Modern.az

Bakıda 14 yaşlı qızı maşın vurdu

Bakıda 14 yaşlı qızı maşın vurdu

18 Yanvar 2020, 14:35

Bakıda yeniyetmənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yanvarın 17-də saat 20 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Allahverdiyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən qəsəbə sakini, 14 yaşlı Nəsibə Teymurovanı vurub.

Xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb.

 

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır