Modern.az

Sahibə Qafarova seçicilərlə görüşlərini davam etdirir

Sahibə Qafarova seçicilərlə görüşlərini davam etdirir

19 Yanvar 2020, 16:49

9 fevral tarixində keçiriləcək Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 98 saylı Şəmkir şəhər seçki dairəsindən namizədliyi irəli sürülmüş Sahibə Qafarova seçicilərlə görüşlərini davam etdirir.

 

Modern.az xəbər verir ki, kampaniya çərçivəsində məhəllələrdə seçicilərlə görüşən S.Qafarova əvvəlcə son illərdə Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi möhtəşəm nailiyyətlər barədə danışıb. Onun sözlərinə görə, aparılan məqsədyönlü siyasətin uğurlu nıticələri hər bir şəhər və rayonlarımızda olduğu kimi, Şəmkirdə də müşahidə edirik. YAP-ın namizədi deyib ki, son illərdə ölkəmizin iqtisadi qüdrətinin artması, aparılan islahatlar əhalinin sosial müdafiəsinin daha yüksək səviyyədə təmin olunmasına şərait yaradaraq yaradaraq vətəndaşların həyat şəraitinin əsaslə şəkildə yüksəlməsini şərtləndirib.

 

Seçicilərə Yeni Azərbaycan Partiyasının seçki platforması və öz fəaliyyəti barədə ətraflı məlumat verib. Ötən dövrdə həm ölkəmizi, həm də ona etimad göstərən seçiciləri layiqli şəkildə təmsil etməyə çalışdığını vurğulayan Sahibə Qafarova əgər seçicilər növbəti dəfə etimad göstərərsə bundan sonra da öz fəaliyyətini bu prinsiplər əsasında quracağını bildirib. O, bir daha seçiciləri daha güclü Azərbaycan naminə YAP-ın namizədlərinə səs verməyə çağırıb.

 

Təbliğat - təşviqat kampaniya çərçivəsində daha bir görüş Qədimqala kənd seçiciləri ilə olub. Yüksək əhval-ruhiyyədə və səmimiyyət şəraitində keçən görüşlərdə seçicilər öz dəstəklərini ifadə edərək görülən işlərdən razılıqlarını bildiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?