Modern.az

“İctimai qrup” Rəsulzadənin ev-muzeyinin açılması ilə kifayətlənməyəcək – YENİ TƏŞƏBBÜS

“İctimai qrup” Rəsulzadənin ev-muzeyinin açılması ilə kifayətlənməyəcək – YENİ TƏŞƏBBÜS

Mədəni̇yyət

1 Yanvar 2020, 14:08

2019-cu ilin sonunda Rəsulzadənin ev-muzeyinin yaradılması ilə bağlı “İctimai qrup” təsis edilib.

 

“Borcumuzu qaytaraq. Məhəmməd Əmin Rəsulzadənin ev-muzeyi” təşəbbüsünə Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, elm, mədəniyyət, təhsil və mətbuat nümayəndələri, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızı birləşdirən diaspora təşkilatları, ictimai birliklər, gənc fəallar da qoşulub.

“Borcumuzu qaytaraq. Məhəmməd Əmin Rəsulzadənin ev muzeyi” təşəbbüsü üzrə yaradılan İctimai qrupun üzvlərindən biri də tanınmış diplomat, ictimai xadim, M.Ə.Rəsulzadə irsinin naşiri və tədqiqatçısı Ramiz Abutalıbovdur.

 

Ramiz Abutalıbov Modern.az-a açıqlamasında deyib ki, ev muzeyi açılacağı təqdirdə,  ardınca abidə də qoymaq lazımdır:

“Məhəmməd Əmin Rəsulzadə çox şeylərə layiqdir. Öncə ev muzeyini açaq. Sonra abidə qoymağa çalışaq. Azərbaycançılıq ideyası Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyskidən başlayır. Bunların hamısı xaricdə dünyasını dəyişiblər. Bunların xatirəsini əziz tutmağımız üçün nəsə etməliyik. Digər tərəfdən isə xaricdə dünyasını dəyişən tanınmış azərbaycanlıların qəbirlərinin Azərbaycana gətirilməsinin tərəfdarı deyiləm. Həmin qəbirlər bizim ziyarət yerimiz kimi qalmalıdır”.

 

Ramiz Abutalıbov qeyd edib ki, belə bir təşəbbüsün irəli sürülməsi üçün kollektiv formada bir araya gəlməyimizin heç də mümkünsüz olmadığını nümayiş etdirdi:

“Rəsulzadənin xatirəsini əbədiləşdirmək üçün ev muzeyinin açılması çox yaxşı olardı. Abidə də qoyulması mütləqdir. Ev muzeyinin açılması ideyası çox yaxşıdır. Belə bir təşəbbüsün irəli sürülməsini alqışlayıram. Çünki hər zaman azərbaycanlılar haqqında “tək işləməyi sevirlər”  ideyası formalaşıb. Halbuki elə deyil. Demək ki, kollektiv formada da işlər ortaya qoymaq mümkündür. Məndə elə qədim kitablar var ki, onları muzeyə bağışlamağı düşünürəm”.

 

Məhəmməd Əmin Rəsulzadənin ev muzeyi” təşəbbüsü üzrə yaradılan İctimai qrupun siyahısı:

  1. Rəis Rəsulzadə - Azərbaycanın Xalq rəssamı, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi
  2. Solmaz Rüstəmova-Tohidi - Tarix üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi.
  3. Qulu Məhərrəmli – Jurnalist, Filologiya üzrə elmlər doktoru, professor, Əməkdar jurnalist
  4. Nəcibə Bağlrzadə - yazıçı-publisist, Rəsulzadələr ailəsinin tədqiqatçısı
  5. Nicat Gözəlov – hüquqşünas, “Milli Hüquq evi”nin direktoru
  6. Ramiz Abutalıbov – diplomat, ictimai xadim, M.Ə.Rəsulzadə irsinin naşiri və tədqiqatçısı
  7. Ömər Eldarov – heykəltəraş, Xalq rəssamı, Akademik, Azərbaycan Rəssamlar Akademiyasının rektoru, M.Ə.Rəsulzadənin heykəlinin müəllifi
  8. Ülkər Hüseynova – publisist, naşir, M.Ə.Rəsulzadə irsinin tədqiqatçısı prof. Şirməmməd Hüseynovun həyat yoldaşı
  9. Nailə Vəlixanlı – tarixçi-alim, Akademik, Əməkdar elm xadimi, AMEA Milli Tarix muzeyinin direktoru
  10. Rafael Hüseynov – ədəbiyyatşünas-alim, Akademik, ictimai xadim, AMEA Nizami adına Ədəbiyyat muzeyinin direktoru
  11. Sabir Rüstəmxanlı – Xalq şairi, ictimai xadim
  12. Fazil Mustafa – ictimai xadim, hüquq üzrə fəlsəfə doktoru
  13. Qənirə Paşayeva – ictimai xadim, fəlsəfə üzrə elmlər doktoru
  14. Sabit Bağırov – ictimai xadim, iqtisadçı
  15. Nəsiman Yaqublu – tarix üzrə elmlər doktoru, professor
  16. İradə Bağırova – tarix üzrə elmlər doktoru, professor
  17. Nəsib Nəsibzadə – tarix üzrə elmlər doktoru, professor, Ankara Universiteti
  18. Kamil İbrahimov – tarix üzrə elmlər doktoru, professor, Əməkdar mədəniyyət işçisi
  19. İsmayıl Musayev – tarix üzrə elmlər doktoru, professor
  20. Tufan Axundov – tarix üzrə elmlər doktoru, pofessor
  21. Firdovsiyə Əhmədova – tarix üzrə fəlsəfə doktoru, Əməkdar müəllim
  22. Fərda Əsədov – tarix üzrə fəlsəfə doktoru, şərqşünas
  23. Fərhad Cabbarov – tarix üzrə fəlsəfə doktoru
  24. Nigar Gözəlova – tarix üzrə fəlsəfə doktoru
  25. Niyazi Mehdi – filosof, ədəbiyyatşünas-tənqidçi, fəlsəfə elmləri doktoru
  26. İradə Musayeva – ədəbiyyatşünas-tənqidçi, filologiya üzrə fəlsəfə doktoru
  27. Etibar Əliyev – fəlsəfə doktoru, təhsil məsələləri üzrə mütəxəssis
  28. Rasim Müzəffərli – fəlsəfə doktoru, dosent, bəstəkar - şair, naşir.
  29. Mehman Dəmirli – hüquq elmləri doktoru, professor, Yaxın Doğu və Girnə universitetləri, Girnə, Türkiyə
  30. Yavuz Akpınar – Dr., Professor. Ege universiteti, Rəsulzadə irsinin Türkiyə dövrü araşdırıcısı, İzmir, Türkiyə
  31. Səbahəddin Şimşir – Dr., Professor. Balıkesir Üniversiteti, Rəsulzadə irsinin araşdırıcısı, Balıkesir, Türkiye.
  32. Yeva Mariya Aux – Dr., Professor, Berlin Humbolt Universiteti, Tarix departamenti Azərbaycan tarixi kafedrasının müdiri, Berlin, Almaniya
  33. Giorgiy Mamulia – Dr., Professor, Fransa İctimai Tədqiqatlar Ali Məktəbi, M.Ə.Rəsulzadə irsinin Avropada mühacirət dövrü tədqiqatçısı. Paris, Fransa.
  34. Turac Atabəki – Dr. Professor, Beynəlxalq Sosial Tarix İnstitutu (Hollandiya) , Rəsulzadə irsinin İran dövrü araşdırıcısı, Amsterdam, Hollandiya.
  35. Tohid Məlikzadə - Tarix üzrə Dr., Urmiya Universiteti, Urmiya, İran.
  36. Sema Barutcu Özönder – Dr. Professor. Ankara Ankara, Türkiyə.
  37. Ramiz Həsənoğlu – Xalq artisti, rejissor, Əməkdar incəsənət xadimi
  38. Ramiz Məlik – Xalq Artisti, Şöhrət Ordeni və Dövlət mükafatı laureatı.
  39. Vasif Babayev – kino rejissoru, Xalq artisti, Əməkdar İncəsənət xadimi
  40. Ağəli İbrahimov – Xalq rəssamı, Əməkdar incəsənət xadimi,
  41. Ziyadxan Əliyev – rəssam, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Əməkdar incəsənət xadimi,
  42. Elçin Əliyev – memar, Sənətşünaslıq doktoru, professor.
  43. Xuraman Qasımova – Xalq artisti, Professor, Dövlət Mükafatı laureatı
  44. Ülviyyə Hacıbəyova – Xalq artisti, Professor, Əməkdar İncəsənət xadimi
  45. Fuad Əlizadə – bəstəkar, Sənətşünaslıq doktoru, professor, Van Universiteti.
  46. Tahir Tahiroviç – kino rejissoru, “Aranfilm” Yaradıcılıq Mərkəzinin bədii rəhbəri
  47. Şahin Musaoğlu – Şair, bəstəkar, həkim
  48. Sərdar Fərəcov – bəstəkar, Xalq artisti, Əməkdar İncəsənət xadimi, Üzeyir Hacıbəyovun ev muzeyinin direktoru
  49. Kamilə Hüseynova – Nəriman Nərimanovun ev muzeyinin (Bakı) direktoru
  50. Nüşabə Babayeva-Vəkilova – filologiya üzrə fəlsəfə doktoru, Səməd Vurğunun ev muzeyinin direktoru
  51. Qəmər Seyfəddin qızı – Cəfər Cabbarlı ev muzeyinin direktoru
  52. Ülkər Talıbzadə – Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Abdulla Şaiqin ev muzeyinin direktoru
  53. Leyla Əliyeva – M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin (keçmiş - M.F.Axundovun ev muzeyi) direktoru, Tbilisi, Gürcüstan
  54. Rəna Dəlivəlova – Nəriman Nərimanovun Xatirə Muzeyinin (Tbilisi) kuratoru, Tbilisi, Gürcüstan
  55. Sədi Mirseibli – Azərbaycan İstiqlal muzeyinin direktor əvəzi
  56. Əli Polad – iş adamı, xeyriyyəçi, naşir, Təbriz, İstanbul
  57. Burzu Əliyev – iş adamı, xeyriyyəçi, Kiyev, Ukrayna
  58. Fizuli Fərəcov – Texnika elmlər namizədi, “Məhəmməd Əmin Rəsulzadə” Məclisinin sədri - Moskva azərbaycanlıları eyni adlı diaspora təşkilatının rəhbəri, Moskva, Rusiya Federasiyası
  59. Fizuli Məmmədov – “Ümumdünya Azərbaycan Mədəniyyəti Fondu” nun və Rusiya Azərbaycanlıları İttifaqının (Rusiyanın 56 regionunu birləşdirən diaspora təşkilatı) prezidenti, Moskva, Rusiya Federasiyası
  60. Qalib Ağayev – Moskva vilayəti şəhər və rayonlarında (Ruza, Ximki, Lyubertsı, Serpuxov, Mıtişi) yaşayan azərbaycanlıların Milli Mədəni Muxtariyyət – diaspor təşkilatlarının, Moskva regionu Şaraban Azadlıq təşkilatı (sədr – Ziyəddin Qulubəyli), Moskva regionu Qadınlar birliyi və Rusiya Federasiyası ərazisində azərbaycanlıların 23 regional diaspora təşkilatlarının Birləşmiş Diaspora Təşkilatının Koordinasiya Şurasının təmsilçisi - Moskva, Rusiya Federasiyası.
  61. Eldar Tağıyev – Ukrayna Azərbaycanlıları Radasının üzvü, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun ( sədr – Hikmət Cavadov, hüquq elmləri doktoru) koordinasiya Şurasının nümayəndəsi, Dnepr, Ukrayna.
  62. Aygül İsayeva – Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru, Tbilisi, Gürcüstan.
  63. Arslan İbrahimi – Kaliforniyadakı Azərbaycan diaspora təşkilatının rəhbəri, Kaliforniya, Amerika Birləşmiş Ştatları
  64. Elman Mustafazadə - Hollandiyada Azərbaycan diaspora təşkilatının rəhbəri, “Xudafərin.az” saytının baş redaktoru, Amsterdam, Hollandiya.
  65. Rahim Telman Sadıqbəyli – Stokholm Azərbaycan Mədəniyyət Mərkəzinin başçısı, İsveç Azərbaycan Federasiyasının Koordinasiya Şurasının təmsilçisi
  66. Toğrul Abbasov – Şimali Kipr Türk Respublikasında Azərbaycan İcmasının rəhbəri, Levkoşa, Şimali Kipr Türk Respublikası
  67. Selçuk Önal, Tuncer Kirhan – Azərbaycan Kültür Dərnəyi, Ankara, Türkiyə
  68. Cihan Özdemir – Dosent-Dr., Yunis İmrə İnstitutunun Bakı filialının direktoru,
  69. Cezmi Bayram – "Türk ocaqları” İstanbul şöbəsinin rəhbəri, tarixçi alim, İstanbul, Türkiyə.
  70. Akif Aşırlı – “Türk ocaqları" Azərbaycan şöbəsinin rəhbəri, "Şərq" qəzetinin təsisçisi və redaktoru
  71. Eldar İsmayılov – “Dədə Qorqud” milli fondunun rəhbəri, "Azərbaycan Dünyası” jurnalının təsisçisi və baş redaktoru,
  72. Firudin İbrahimi – "İranlı mühacirlər" İctimai Birliyinin rəhbəri
  73. Rafael Gülməmmədli – Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin direktoru
  74. Elçin Şıxlı – jurnalist, "Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru
  75. Arif Əliyev – jurnalist, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, Bakı mətbuat klubunun rəhbəri
  76. Vahid Mustafayev – ANS şirkətlər qrupunun prezidenti
  77. Seyfulla Mustafayev – ANS şirkətlər qrupunun vitse-prezidenti, tarixçi
  78. Mayis Əlizadə - jurnalist-tədqiqatçı, İstanbul, Türkiyə
  79. Əhməd Obalı – “Günaz.TV” kanalının rəhbəri, Çikaqo, ABŞ
  80. Araz Qurbanov – tədqiqatçı, siyasi şərhçi, publisist
  81. Elşad Eyvazlı – jurnalist, “modern.az” saytının rəhbəri, Parlament jurnalistləri birliyinin sədri
  82. Müsəllim Həsənov – jurnalist, Əməkdar Mədəniyyət işçisi
  83. İlhamiyyə Rza – jurnalist,
  84. Aygün Muradxanlı – jurnalist
  85. Ramilə Qurbanlı – jurnalist,”Lent.az” saytı.
  86. Ənvər Börüsoy- jurnalist-tədqiqatçı
  87. Nicat İsmayılov – jurnalist, ednews.net saytı
  88. Orxan Yolçiyev – jurnalist, “Vestnik Kavkaza” İnformasiya-Analitik Agentliyi
  89. Erkin Məmmədov – hüquqşünas, vəkil
  90. Əziz Qənbərov – hüquqşünas, vəkil
  91. Səbuhi Axundov – hüquqşünas
  92. Nemət Ağalarov – hüquqşünas
  93. Orxan Şahbaz – sosioloq-tədqiqatçı
  94. Əligül Ağayev – müəllim, “Gənc fəallar” qrupunun koordinatoru
  95. Dilqəm Əhməd – gənc araşdırıcı, naşir, Cümhuriyyət dövrünə dair sənədlərin kolleksiyaçı, gənc fəal
  96. Elmar Həsənli – tarix müəllimi, maarifçi, gənc fəal
  97. Nüsrət Əliyev – “Böyük İpək yolu Gənclər İttifaqı” təşkilatının gənc fəal
  98. Gülnar Bəşirova – tarixçi – hüquqşünas, gənc fəal
  99. Firuz Əlövsətov – Doğu Akdeniz Universiteti, Azərbaycan Tələbə Cəmiyyətinin sədri,
  100. Rafiq Hunaltay – sahibkar, gənc fəal
  101. Elşad Əhmədov – rəssam, gənc fəal, Repin adına Sankt-Peterburq Rəssamlıq Akadmiyasının magistrı, Sankt-Peterburq, Rusiya.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür