ETİRAZ - Bayrağımız niyə pomidorun üzərinə vurulur?

Moskvada yaşayan azərbaycanlı jurnalistdən ETİRAZ - Bayrağımız niyə pomidorun üzərinə vurulur?

24 Dekabr 2019, 13:48

Moskvada yaşayan tanınmış telejurnalist Xəyal Tağıyev Azərbaycandan Rusiyaya ixrac olunan pomidorun üzərinə üçrəngli bayrağımızın təsvirinin vurulmasına  etiraz edib.

Modern.az-ın məlumatına görə, Xəyal Tağıyev bayrağın ticarət markası olmadığını vurğulayıb.

“Bu ticarət markası deyil - bayraqdır! Rənglər yerində, ulduz və aypara da həmiçinin. Məsələni araşdırmağa cəhd edərkən, mənə dedilər ki, pomidor Azərbaycandan bu halda gətirilir. Sözün düzü, heç inana bilmirəm ki, ağlı başında olan hansısa azərbaycanlı öz əlilə hər bir pomidorun üstünə ölkə bayrağının təsvirini yapışdıra bilər. Zənn edirəm ki, hamı bayrağın ümummilli rəmz olduğunu, yeri gəldi-gəlmədi istifadə edilməsinin yolverilməzdiyini anlayır.
Xahiş edirəm ki, imkanı olanlar bu “kreativ” ideyanın haradan qaynağlandığını, bunu edən adamlarda özünəəminliyin necə doğduğunu araşdırsınlar. Bəlkə kimsə Azərbaycan bayrağını ticarət markası kimi qeydiyyatdan keçirib!? Bizim xəbərimiz yoxdu?!”,- deyə Xəyal Tağıyev sosial şəbəkədə bildirib.


Onun sözlərinə görə, Rusiyada fəaliyyət göstərən digər ölkələrin şirkətləri məhsul dənəsinin üstünə deyil, qablaşdırılan yeşiklərin üzərinə belə təsvirlər vurur.

“Bu isə qəbul olunan praktikadır, həm də həmin yeşiyin üzərində istehsalçının, yəni şirkətin adı və hətta ünvanı göstərilir. Adətən şirkət malı ixrac edərkən qablaşdırılan yeşiklərin üstünə həm də öz loqosunu, yəni rəsmi qeydə alınmış ticarət markasını vurur. Heç vaxt, heç bir malın ticarət markasını bayraqla əvəz etmirlər. Bununla yanaşı, dünyanın əksər ölkələrində milli atributların komersiya məqsədləri üçün istifadəsi ciddi şəkildə təmzimlənir. Misal üçün, həm Türkiyədə, həm də Rusiyada belə bir qanunlar mövcuddur. Əminəm ki, sözügedən məsələ özfəaliyyət və qüsurlu zövqün təzahürüdür. Bir daha dükanlarda baxın! Belə praktikaya rast gəlməyəcəksiniz!”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...