Modern.az

Novruz Aslanov təşviqatını ucqar dağ kəndlərindən başladı - FOTOLAR

Novruz Aslanov təşviqatını ucqar dağ kəndlərindən başladı - FOTOLAR

18 Yanvar 2020, 10:52

Məlumat verdiyimiz kimi yanvarın 17-də 86 saylı İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Novruz Aslanov seçicilərlə görüşlərini ilk olaraq ən ucqar dağ kəndləri olan Brovdal, Çandahar, Əhən, Gəndov, Qaraqaya kəndlərində və Lahlc qəsəbəsində keçirib.

 

Əlverişsiz hava şəraitinə baxmayaraq Novruz Aslanov vəkilləri ilə birgə görüşə gəldiyinə görə kənd sakinləri onlara öz təşəkkürlərini bildiriblər. Səmimi şəratdə keçən görüşlərdə namizəd 14 illik deputatlıq fəaliyyəti barədə seçicilərə ətraflı məlumatlar vermiş, onları maraqlandıran məsələlər barədə müzakirələr aparılıb və suallarını cavablandırıbdır. Ümumilikdə görüşlərin hər birində seçicilər Novruz Aslanovun hər həftə rayona gələrək görüş-qəbullar keçirdiyini önə çəkərək bu işlərin davamlı olacağına ümid etdiklərini bildirib və bu seçkilərdə ona uğurlar arzulayıblar.

 

Əlavə olaraq bildirək ki, sonrakı günlərdə də görüşlər ucqar kəndlərdə davam edəcəkdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi